Xəbərlər / Müəllim
01 may 2020
2 366


Nazirlər Kabinetinin təhsil sahəsinə aid qərarını Təhsil Nazirinin müşaviri Elnur Məmmədov şərh edib

 

Nazirlər Kabineti təhsil sahəsinə aid bir sıra mühüm qaydaları təsdiq edib:

 Təhsil Nazirinin müşaviri Elnur Məmmədov qaydaları şərh edib:

1. "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”

Bu qayda pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Təhsilverənlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçirlər (bəzi istisnalar var). Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası (7 üzv) yaradılır. Sertifikatlaşdırma 2 mərhələdən ibarət olacaq: test (60 sual/bal) və müsahibə (40 bal) mərhələsi. Test mərhələsindən keçid 30 bal, müsahibə mərhələsindən keçid 20 bal təşkil edəcək. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər. Üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak etməyən və ya keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Sertifikatlaşdırma prosesi 2020/21-ci tədris ilindən başlayacaq. Sertifikatlaşdırma mərhələli qaydada həyata keçiriləcək və təhsilverənlərə əvvəlcədən sertifikatlaşdırma ilə bağlı hazırlıq və təlimatlandırma imkanları yaradılacaqdır. Sertifikatlaşdırma ödənişsiz həyata keçiriləcəkdir.

2. "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”

Qaydaya əsasən müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Qərarda pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olmayanlar (məhkumluğu, bəzi xəstəlikləri olan və sair), habelə pedaqoji təhsili olmayan ali təhsil mütəxəssislərinin siyahıda müəyyən edilmiş bəzi fənləri tədris etmək hüququ nəzərdə tutulub (bu halda həmin mütəxəssislər pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı təşkil olunacaq ödənişsiz təlim kurslarına cəlb olunacaqlar). Kənd rayonlarında yerləşən kadr çatışmazılığı oldquda, məzmun və mahiyyət etibarilə uyğun fənlərin (misal kimi, kimya-biologiya, fizika-riyaziyyat, tarix-coğrafiya və sair) müvafiq fənn müəllimi tərəfindən tədrisinə icazə veriləcək. Pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan bütün şəxslər müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən işə qəbul ediləcək.

3. "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”

Bu qaydalar bütün təhsil müəssisələrində (ümumtəhsil, peşə, orta ixtisas və ali) psixoloji xidmətin təşkili ilə bağlı münasibətləri tənzimləyir. Burada xidmətin əsas məqsədləri, fəaliyyət istiqamətləri, vəzifələri və xidmətin təşkili qaydaları müəyyən olunur.

Qeyd edim ki, bu üç qayda 2018-ci ilin iyun ayında "Təhsil haqqında” Qanuna edilmiş dəyişikliklərdən irəli gəlir.

4. "Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”

Bu qayda ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydasını müəyyən edir. Orta ixtisas kredit sistemi əsasında təşkil olunacaq və subbakalavr ixtisas dərəcəsinin verilməsi ilə başa çatacaq. Orta ixtisas təhsili haqqında sənəd (diplom) sahibinə uyğun ixtisaslar üzrə ali təhsil müəssisəsinə daxil olmaq hüququ verəcək.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin sertifikatlaşdırılması qaydaları təsdiqləndi – Bu cür aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması qaydaları təsdiqləndi – Bu cür aparılacaq

OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu

Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilməz?

Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilməz?

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

"Məktəblərlə bağlı qərar pedaqoji kollektivə də aiddir" - Təhsil nazirinin müşaviri

"Məktəblərlə bağlı qərar pedaqoji kollektivə də aiddir" - Təhsil nazirinin müşaviri

Direktorların işə qəbulu üzrə müsahibələr davam edir

Direktorların işə qəbulu üzrə müsahibələr davam edir

Müəllimlərin işə qəbulu qaydalarında dəyişiklik olunub

Müəllimlərin işə qəbulu qaydalarında dəyişiklik olunub

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Bu fənn müəllimlərinin işə qəbulu üzrə müsabiqə başladı – Nazirlikdən AÇIQLAMA

Bu fənn müəllimlərinin işə qəbulu üzrə müsabiqə başladı – Nazirlikdən AÇIQLAMA

Müəllimlərin işə qəbulunda yenilik

Müəllimlərin işə qəbulunda yenilik

3000-ə yaxın namizəd direktorluq üçün qeydiyyatdan keçib

3000-ə yaxın namizəd direktorluq üçün qeydiyyatdan keçib

Pedaqoji   fəaliyyətə  qadağa.

Pedaqoji fəaliyyətə qadağa.

Direktorların işə qəbul müsabiqəsində iştirak üçün yaş məhdudiyyəti var? - Cavab

Direktorların işə qəbul müsabiqəsində iştirak üçün yaş məhdudiyyəti var? - Cavab

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında   fərqlənmə attestatlarının verilməsi   Qaydası

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası

Həm attestasiya həm də sertifikasiyadan keçməyə heç bir ehtiyac qalmayacaq

Həm attestasiya həm də sertifikasiyadan keçməyə heç bir ehtiyac qalmayacaq

Ucqar bölgələrdə dərs deyən müəllimlərin imtiyazları artırılıb

Ucqar bölgələrdə dərs deyən müəllimlərin imtiyazları artırılıb

350 direktorluğa namizədlə müsahibə keçirildi

350 direktorluğa namizədlə müsahibə keçirildi

Azərbaycanda müəllimlərin diaqnostikası yeni qaydalarla aparılacaq - ƏMR

Azərbaycanda müəllimlərin diaqnostikası yeni qaydalarla aparılacaq - ƏMR

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Müəllimlərin İşə Qəbul müsabiqəsində dəyişikliklər

Müəllimlərin İşə Qəbul müsabiqəsində dəyişikliklər

Müəllimlərin işə qəbulu müsabiqəsində əlavə dəyişikliklər gözlənilir -RƏSMİ

Müəllimlərin işə qəbulu müsabiqəsində əlavə dəyişikliklər gözlənilir -RƏSMİ

Müəllimlərin sertifikasiyası qaydası müzakirə olunur

Müəllimlərin sertifikasiyası qaydası müzakirə olunur

Müsabiqənin ikinci günü

Müsabiqənin ikinci günü

Qeydiyyat başladı - Müəllimlər üçün növbəti şans

Qeydiyyat başladı - Müəllimlər üçün növbəti şans