AzTehsil.com


Xəbərlər / H/N sənədlər / Müəllim / Manşet
01 may 2020
44 206


OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu



OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

 


AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ  QƏRAR № 155

"Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında

―Təhsil   haqqında‖   Azərbaycan   Respublikasının   Qanununda dəyişikliklər edilməsi barədə‖ Azərbaycan Respublikasının 2018-ci il
12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında‖ Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.―Dövlət  ümumi  təhsil  müəssisələrində  (ümumi  təhsil  üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən   təhsilverənlərin   sertifikatlaşdırma   Qaydası‖   təsdiq   edilsin (əlavə olunur).

2.Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidenti- nin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş
―İcra     hakimiyyəti     orqanlarının     normativ     hüquqi     aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə‖nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli Əsədov Azərbaycan Respublikasının Baş Naziri Bakı şəhəri, 30 aprel 2020-ci il

Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma QAYDASI

1.Ümumi müddəalar

Bu  Qayda―Təhsil  haqqında‖  Azərbaycan  Respublikası Qanununun   36-2.2-ci   və   ―Ümumi   təhsil   haqqında‖   Azərbaycan Respublkası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra – təhsil müəssisələri) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir.

Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
 
Sertifikatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:

hamilə qadınlar;
uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində;
azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
 
2.Sertifikatlaşdırmanın təşkili

Sertifikatlaşdırma Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.

Sertifikatlaşdırmanın təşkili məqsədilə Nazirlik tərəfindən sədr daxil olmaqla 7 (yeddi) üzvdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası (bundan sonra — Sertifikatlaşdırma Şurası) yaradılır. Sertifikatlaşdırma Şurasının fəaliyyəti Nazirliyin təsdiq etdiyi Əsasnamə ilə tənzimlənir.

Sertifikatlaşdırma Şurasına Azərbaycan Respublikasının Təhsil naziri tərəfindən vəzifəyə təyin olunan və səlahiyyətlərinə xitam verilən sədr rəhbərlik edir.

Sertifikatlaşdırma Şurasının tərkibi Azərbaycan Respublikasının Təhsil naziri tərəfindən təsdiq edilir. Sertifikatlaşdırma Şurasının üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.

Sertifikatlaşdırma Şurası:

sertifikatlaşdırmanın aparılmasına cəlb olunmuş mütəxəssislərin vəzifə bölgüsünü müəyyən edir;
sertifikatlaşdırmanın test mərhələsinin suallarının və müsahibə mərhələsi üçün qiymətləndirmə meyarlarının hazırlanmasını təmin edir;
sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı proqram təminatının hazırlanmasına nəzarət edir;
müsahibə komissiyalarının tərkibinə dair Nazirliyə təkliflər təqdim edir;
sertifikatlaşdırmanın aparılmasını təşkil edir;
sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulmuş təhsilverənlərin siyahısını təsdiq edir;
sertifikatlaşdırmanın nəticələrini Nazirliyə təqdim edir.

Sertifikatlaşdırma ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə  Nazirliyin     
―Təhsil     Mərkəzləşdirilmiş     İnformasiya Sistemi‖ndə
―Sertifikatlaşdırma‖ altsistemi (bundan sonra – altsistem) yaradılır.

İctimai nəzarətin təmin edilməsi məqsədilə Sertifikatlaşdırma Şurası dövlət orqanlarının (qurumlarının), beynəlxalq və qeyri-hökumət təşkilatlarının, habelə kütləvi informasiya vasitələrinin nümayəndələrini sertifikatlaşdırmaya müşahidəçi qismində dəvət edir.
 
Müşahidəçilərin sertifikatlaşdırmanın gedişatına müdaxiləsi yolverilməzdir.

3.Sertifikatlaşdırmanın keçirilməsi

Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir.

Sertifikatlaşdırmanın keçirilməsi yerini, vaxtını və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisasları Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir.

Nazirliyin müvafiq yerli  bölmələri altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər.

Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə

―Şəxsi   kabinet‖   açılır   və   kabinetin   şifrəsi   təhsilverənin   əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və  s.) 

―Şəxsi  kabinet‖  vasitəsilə  əldə  edirlər.  Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş 
 
―Şəxsi  kabinet‖ə  göndərilir.  I  dərəcə  gözdən  əlilliyi  olan təhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən şəxsən təqdim olunur. Təhsilverən sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etdikdə buraxılır.

Sertifikatlaşdırma zamanı qadağan olunan hərəkətlərin, habelə gətirilməsi qadağan edilən əşyaların siyahısı Sertifikatlaşdırma Şurası tərəfindən təsdiq olunur və yaddaş kitabçasına daxil edilir.

Təhsilverən sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı bu Qayda ilə müəyyən edilmiş tələbləri pozduqda, bu barədə akt tərtib edilir və həmin şəxs sertifikatlaşdırmadan kənarlaşdırılır. Təhsilverən tərəfindən bu Qaydanın tələblərinin pozulması halları sertifikatlaşdırma başa çatdıqdan sonra videomüşahidə kameralarının məlumatları əsasında aşkar edilərsə, həmin təhsilverənin sertifikatlaşdırma nəticələri Sertifikatlaşdırma Şurası tərəfindən ləğv edilir.
 
Sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir.

Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 (altmış) sual təqdim edilir.

Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir.

Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir.

Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.

Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir.

Əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Həmçinin I dərəcə gözdən əlilliyi olan təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 dəqiqə artırılır.

Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 (iyirmi) dəqiqə vaxt ayrılır.

Müsahibənin keçirilməsi üçün Sertifikatlaşdırma Şurasının təklifləri əsasında Nazirlik müsahibə komissiyası yaradır və onun tərkibini təsdiq edir.
Müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir:
 
proqram üzrə mövzunu təqdimetmə bacarığı;
təhsilalanları qiymətləndirmə bacarığı;
özünü təqdimetmə bacarığı;
pedaqoji prosesi təşkiletmə bacarığı;
ünsiyyət bacarığı.
Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında ölçülür.
Müsahibə mərhələsində toplanıla biləcək maksimum 40 (qırx) bal meyarlar üzrə aşağıdakı qaydada hesablanır:
proqram üzrə mövzunu təqdimetmə bacarığı üzrə toplanılan balların 3 (üç) misli;
təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə və pedaqoji prosesi təşkiletmə bacarıqlarının hər biri üzrə toplanılan balların 2 (iki) misli;
ünsiyyət bacarığı üzrə toplanılan balların 1 (bir) misli.

Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.
 
Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir.

Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların―Şəxsi kabinet‖inə göndərilir.

Sertifikatlaşdırmanın test və müsahibə mərhələsində bu Qaydanın müvafiq olaraq 3.14-cü və 3.19-cu bəndlərində göstərilən minimal balları toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunurlar.

Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin 
 ―Şəxsi kabinet‖inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı  ilə 
―İnzibati  icraat  haqqında‖  Azərbaycan  Respublikasının Qanununa uyğun baxır.

4.Sertifikatlaşdırmanın nəticələri

Sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifikatlaşdırmanın nəticələri barədə məlumat əsasında Nazirlik sertifikatlaşdırmadan keçən və keçməyən təhsilverənlərin siyahısını hazırlayaraq, Nazirliyin müvafiq yerli bölmələrinə və təhsil müəssisələrinə göndərir.
 
Sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə bu Qaydanın əlavəsində nəzərdə tutulmuş formaya uyğun sertifikat verilir.

Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 (beş) il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq  hüququ  əldə  edirlər.  Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər.

5.Yekun müddəalar

Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır.
Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin c  bəndinə  müvafiq  olaraq  işəgötürən  tərəfindən  ləğv edilir.
 
―Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən
təhsilverənlərin sertifikatlaşdırma Qaydası‖na

əlavə

SERTİFİKAT № 

Bununla təsdiq edilir ki, (təhsilverənin soyadı, adı, atasının adı)

20 __    ___  ___il tarixində sertifikatlaşdırmadan
 
keçmişdir və ona ixtisası üzrə Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil fənləri tədris edilən digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir.

Sertifikat etibarlıdır
(sertifikatın etibarlılıq müddətinin başa çatdığı tarix və ya 3-cü dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər üçün müddətsiz olduğu göstərilir)

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının sədri

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının katibi 

M.Y.

20 il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmişdir.




Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin sertifikatlaşdırılması qaydaları təsdiqləndi – Bu cür aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması qaydaları təsdiqləndi – Bu cür aparılacaq

Nazirlər Kabinetinin təhsil sahəsinə aid qərarını Təhsil Nazirinin müşaviri Elnur Məmmədov şərh edib

Nazirlər Kabinetinin təhsil sahəsinə aid qərarını Təhsil Nazirinin müşaviri Elnur Məmmədov şərh edib

Müəllimlərin işə qəbulu qaydalarında dəyişiklik olunub

Müəllimlərin işə qəbulu qaydalarında dəyişiklik olunub

Müəllimlərin işə qəbulu müsabiqəsində əlavə dəyişikliklər gözlənilir -RƏSMİ

Müəllimlərin işə qəbulu müsabiqəsində əlavə dəyişikliklər gözlənilir -RƏSMİ

Müəllimlərin sertifikasiyası qaydası müzakirə olunur

Müəllimlərin sertifikasiyası qaydası müzakirə olunur

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında  Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

Həm attestasiya həm də sertifikasiyadan keçməyə heç bir ehtiyac qalmayacaq

Həm attestasiya həm də sertifikasiyadan keçməyə heç bir ehtiyac qalmayacaq

Müəllimlərin işə qəbulunda yenilik

Müəllimlərin işə qəbulunda yenilik

Müəllimlərin İşə Qəbul müsabiqəsində dəyişikliklər

Müəllimlərin İşə Qəbul müsabiqəsində dəyişikliklər

Gələn ildən müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq – NAZİR

Gələn ildən müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq – NAZİR

Bu müəllimlər işdən çıxarılacaq

Bu müəllimlər işdən çıxarılacaq

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Müəllimlərin işə qəbulunda yeniliklər

Müəllimlərin işə qəbulunda yeniliklər

Müəllimlər işdən çıxarılacaq

Müəllimlər işdən çıxarılacaq

Bu il qəbulda əcnəbilər də  iştrak edəcəklər.

Bu il qəbulda əcnəbilər də iştrak edəcəklər.

Müəllimlərin sertifaktlaşdırılması keçiriləcək

Müəllimlərin sertifaktlaşdırılması keçiriləcək

Müəllimlərin işə qəbulu qaydalarında YENİLİK

Müəllimlərin işə qəbulu qaydalarında YENİLİK

Direktorluq imtahanlarındakı müsahibə mərhələlərinin qaranlıq məqamları – Sabaha hazırlıq

Direktorluq imtahanlarındakı müsahibə mərhələlərinin qaranlıq məqamları – Sabaha hazırlıq

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Direktorluq imtahanlarındakı müsahibə mərhələlərinin qaranlıq məqamları – Sabaha hazırlıq

Direktorluq imtahanlarındakı müsahibə mərhələlərinin qaranlıq məqamları – Sabaha hazırlıq

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır