AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Yazarlar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird
28 noyabr 2025
1 031

İBTİDAİ sinif müəllimləri üçün davamlı təlimlər keçirilməlidir




Ötən həftə elm və təhsil naziri Emin Əmrullayev İTV-də yayımlanan “Diqqət Mərkəzi” verilişində çıxışı zamanı ibtidai sinif müəllimlərinin sertifikasiyada digər fənn müəllimləri ilə müqayisədə daha aşağı nəticə topladığını bildirib.


AzTehsil.com xəbər verir ki, Nazirin bu açıqlaması ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Xüsusən də ibtidai sinif müəllimlərinin hazırlıq səviyyəsi, onların üzləşdiyi çətinliklər və bunun kökündə duran səbəblər barədə bir sıra suallar gündəmə gəlib.


Mövzu ilə  danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova bildirib ki, elm və təhsil naziri Emin Əmrullayevin “Diqqət Mərkəzi” verilişində səsləndirdiyi fikirlər, yəni ibtidai sinif müəllimlərinin sertifikasiyada daha aşağı nəticə göstərməsi təhsildəki mövcud problemlərin ümumi mənzərəsini göstərir.


“Lakin bu tendensiyanı bütün ibtidai sinif müəllimlərinə şamil etmək düzgün olmaz. Sertifikasiyada yüksək nəticə göstərən, metodik cəhətdən güclü, dərs prosesində müasir yanaşmaları tətbiq edən kifayət qədər ibtidai sinif müəllimimiz var. Bu fakt onu göstərir ki, məsələ müəllimlərin ümumi hazırlığında deyil, daha çox sistem daxilində imkanların bərabər olmaması, metodik dəstək və resurslarda fərqlərin olması ilə bağlıdır”.


Deputat vurğulayıb ki, ibtidai sinif müəllimlərinin bir hissəsinin aşağı nəticə göstərməsinin səbəbi ilk növbədə işin çoxşaxəli olmasındadır:


“İbtidai müəllim eyni anda dil, riyaziyyat, ətraf aləm, oxu, yazı, sosial davranış–demək olar ki, bir neçə fənni və pedaqoji istiqaməti tədris edir. Bu isə fənn müəllimlərinə nisbətən daha geniş bilik və metodik baza tələb edir. Hazırda sertifikasiya imtahanı da bu geniş spektri yoxladığı üçün, bəzi müəllimlər üçün çətinlik yaradır. Digər tərəfdən, illər əvvəl təhsil almış, metodik yeniliklərlə daim işləməyən və ya regionlarda resurs çatışmazlığı ilə üzləşən müəllimlər sertifikasiyada aşağı nəticə göstərə bilirlər. Bu, əlavə dəstəyə ehtiyac olduğunu göstərir”.


O, eyni zamanda əlavə edib ki, yüksək nəticə göstərən ibtidai müəllimlərin mövcudluğu sertifikasiya tələblərinə uyğunlaşmaq, habelə yeni kurikulum və müasir metodik yanaşmaları mənimsəməyin tamamilə mümkün olduğunu sübut edir:


“Deməli, problem fənnin spesifikliyində deyil, sistemin müəllimlərə eyni hazırlıq və inkişaf imkanlarını verə bilməməsindədir. Bu vəziyyəti komitə üzvü kimi belə şərh edərdim: sertifikasiya imtahanının nəticələri təhsil sistemində balanssızlığın göstəricisidir. Güclü ibtidai müəllimlər var və onların nəticələri yüksəkdir. Lakin bu peşəkarlığın ölkənin bütün məktəblərində eyni şəkildə təmin olunması üçün sistemli dəstək mexanizmləri gücləndirilməlidir. Sertifikasiya yalnız “keçid balı” ölçən imtahan yox, eyni zamanda müəllimin inkişaf yolunu müəyyən edən mexanizm olmalıdır”.


Elnarə Akimova sözügedən sahədə nəticələri yaxşılaşdırmaq üçün bir neçə addım təklif edib:


– ibtidai sinif müəllimləri üçün davamlı peşəkar inkişaf proqramları genişləndirilməli, real dərs prosesinə uyğun metodik təlimlər artırılmalıdır;


– region məktəblərində müəllim hazırlığı, resurs təminatı və metodik dəstək xüsusi şəkildə gücləndirilməlidir;


– yüksək nəticə göstərən ibtidai müəllimlərin təcrübələri mentorluq və treninq proqramları vasitəsilə digər müəllimlərə ötürülməlidir;


– sertifikasiya imtahanına hazırlıq üçün sistemli, pulsuz və davamlı dəstək platforması yaradılmalıdır;


– zəif nəticə göstərən müəllimlər üçün fərdi inkişaf planı hazırlanmalı, müəyyən müddət ərzində onları peşəkar baxımdan gücləndirən xüsusi proqramlar tətbiq edilməlidir.


Yekun olaraq deputat qeyd edib ki, ibtidai müəllimlərin bir hissəsinin aşağı nəticə göstərməsi ümumi bir qiymət deyil, sistemdəki fərqliliklərin nəticəsidir. Onun sözlərinə görə, yüksək göstəricili ibtidai müəllimlərin olması isə göstərir ki, doğru dəstək, düzgün hazırlıq və bərabər imkanlarla bütün müəllimlər bu səviyyəyə çata bilər.



Həmçinin oxuyun:
Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

"72 mindən artıq müəllimin maaşı artırılacaq" - Şöbə müdiri

"72 mindən artıq müəllimin maaşı artırılacaq" - Şöbə müdiri

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər