AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Yazarlar / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə / Şagird
09 dekabr 2025
908

Azərbaycan dili fənni üzrə üzrə dərs saatları niyə artırılır?

Elm və təhsil naziri Emin Əmrullayev bu gün parlamentdə müzakirələr zamanı bildirib ki, tədris planlarında Azərbaycan dili fənni üzrə dərs saatları artırılacaq.

AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı  açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, Azərbaycan dili fənninin dərs saatlarının artırılması sadəcə Azərbaycan dilinin inkişafı ilə əlaqədar deyil:

"O dildə sadəcə oxuyub-yazmaq həmin dili bilmək demək deyil. O dilin ədəbiyyatına hakim olmaq, frazeoloji birləşmələrini, ədəbi nümunələrini, ifadə tərzlərini və üslublarını bilmək çox önəm kəsb edir. "

Məsələn, mənim hazırda fəaliyyət göstərdiyim Amerikada orta məktəblərdə İngilis dili əsas fənlərdən biridir. İngilis dili, riyaziyyat, təbiət fənləri əsas fənlər hesab olunur. Çünki bu dildə təhsil alan insanlar həmin dilin incəliklərini və xüsusiyyətlərini bilmədən digər fənləri də tam mənasında qavraya, başa düşə bilmirlər".

Müsahibimiz əlavə etdi ki, beynəlxalq təhsilin qiymətləndirilməsi imtahanlarında suallar şagirdlərə ana dilində təqdim olunur:

"15 yaşlıların qiymətləndirilmələrində, dördüncü siniflərin daxili monitorinqində və Azərbaycan miqyasında keçirilən digər monitorinqlərdə şagirdlərdən sualı anlamaq tələb olunur. Yəni əgər söhbət sadəcə əzbərdən gedirsə, əlbəttə, o zaman Azərbaycan dili biliyinə çox da ehtiyac olmaz, çünki yalnız bilik səviyyəsində olan məlumat yoxlanılır. Bilik isə sadəcə hafizəyə əsaslanır. Amma digər mərhələlər anlama, dərk etmə, analiz, sintez, qiymətləndirmə, dərin anlamanı tələb edir. Bunların hamısı isə Azərbaycan dili biliyini tələb edir. Yəni hansı dildə təhsil alırsansa, həmin dili mükəmməl bilmək bilik qazanma mərhələsinin daha üst səviyyələrinə çıxmaqla yaxından əlaqəlidir. Bunu elmi nəzəriyyələr və elmi tədqiqatlar sübut edir. Ona görə də düşünürəm ki, Azərbaycan dili fənninin dərs saatlarının artırılması sadəcə Azərbaycan dilinin inkişafına xidmət etmir, bununla yanaşı digər fənlərin də anlaşılmasına, dərk edilməsinə və öyrənilməsinə xidmət edir".

Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI