H/N sənədlər, Valideyn, Direktor
16 may 2017
1757

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

 


1.Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)

1.Xüsusi təhsil haqqında anlayış.

Xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs sağlamlıq imkanları məhdud şəxs, xüsusi şərait yaratmaqla sağlamlıq imkanları məhdud şəxslərin məktəbəqədər, ümumi və peşə-ixtisas təhsili isə xüsusi təhsil adlanır.  
 
Xüsusi şərait dedikdə, sağlamlıq imkanları məhdud şəxslərin pedaqoji-psixoloji, tibbi, so- sial və digər xidmətləri alması üçün yaradılmış şərait başa düşülür. Xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını, o cümlədən özünəxidmət vərdişlərinin yaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını  təmin etməkdən ibarətdir.

1.1.Xüsusi təhsil sahəsində dövlətin vəzifələrinə daxildir:

-sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanları nəzərə alınmaqla dövlət hesabına təhsil almalarına təminat verilməsi;

-xüsusi təhsil sahəsində məqsədli dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;

-xüsusi təhsilin dövlət standartlarının müəyyən olunması;

-xüsusi təhsilin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi;

-sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanlarına uyğun peşələr üzrə hazırlıq almalarına şərait yaradılması;
-sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili almalarına təminat verilməsi;

-xüsusi təhsil sahəsində kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılmasına təminat verilməsi;

-xüsusitəhsilihəyatakeçirənmüəssisələrinmaddi-texnikibazasının möhkəmləndirilməsi.

1.2.Sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil sahəsində hüquqları aşağıdakılardır:

psixoloji-tibbi-pedaqoji  komissiyada  və  tibbi-sosial  komissiyada  pulsuz  müayinə olunmaq;

psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə uyğun olaraq fiziki çatışmazlığı (insanın fiziki inkişafında və (və ya) bədən üzvünün (üzvlərinin) fəaliyyətində çatışmazlıqlar, xroniki somatik və yolxucu xəstəliklər nəticəsində yaranmış müvəqqəti, yaxud daimi çatışmazlıq), əqli və (vəya) psixi ləngimələri (əqli çatışmazlıq mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində təfəkkürdə və yaddaşda olan çatışmazlıqdır; psixi ləngimə psixi inkişafın ləngiməsi, o cümlədən nitq qüsurları, emosional-iradi mühitin pozuntuları və autizm başa düşülür) olanların pulsuz psixoloji- tibbi- pedaqoji korreksiyası;

psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən xüsusi təhsilin müvafiq tədris proqramları üzrə məktəbəqədər və ümumi təhsil almaq;

müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada xüsusi təhsil almaq;

təhsil və peşə hazırlığı başa çatdıqda müvafiq işlə təmin olunmaq.

1.3.Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin xüsusi təhsil sahəsində hüquq və vəzifələri aşağıdakılardır:

psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan müayinədə, müayinə nəticələrinin müzakirəsində və xüsusi təhsil müəssisəsinin tipinin müəyyənləşdirilməsində iştirak etmək;

psixoloji-tibbi-pedaqoji komissiyanın qərarından qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət etmək;

fərdi tədris proqramları ilə tanış olmaq və onların həyata keçirilməsində iştirak etmək;

xüsusi təhsil müəssisələri ilə bağlı məsləhətlər almaq;

sağlamlıq imkanları məhdud şəxslərin valideynləri və ya digər qanuni nümayəndələri onların ümumi təyinatlı təhsil müəssisələrində təhsil almaları üçün qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarına və təhsil müəssisələrinə müraciət etməyə borcludurlar.

1.4.Sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər təhsil aldıqları məktəbəqədər, xüsusi təhsil müəssisələrində, internat tipli xüsusi təhsil müəssisələrində, o cümlədən ümumi tipli internat məktəblərin xüsusi təhsil bölmələrində tam dövlət təminatındadırlar; karlar və zəif eşidənlər; korlar və zəif görənlər; ağır nitq qüsurları olanlar; dayaq hərəkət aparatının funksiyaları pozulanlar; əqli cəhətdən geri qalanlar (debillər, imbisillər); emosional-iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar; psixi inkişafın ləngliyi  ilə əlaqədar təlimdə çətinlik çəkənlər; mürəkkəb çatışmazlıqları (fiziki çatışmazlığın, əqli və (və ya) psixi ləngimələrin məcmusu) olanlar.

2.Xüsusi təhsilin təşkili.

Xüsusi təhsil xüsusi təhsil müəssisələrində, xüsusi təhsil bölmələrində, xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələrində Azərbaycan  Respublikasının qanunvericiliyində müəyyən edilmiş formalarda həyata keçirilir.

2.1.Sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrində təhsil almaq imkanı olmayan şəxslərin təhsili müvafiq təhsil müəssisəsi vasitəsilə evdə təşkil edilir.
 
Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

2.2.Sağlamlıq imkanları məhdud şəxslər tibb müəssisələrində uzunmüddətli (21 gündən artıq) stasionar müalicədə olarsa, müvafiq icra hakimiyyəti orqanı psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında onların müvafiq ümumi  tədris proqramlarına uyğun təhsil almalarını təşkil edir. Stasionar şəraitdə təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

2.3.Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslərin psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial ekspert komissiyasının qərarına əsasən xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ vardır. Təhsil müəssisələrinin rəhbərliyi sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidmət təşkil etməlidir.

2.4.Təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait varsa, həmin müəssisədə sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiya təlimli təhsil təşkil edilir. İnteqrasiya təlimli təhsil müəssisəsinin rəhbərliyi şəxslərdə fiziki çatışmazlıq, yaxud konkret bir peşə (ixtisas) üzrə məhdudiyyət barədə əks göstəriş yoxdursa, onların qəbuluna etiraz edə bilməz. İnteqrasiya təlimli təhsil müəssisələrində təh- silin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

2.5.Xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər üçün yaradıla bilər:

-nitq pozulmaları (ağır nitq qüsurları, nitqin fonetik-fonematik ləngliyi, kəkələmə və ya ayrı-ayrı səslərin tələffüz pozulmaları) olanlar;

-eşitmə pozulmaları olanlar (karlar, zəif eşidənlər və sonradan karlaşanlar);

-görmə pozulmaları olanlar (korlar, zəif görənlər, çəpgözlər və s.);

-əqli (psixi) pozuntuları (əqli cəhətdən geri qalanlar, psixi inkişaf ləngliyi, ağır əqli geriliyi) olanlar;

-dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skalioz xəstəliyi olanlar;

-ağır çatışmazlığı olanlar, o cümlədən kar-korlar;

-emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar;

-xroniki somatik xəstəlikləri olanlar.

Tədris proqramlarının uğurla mənimsənilməsinə maneçilik olmadıqda müxtəlif fiziki çatışmazlıqları və (və ya) psixi ləngiməsi olanlar üçün təhsil eyni xüsusi təhsil müəssisəsində həyata keçirilə bilər. Xüsusi təhsil müəssisələri haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

2.6.Mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin təlimi və (və ya) tərbiyəsi ilə əlaqədar müxtəlif profilli reabilitasiya mərkəzləri yaradılır. Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi sağlamlıq imkanları məhdud şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyasını və fərdi təhsil proqramları üzrə məşğələləri təşkil etməkdir.
 
Reabilitasiya mərkəzlərində məşğələlər fərdi və qrup təlim proqramlarına əsasən, hər qrupda 10, mürəkkəb çatışmazlığı olanlar üçün isə 6 nəfərdən çox olmayaraq təşkil edilir. Reabilitasiya mərkəzləri haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

2.7.Tərbiyəvi xarakterli tədbirlərə ehtiyacı olan 11 yaşdan 14 yaşına qədər sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən qapalı tipli xüsusi təhsil bölmələri yaradılır.
 
Həmin şəxslər bu təhsil müəssisələrinə psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi nəzərə alınmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada göndərilirlər. Azadlıqdan məhrum etmə yerlərində psixoloji-tibbi-pedaqoji komissiyanın rəyində müəyyən edilmiş şərtlərə əməl etməklə ictimai təhlükəli əməllər törətmiş sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsili qanunvericilikdə müəyyən olunmuş qaydada təşkil edilir.

3.Xüsusi təhsilin dövlət standartları.

Fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanlar üçün xüsusi təhsilin dövlət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi təhsil dövlət standartları mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsili həyata keçirən müəssisələr üçün məcburidir.

4.Xüsusi təhsil sisteminin idarə olunması.

Xüsusi təhsil həyata keçirilən dövlət müəssisələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə olunur. Müvafiq icra hakimiyyəti orqanı xüsusi təhsil üzrə proqramlar, o cümlədən əlaqəli proqramlar hazırlayır və həyata keçirir, sağlamlıq imkanları məhdud şəxslərin sağlamlığının mühafizəsinə, onların çatışmazlıqlarının koreksiyasına, sosial adaptasiyasına, tibbi-sosial reabilitasiyasına, əlilliyin profilaktikasına yönəlmiş birgə tədbirlər görür.

Mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsil müəssisəsinin akkreditasiyası, xüsusi təhsil haqqında dövlət nümunəli sənəd almaq üçün təhsil alanların yekun attestasiyası və xüsusi təhsilin keyfiyyətinə nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Xüsusi təhsil müəssisəsinin, xüsusi təhsil bölməsinin və inteqrasiya təlimli təhsil müəssisəsinin maddi-texniki bazasına xüsusi təhsil müəssisəsinin tipindən asılı olaraq binalar, qurğular, yeməkxanalar, yardımçı binalar, tibb, korreksiya və reabilitasiya kabinetləri, idman, qurğuları, təlimin texniki vasitələri, kitabxana fondu daxildir. Xüsusi təhsili həyata keçirən müəssisənin maddi-texniki bazası müvafiq olaraq dövlət, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən formalaşdırılır. Xüsusi təhsil üçün dərslik, dərs vəsaitləri və elmi-metodik vasitələrin hazırlanması müvafiq icra hakimiyyəti orqanı, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən həyata keçirilir.

Xüsusi təhsil sahəsində pedaqoji və tibbi fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılır. Xüsusi təhsil üçün kadrların hazırlnması orta və ali-peşə-ixtisas təhsili müəssisələrində, pedaqoji işçilərin ixtisasartırma və yenidənhazırlanma müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Xüsusi təhsil müəssisələ- rində çalışan işçilərin sosial müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.






DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...

Həmçinin oxuyun:
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Leyla Əliyeva:-

Leyla Əliyeva:-"sağlamlıq imkanları məhdud olan məktbəlilər həmişə diqqət və qayğıda saxlanılmalıdır"

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Sumqayıt Mərkəzi Kitabxanasından fiziki imkanları məhdud uşaqlara tövhə

Sumqayıt Mərkəzi Kitabxanasından fiziki imkanları məhdud uşaqlara tövhə

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin  tipləri və növləri

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

Əmək Məcəlləsindən çıxarış  IV bölmə   İş vaxtı

Əmək Məcəlləsindən çıxarış IV bölmə İş vaxtı

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ