"Uşağın üzərinə dil ilə bağlı ağır öhdəliklər qoyulur"- Nazir
"6-7 yaşlı uşağın üzərinə dil ilə bağlı ağır öhdəliklər qoyulur"- Emin Əmrullayev
Azərbaycan dili tədrisi ilə bugünkü müasir məzmun arasında ciddi fərqlər və problemlər var. Burada Azərbaycan dilinin tədrisi zamanı dinləmə, danışmma, oxu-yazı qaydalarının düzgün tədrisindən danışırıq.
AzTehsil.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda deyib.
Nazirin sözlərinə görə, müxtəlif maraqları təmsil edən insanlar tərəfindən 6-7 yaşlı uşağın üzərinə dil ilə bağlı ağır öhdəliklər qoyulur:
"Biz 6 yaşındakı uşaqdan dil ilə siyasi yanaşma gözləyə bilmərik. Biz onlara dili sevdirməliyik. Dilin mükəmməl səviyyədə bilinməsi nazirlik tərəfindən prioritetlərdən biridir. Bu istiqamətdə görülən işlərdən biri tədris prosesində Azərbaycan dili saatlarının artırılmasıdır. Həmçinin Azərbaycan tarixi fənninin də tədrisinə xüsusi önəm verilir”.![]()











