AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Bölgə / Şagird
10 oktyabr 2025
1 096

Prezident təqaüdçüsü ağsulu Xədicə Rəhimova



Prezident təqaüdçüsü ağsulu Xədicə Rəhimova.

AzTehsil.com xəbər verir ki, Prezident İlham Əliyevin “2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamına əsasən, təqaüdə layiq görülənlərdən biri də Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbəsi Xədicə Rəhimovadır.


Xədicə Rəhimova 2008-ci il mayın 12-də Ağsu rayonunun İlxıçı kəndində anadan olub. O, İlxıçı kənd M. Musayev adına tam orta məktəbdə təhsil alıb. Xədicə qəbul imtahanlarında 691.3 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunub.


Bu uğura nail olmaqda Xədicə həm məktəb müəllimlərinin, həm də repetitorların dəstəyindən istifadə edib. Dövlət İmtahan Mərkəzinin test topluları, sınaq imtahanları onun üçün əsas hazırlıq və özünü yoxlama vasitəsi olub. O deyir ki, buraxılış imtahanlarınadək daha çox riyaziyyat fənni üzərində çalışıb, buraxılışdan sonra isə tarix fənninə xüsusi diqqət yetirib. Məqsədi həmin fənlərdəki çatışmazlıqlarını aradan qaldırmaq və hazırlığını daha da təkmilləşdirmək olub.


Hüquqşünaslıq ixtisasına marağı isə Xədicədə 10-cu sinifdən etibarən formalaşıb. Müsahibimiz bildirir ki, cəmiyyətdə bəzən qızların erkən nikaha cəlb olunması, təhsildən uzaqlaşdırılması, qadınların hüquqlarının pozulması kimi hallarla qarşılaşması onu bu sahəyə yönəldib: “İnsanlara kömək etmək, humanist olmaq istəyim hüququ seçməyimə səbəb oldu. Dinindən, cinsindən, irqindən və seçimlərindən asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının qorunmasını istəyirəm. Bu məqsədlə hüquq sahəsində dərin biliklərə yiyələnmək niyyətindəyəm”.


Xədicə öz uğurunda ailəsinin və müəllimlərinin böyük rolunu qeyd edərək onlara dərin təşəkkürünü bildirir. Prezident təqaüdünə layiq görülməsi isə onun üçün yalnız maddi deyil, həm də mənəvi motivasiyadır:


“Bu təqaüd mənim üçün qürur və məsuliyyətdir. Əmək və əzmkarlığımın bəhrəsini görmək məni daha böyük məqsədlərə doğru ruhlandırır”.


Gələcək planlarından danışarkən Xədicə məhkəmə və prokurorluq orqanlarında təcrübə keçmək arzusunda olduğunu vurğulayır. O, hüquq sistemində təcrübə qazanaraq, gələcəkdə bu sahədə peşəkar fəaliyyət göstərmək istəyir.


Xədicənin fikrincə, uğur qazanmaq istəyən gənclər ilk növbədə özlərinə güvənməlidirlər: “Məqsədyönlü çalışmaq, səhv etməkdən qorxmamaq və hər bir çətinliyi təcrübəyə çevirmək əsasdır. Həyat heç zaman maneəsiz olmur, amma önəmli olan dayanmaq deyil, davam etməkdir”.



Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Birincilərin birincisi

Birincilərin birincisi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ağstafa rayonunun Yuxarı Göycəli  kənd tam orta məktəbində riyaziyyat və informatika fənn müəllimlərinin seminarı keçirilib

Ağstafa rayonunun Yuxarı Göycəli kənd tam orta məktəbində riyaziyyat və informatika fənn müəllimlərinin seminarı keçirilib

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Elmimizin məbədi - MÜSAHİBƏ

Elmimizin məbədi - MÜSAHİBƏ

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Həyatının uğur salnaməsini yazan gənclər

Həyatının uğur salnaməsini yazan gənclər

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Prezident İlham Əliyevin doğum günüdür

Prezident İlham Əliyevin doğum günüdür