AzTehsil.com


Xəbərlər / Abituriyent
03 aprel 2018
3 357


“Peşə təhsili haqqında” qanun layihəsi 2-ci oxunuşda qəbul edildi



 

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Modern.az-ın məlumatına görə, layihə barədə parlamentin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli məlumat verib.

O deyib ki, qanun layihəsi Azərbaycanda peşə təhsili sisteminin quruluşunu müəyyən edir. "Peşə təhsili haqqında” qanun layihəsinin 9-cu maddəsində yazılır:

1. ilk peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin sahəsi üzrə sadə vəzifələrin icrasına imkan verən nəzəri və metodiki hazırlıq;

2. texniki peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə, xüsusi və mürəkkəb işləri yerinə yetirmək imkanı verən nəzəri, metodiki və praktiki hazırlıq;

3. orta peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə həyata keçiriləcək işlərin planlaşdırılması, təşkili və idarə edilməsi daxil olmaqla sadə, xüsusi və mürəkkəb işləri müstəqil yerinə yetirməyə imkan verən yüksək nəzəri, metodiki və praktiki hazırlıq.

Peşə təhsili müəssisələrinin növləri bunlardır:

1. peşə məktəbi;

2. peşə liseyi;

3. peşə təhsil mərkəzi.

Qaydaya əsasən, ümumtəhsil müəssisələrində təhsil alan şəxslərə ilk peşə təhsili almaq hüququ verilir. Peşə məktəbinə qəbul olunan şəxslərə yalnız texniki peşə təhsili almaq hüququ verilir. Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili almaq hüququ verilir. Peşə təhsil mərkəzinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil və orta peşə təhsili, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili və ya orta peşə təhsili almaq hüququ verilir. Peşə təhsil müəssisələrində ixtisasartırma və yenidən hazırlanma kursları təşkil olunur. Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin sifarişləri əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir. Peşə təhsili müəssisələrində təhsil müddəti aşağıdakı qruplara görə müəyyənləşdirilir: Peşə məktəblərində:

1. ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti peşənin mürəkkəbliyindən asılı olaraq – 1-2 il;

2. tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il; peşə liseylərində: 1. ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda – 3 il; 2. tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il; peşə təhsil mərkəzlərində: 1. ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda – 3 il; 2. tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il;

3. ümumi orta təhsil bazasından qəbul olunmuş orta peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 4 il;

4. tam orta təhsil bazasından qəbul olunmuş orta peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 3 il. Qanun Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin də peşə təhsili müəssisəsinin təsisçisi ola bilməsinə şərait yaradır.

Qanun layihəsinin 12-ci (Peşə təhsili müəssisəsinin təsisçisi) maddəsində qeyd edilib ki, peşə təhsili müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyə, yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.

Peşə təhsili müəssisəsini təsis etmək üçün aşağıdakı qeyd olunan şərtlər təmin edilməlidir:

1. təşkilati struktur, qayda və nizamnaməyə malik olmaq,

2. ixtisaslı müəllim və mühəndis-pedaqoji işçilərə malik olmaq,

3. təhsil üçün nəzərdə tutulmuş xüsusi standartlara cavab verən şəraitə və peşə təhsilinin tələblərini qarşılayacaq tədris avadanlıqları və təlim texnologiyalarına malik olmaq.

Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan peşə təhsili müəssisəsinin işçi heyətinin (pedaqoji işçi heyəti istisna olmaqla) yarıdan çoxunu Azərbaycan Respublikasının vətəndaşları təşkil etməlidir. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və onların təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. "Peşə təhsili haqqında” qanun layihəsində peşə təhsili müəssisəsinin maliyyə mənbələri də müəyyən olunub. Qanunun 22-ci (Peşə təhsili müəssisəsinin maliyyələşdirilməsi) maddəsində qeyd olunub: Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olaraq, peşə təhsili müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:

1. dövlət peşə təhsili müəssisəsi:

1. dövlət büdcəsindən ayrılan vəsaitlər;

2. dövlət fondlarının vəsaitləri;

3. büdcədənkənar vəsaitlər;

4. ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər;

5. kreditlər, qrantlar, ianələr;

6. innovasiya və sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;

7. qanunvericiliklə müəyyən olunmuş qaydada cəlb edilmiş investisiyalar;

8. qanunvericiliklə qadağan olunmayan digər mənbələr;

Bələdiyyə və özəl peşə təhsili müəssisələri:

1. təsisçinin (təsisçilərin) vəsaitləri;

2. təhsil xidmətlərinə görə əldə olunan vəsaitlər;

3. hüquqi və fiziki şəxslərin maliyyə yardımları;

4. sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;

5. qanunvericiliyə uyğun qaydada alınan qrant, ianə, kredit və yardımlar;

6. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər. Dövlət peşə təhsili müəssisəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun maliyyələşdirilir.

Bu normativlər hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir. Peşə təhsili müəssisəsi öz nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil və digər xidmətləri göstərə, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar ala bilər. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulan ödəniş haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir. Peşə təhsili müəssisəsinin digər maliyyə mənbələri hesabına əldə etdiyi vəsaitlər bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən şəxslərin stimullaşdırılmasına, rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.

Peşə təhsili müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə məhkəmədə iddia qaldırıla bilər. Bundan başqa, qanun qəbul olunarsa, Azərbaycanda peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ veriləcək.

Qanun layihəsinin 4-cü (dövlətin vəzəfiləri) maddəsində deyilir: "Peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.

Layihəyə əsasən, peşə təhsili müəssisələrinə lisenziyanın müddətsiz verilməsi nəzərdə tutulub. Qanun layihəsi müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.



Загрузка...
Həmçinin oxuyun:
Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Peşə məktəblərində şagirdlərə xüsusi geyim formaları veriləcək

Peşə məktəblərində şagirdlərə xüsusi geyim formaları veriləcək

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq- YENİLİK

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq- YENİLİK

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti

Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər

Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

Azərbaycanda bəzi şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər

Azərbaycanda bəzi şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb