Namizədlərin NƏZƏRİNƏ !
Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılır.
AzTehsil.com xəbər verir ki, bu barədə Elm və Təhsil nazirliyindən məlumat verilib.
Bildirilib ki, tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi 10 oktyabr saat 18:00-dək uzadılıb.
Namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.