Direktoryanı müşavirələrində dərsdinləmələrin müzakirəsi aparılır
Direktoryanı müşavirələrində dərsdinləmələrin müzakirəsi aparılır.
AzTehsil.com xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində direktoryanı müşavirələr çərçivəsində dərsdinləmələrin müzakirəsi həyata keçirilir.
Müşavirələr zamanı əsas diqqət aşağıdakı məsələlərin təhlilinə yönəldilir:
- Dərsə hazırlıq səviyyəsi,
- Tədris prosesinin planlaşdırılması,
- Tətbiq olunan metodik yanaşmalar,
- Şagird nailiyyətlərinin dəyərləndirilməsi.
Qeyd edək ki, keçirilən müşavirələr çərçivəsində ümumilikdə 133 müzakirə aparılıb. Bu müzakirələrdə mövcud çatışmazlıqlar, inkişaf perspektivləri və tədrisin keyfiyyətinin artırılması istiqamətində konkret təkliflər irəli sürülüb.
Bu cür müzakirələr müəllim fəaliyyətinin təkmilləşdirilməsi, metodiki dəstəyin gücləndirilməsi və tədris prosesinin daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.![]()















