AzTehsil.com

Xəbərlər
18 yanvar 2017
4 108

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Yanvar ayının 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Ali təhsilin informatlaşmasının aktual problemləri. Elektron Universitet: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Təhsil Nazirliyinin (TN), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), ali təhsil müəssisələrinin, kommersiya qurumlarının nümayəndələri, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən tanınmış mütəxəssislər, ekspertlər iştirak ediblər.

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov dəyirmi masanı giriş sözü ilə açaraq bildirib ki, dövlət başçımız cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”də ali təhsil sisteminin inkişafı çərçivəsində universitetlərdə təhsilin informatlaşması sahəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Digər tərəfdən, Azərbaycanın təhsil sahəsində qoşulduğu Boloniya prosesində İKT-nin tədris prosesinə geniş tətbiqi, təhsil müəssisələrinin elektron idarə edilməsi, elektron universitet, distant təhsil kimi vacib məqamlar öz əksini tapıb. Təhsil Nazirliyi bir çox universitetlərdə, o cümlədən ADPU-da Elektron Universitetin yaradılması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirir. ADPU-da "Ali təhsilin informatlaşmasının aktual probleməri.

Elektron Universitet: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masanın keçirilməsində məqsəd bu sahədə mövcud vəziyyətin təhlil olunması və perspektivləri müzakirə etmək, eləcə də ayrı-ayrı universitetlərin iş təcrübəsi ilə tanış olmaqdır.

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Dəyirmi masada ADPU-nun "İKT Mərkəzi”nin direktoru, dosent İlham Əhmədov "Ali təhsilin informatlaşmasının əsas istiqamətləri”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "İT Departamenti”nin direktoru Elnur Səfərli "Elektron Universitetin yaradılmasının aktual problemləri”, Bakı Dövlət Universitetinin (BDU) "İT Mərkəzi”nin şöbə müdiri Şahin Əsgərov "Universitetin elektron təlim sisteminin yaradılmasına kompleks yanaşma”, Azərbaycan Texniki Universitetinin (AzTU) "İT və proqramlaşdırma” kafedrasının müdiri, dosent Zəfər Cəfərov "AzTU-da "Elektron Universitet” layihəsinin tətbiqi təcrübəsi” mövzularında slaydlarla çıxışlar ediblər.

Çıxışlarda təhsilin informatlaşmasının qlobal əhəmiyyətli, məqsədyönlü, xüsusi təşkil edilmiş, mükəmməl bir proses olduğu, həmçinin İKT-nin tədris prosesinə tətbiqi miqyasının genişləndirilməsinin təhsilin keyfiyyətinin yüksəldilməsinə və bu sahədə keyfiyyətli kadr hazırlığının həyata keçirilməsinin təhsilin informatlaşmasının müasir dünya standartları səviyyəsinə uyğunlaşmasına müsbət təsir edə biləcəyi fikirləri vurğulanıb.

Təhsil Nazirliyinin nümayəndəsi İlham Hümbətov, Memarlıq və İnşaat Universitetinin əməkdaşı Sərxan Talıbzadə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Nasim Abışov, Azərbaycan Turizm və Menecment Universitetinin İnformatika kafedrasının müdiri, dosent Nazim Rüstəmov, Təhsilin İnkişafı İnstitutunun əməkdaşı Almaz Həsrət, Azərbaycan Multimedia Mərkəzinin direktoru Osman Gündüz, ekspertlər Əhməd Qəşəmoğlu, Bəhram Atabəyli və başqaları çıxış edərək universitetlərin elektron idarəetmə sisteminin yaradılması və bu sahədə vahid standartların müəyyən edilməsi ilə bağlı öz fikir və təkliflərini bildiriblər.

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Dəyirmi masada ali təhsilin informatlaşmasının əsas istiqamətləri, universitetin elektron təlim sisteminin yaradılmasına kompleks yanaşma, Elektron Universitetin yaradılmasının aktual problemləri və texniki-texnoloji aspektləri ilə bağlı maraqlı və səmərəli müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Rektor Cəfər Cəfərov sonda iştirakçılara maraqlı və dəyərli təkliflərinə görə təşəkkür edib və milli təhsil sisteminə xidmət edən belə tədbirlərin müntəzəm keçirilməsinin vacibliyini vurğulayıb.

 ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Загрузка...
Həmçinin oxuyun:
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

" Elektron Təhsil " müsabiqəsi keçiriləcək- Nazirdən ƏMR

Müəllimlər üçün beynəlxalq seminar keçirilib

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Şabran rayon Zeyvə kənd tam orta məktəbdə 17 noyabr ― Milli Dirçəliş Günü münasibətilə dəyirmi masa təşkil olunub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

Azərbaycanın 6 universiteti dünyanın  ən yaxşı 200 universitet sırasına daxil edilib.

Şabran şəhər 5 nömrəli tam orta məktəbdə 18 oktyabr Müstəqillik Günü ilə əlaqədar "Müstəqilliyimiz əbədidir" adlı dəyirmi masa keçirilib.

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

ADPU-da daxili qiymətləndirmə sənədinin hazırlanması üçün yaradılan işçi qrupun ilk təlimi keçirilmişdir

Fəal dərsin təşkili....Dəyirmi masa

Fəal dərsin təşkili....Dəyirmi masa