AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird / Qəhramanlarımız / Tədbirlər
05 noyabr 2025
937

“Zəfərdən ilhamlanan gəncliklə gələcəyə” adlı konfrans keçirilib



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə “Zəfərdən ihamlanan gəncliklə gələcəyə” adlı konfrans keçirilib.



AzTehsil.com xəbər verir ki, Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsi dərin ehtiramla yad edilib. 



Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Tədbiri giriş sözü ilə açan YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov bildirib ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilmişdir. 2020-ci ilin 27 sentyabr tarixində başlanan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir. Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Qələbə Günü kimi yazıldı. Zəfər Gününün mənəvi əhəmiyyəti yalnız torpaqlarımızın azad olunması ilə məhdudlaşmır. Bu Qələbə Azərbaycan xalqının milli həmrəyliyinin, vətənpərvərlik ruhunun və dövlətçiliyə sədaqətin təntənəsidir. O, həmçinin bildirib ki, qazanılmış Zəfər gələcək nəsillər üçün vətənə xidmət nümunəsi kimi əbədiləşəcəkdir.



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı bildirib ki, Azərbaycan gəncliyi müstəqillik dövründə böyüyən, Zəfərin övladları sayılan nəsildir. O qeyd edib ki, gənclər qalib xalqın davamçıları kimi gələcək fəaliyyətlərini bu gücün və məsuliyyətin üzərində qurmalıdırlar.



2020-ci ilin payızında başlayan Vətən müharibəsi Azərbaycan xalqının və dövlətinin birliyinin, liderlik və peşəkarlığın ən parlaq nümunəsinə çevrildiyini vurğulayan sədr, Zəfərdən dərhal sonra sülh quruculuğu prosesinin başlanması xalqımızın düşüncəsinin və uzaqgörənliyinin göstəricisi olduğunu əlavə edib. 



O qeyd edib ki, Yeni Azərbaycan Partiyası bütün bu illər ərzində Ulu Öndər Heydər Əliyev ideyalarına əsaslanaraq ölkədə gedən ictimai-siyasi proseslərdə fəal iştirak edib və bu ideyaların həyata keçirilməsində aparıcı qüvvələrdən biri olmağa çalışıb. B.Muradova vurğulayıb ki, Azərbaycanın inkişaf yolu davam edir və bu yol ata-babalarımızdan, bugünkü tərəfdaşlarımızdan, sabahkı gənclikdən keçərək gələcəyə uzanır və bu əlaqə heç vaxt qırılmayacaq, bu irs hər zaman möhkəm qalmalıdır.



Hər bir kəsin Zəfərdən doğan qürur hissi ilə yanaşı, onun qorunmasına, gələcək nəsillərə ötürülməsinə və bu zəfərdən doğan öhdəliklərin yerinə yetirilməsinə töhfə verməli olduğunu vurğulayan sədr, gənclərə milli-mənəvi dəyərlərə sadiq qalmağı, öz sahələrində peşəkar mütəxəssislər olmağı, gələcək nəsillərə örnək olacaq sağlam ailələr qurmağı, milli ruhda övladlar böyütməyi tövsiyə edib.



Milli Məclisin deputatı Azər Allahverənov çıxışında bildirib ki, Azərbaycanın tarixi Zəfərindən sonra artıq beş ildir ki, bu günləri böyük qürur hissi ilə qeyd edirik. A.Allahverənov həmçinin vurğulayıb ki, bu qələbə regionda yeni reallıqlar yaradıb və qarşımızda yeni çağırışlar formalaşıb. O qeyd edib ki, 44 gün davam edən müharibə nəticəsində Azərbaycan dünyaya öz hərbi, siyasi və diplomatik gücünü nümayiş etdirməklə yanaşı, yeni bir Azərbaycan modeli də təqdim olundu. Qeyd olunub ki, otuz ilə yaxın davam edən işğal dövrü Azərbaycan xalqının milli yaddaşında dərin izlər buraxsa da, bu müddət ərzində dövlətin məqsədyönlü və prinsipial siyasəti gələcək Qələbənin əsasını qoydu. O, çıxışının sonunda gənclərə bu tarixi Zəfəri daim yaşatmağı, şəhidlərimizin qəhrəmanlığını unutmamağı və Vətənə sədaqətlə xidmət etməyi tövsiyə edib.



“Yeni Azərbaycan Partiyası Gənclər Birliyi”nin sədr müavini Sevinc Qasımova qeyd edib ki, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu.



Zəfərin xalqımızın genetik kodunda yer alan qəhrəmanlıq və mübarizlik ruhunun təcəssümü olduğunu qeyd edən S.Qasımova bildirib ki, biz öz tariximizin birbaşa yazıçılarıyıq və gənclərin əsas vəzifəsi bu ruhu qoruyaraq, beynəlxalq arenalarda Azərbaycanın səsini ucaldıb, həqiqətlərimizi dünyaya çatdırmaqdır.



Vətən müharibəsi iştirakçısı Vüqar Muradov vurğulayıb ki, bu zəfər Azərbaycan xalqının tarixi nailiyyəti, əbədi fəxarətidir. Bu, böyük hərbi zəfərin və müdrik diplomatiyanın nəticəsidir.



Sonda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.



    



Həmçinin oxuyun:
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Kəngərli rayon Xok kənd tam orta məktəbində tədbir keçirilib

Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Kəngərli rayon Xok kənd tam orta məktəbində tədbir keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib