AzTehsil.com

Bakalavr / Xəbərlər / İnnovasiyalar / İKT / Müəllim / Direktor / Digər Elan / Cəmiyyət / Bölgə
28 noyabr 2025
933

Universitetlərdə inklüziv təhsillə bağlı vəziyyət necədir?



Müasir dövrdə cəmiyyətin inkişaf səviyyəsi, təhsilin əlçatanlığı və bərabərliyi ilə birbaşa bağlıdır. Bu baxımdan inklüziv təhsil anlayışı ali təhsil sistemində də getdikcə daha aktual və zəruri hal alır.


Universitetlərdə inklüziv təhsil üçün şəraitin yaradılması, müxtəlif bacarıq və imkanlara malik gənclərin təhsilə bərabər çıxışını və tamhüquqlu iştirakını təmin etmək məqsədi daşıyır. Bu, təkcə fiziki məhdudiyyətli tələbələrin deyil, eyni zamanda sosial, iqtisadi, psixoloji və mədəni baryerlərlə üzləşən fərdlərin də nəzərə alınması deməkdir.


Azərbaycanda universitet mühitində inklüziv təhsilin mövcud vəziyyəti necədir? Həssas qrupa daxil olan, sağlamlıq imkanları məhdud tələbələr üçün universitetlərdə hansı şərait və güzəştlər təmin edilir?


AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı Elm və Təhsil Nazirliyindən verilən açıqlamada bildirilib ki, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan şəxslər üçün təhsil haqqı ödənişində güzəştlər edilir:


“Mövcud qanunvericiliyə əsasən, ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan və bu kateqoriyaya aid olan tələbələr təsdiqedici sənədləri təqdim etməklə, təhsil haqqını ödəməkdən azad olunurlar”.


Qeyd edilib ki, digər güzəştlər universitetlərin daxili qərar və qaydalarına əsasən dəyişir.


Bəs ayrı-ayrı universitetlərdə vəziyyət necədir?


UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova açıqlamasında qeyd edib ki, bu il UNEC-də inklüziv təhsilə cəlb olunan tələbələrin sayı bir qədər azalıb:


“Bu il bütün kurslar üzrə həm əyani, həm qiyabi təhsil alan 74 tələbəmiz var. Həssas kateqoriyadan olan tələbələr üçün universitetimizdə müxtəlif xidmətlər göstərilir. İnklüziv Təhsil Mərkəzi bütün fakültələr və ixtisaslar üzrə təhsil alan tələbələrin təhsil prosesini koordinasiya edir. Monitorinqlər aparılır, lazımi xidmətlər göstərilir. İlk növbədə, universitetdə ehtiyacı olan tələbələrə psixoloji xidmət və sosial iş xidməti göstərilir. Tədris materiallarının təminatında da kömək edirik. Görmə məhdudiyyətli tələbələr üçün bəzi mühazirələr və dərs materialları onlayn formatda elektron kitabxanadan təmin olunur. Yeni layihəmiz əsasında universitetdə bütün müəllimlər mühazirələrini auido formatda qeyd edib təqdim edirlər və bu mühazirələri kitabxanalara verilir”.


Sevinc Məhsimova qeyd edib ki, həssas kateqoriyadan olan tələbələr universitetdə digər tələbələrə təqdim olunan bütün imkanlardan istifadə edə bilirlər:


“Tələbə təşkilatlarında iştirak edirlər, müxtəlif seminar, konfrans, vebinar və müxtəlif layihələrdə aktiv iştirak edə bilirlər. Hətta şahmat turnirlərində də iştirak edən, təlimlər aparan həssas qrupdan olan tələbələrimiz də var. Həssas qrupdan olan tələbələr arasında xüsusi istedadlı şəxslərin istedadlarını üzə çıxarmaq üçün də onlara dəstək veririk. Məsələn, şeir və detektiv roman yazan tələbələrimiz var. Biz onların əsərlərinin nəşrinə, sərgilər keçirilməsinə dəstək veririk. Qeyd edim ki, təşkil etdiyimiz sərgilərdə həm bizim tələbələrin, həm də tələbəmiz olmayan əlil şəxslərin iştirakına da şərait yaradılır. UNEC-də il ərzində 4-5 dəfə bu cür sərgilər təşkil edilir.


UNEC İnkluziv Təhsil Mərkəzi ölkə üzrə bir çox QHT və təşkilatlar, dövlət qurumları ilə əməkdaşlıq edir. Eyni zamanda, digər universitetlərdə maarifləndirmə kampaniyaları keçirilir. Ötən həftə inklüziv təhsillə əlaqədar bir neçə rayonda olmuşuq. Eyni zamanda, tələbələrin Erasmus plus proqramlarına qatılmağına da dəstək verilir. Bəzi tələbələr bu kimi proqramlarla xaricdə bir semestr ərzində təhsil alıb qayıdırlar. Bu da onlar üçün müsbət bir təcrübədir. UNEC Təcrübənin Təşkili Mərkəzi ilə əməkdaşlıq sayəsində həssas qrupa daxil olan tələbələri onlara uyğun yerlərə təcrübələrə göndərə bilirik. Digər universitetlərdən tələbələr də bizim mərkəzdə təcrübə keçmək imkanı qazanır.


DOST Mərkəzi, Sosial Xidmətlər Agentliyi, Dost İnklüziv İnkişaf Mərkəzi kimi qurumlarla da əməkdaşlıq edirik. Əlilliyi olan tələbələrin və məzunların işlə təmin edilməsi sahəsində də dəstək olmağa çalışırıq. Fikrimcə, işimizdə “ən zəif bənd” məhz bu qismdir. Ölkədəki ümumi vəziyyəti nəzərə alsaq, həssas qrupdan olan məzunların işlə təmin edilməsi ən çətin işdir. Ona görə də, biz daha çox bu istiqamətə yönəlməyə başladıq.


Universitetin ara imtahanları və əsas imtahanları keçirmə qaydalarında da dəyişiklik etmişik: Ehtiyac olduğu zaman, xüsusilə, görmə məhdudiyyətli tələbələr üçün yazılı imtahanları və test imtahanlarını şifahi formada təşkil edirik. Yaxud, yazılı imtahanı testə çeviririk, və ya test imtahanı şifahi formada verilir. Həssas qrupdan olan tələbələr üçün belə çevik bir sistem yaratmışıq. Əslində, universitetin bütün strukturları birgə işləyir, artıq oturuşmuş bir sistem var. Maarifləndirmə və xüsusi hazırlıq təlimlərinin keçirilməsinə də xüsusi yer ayrılıb. İnküziv Ali Təhsil kitabı da hazırlanıb. Bu kitabda universitet müəllimləri üçün əlilliyi olan tələbələrlə işləmək üçün köməkçi vasitədir”.


Bakı Dövlət Universitetindən isə bildirilib ki, hazırda BDU-da sağlamlıq imkanları məhdud 46 tələbə təhsil alır:


“Universitetdə təhsil alan sağlamlıq imkanları məhdud tələbələr üçün bütün şərait yaradılıb və bu tələbələrə qanunvericiliklə müəyyən olunmuş bütün güzəştlər tətbiq olunur”.


Azərbaycan Tibb Universitetindən isə bildirilib ki, universitetdə təhsil prinsiplərini nəzərə alaraq hazırda universitetə qəbulda sağlamlıq imkanları məhdud şəxslər iştirak etmir.


Azərbaycan Dillər Universitetindən də bildirilib ki, ADU-da bu günə qədər sağlamlıq imkanları məhdud 10 tələbə təhsil alıb. Hazırda universitetdə həssas qrupa daxil olan 3 tələbə təhsil alır:

‎"ADU-nun Rektoru, akademik Kamal Abdullayevin 30 iyun 2021-ci il tarixli 46 nömrəli əmri ilə universitetdə “İnklüziv Təhsil Mərkəzi” yaradılmışdır. Mərkəz sağlamlıq imkanları məhdud tələbələrin ali təhsilə cəlb olunması, onların təhsil prosesində bərabər imkanlarla təmin olunması istiqamətində fəaliyyət göstərir.

‎Mərkəzin fəaliyyəti çərçivəsində ‎“Könüllü Proqramı” həyata keçirilir, ‎inklüzivlik sahəsində gənc mütəxəssislərə zəruri nəzəri biliklərin verilməsi, praktik bacarıqların formalaşdırılması və təcrübə proqramlarının təşkili təmin olunur və ‎müxtəlif təlimlər, layihələr və inklüziv fəaliyyətlər mütəmadi olaraq təşkil edilir".

‎Qeyd edilib ki, sözügedən tələbələr üçün universitetdə portativ kompüterli lövhələr, səsə həssas klaviatura və siçan, ekran oxuyucu "Reader HD" proqramı, eşitmə qüsurlu tələbələr üçün eşitmə cihazları və xüsusi eşitmə dəstəkləyici avadanlıqlar, işıq sensorlu ekranlar, ‎notbuklar, məsafədən səs-köməkçi qurğular, görmə məhdudiyyəti olan tələbələr üçün xüsusi proqram təminatı, sınanmış kompüter-rabitə proqramları, böyüdücü portativ kameralar (Portable Reading Camera) kimi imkanlar yaradılıb:

"‎Belə kateqoriyaya aid olan tələbələr üçün universitet tərəfindən xüsusi güzəştlər və dəstək tədbirləri mövcuddur. Sağlamlıq imkanları məhdud tələbələr təhsil haqqından azad olunurlar və universitet rəhbərliyi, həmçinin İnklüziv Təhsil Mərkəzi tərəfindən onların vəziyyəti ilə mütəmadi şəkildə maraqlanılır, təhsil prosesində iştiraklarının təmin olunmasına xüsusi diqqət yetirilir".





Həmçinin oxuyun:
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Azərbaycanda 40 min uşaq təhsil ala bilmir - Əlilliyi olan şəxslər harada oxumalıdır?

Azərbaycanda 40 min uşaq təhsil ala bilmir - Əlilliyi olan şəxslər harada oxumalıdır?

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Fiziki tərbiyənin mahiyyəti və məqsədi,  Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi