AzTehsil.com
RU

Xəbərlər
19 iyun 2016
10 713

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

 Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir.  Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi İnternat məktəbi "Uşaq evləri və internat məktəblərinin İnkişafı Proqramı” çərçivəsində Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə yenidən bərpa edilmiş, müasir avadanlıqla təmin edilmişdir.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində 260 nəfər gözdən əlil və zəifgörən şagird təhsil alır. Onlardan 70 nəfəri qız, 190 nəfəri isə oğlandır. Son 3 ildə internat məktəbinə daxil olan şagirdlərin sayı aşağıda qeyd olunan kimidir:
2011-2012-ci tədris ili üzrə- 31 nəfər
2012-2013-cü tədris ili üzrə- 22 nəfər
2013-2014-cü tədris ili üzrə- 28 nəfər
Bildiririk ki, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən internat məktəblərində yaşayıb təlim-tərbiyə alan şagirdlər tam dövlət təminatındadırlar. 15.09.2013-cü il tarixindən Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsinə başlanılmışdır.
Menyulara xəstəliklərin nozoloji formasına, gedişinə, ağırlıq dərəcəsinə, remissiya və ya residiv dövrlərinə uyğun fərdi dəyişikliklər edilmişdir. Bundan əlavə, qidalanma yaş qrupları, uşaq və yeniyetmələrin üzərinə düşən əqli və fiziki yükün xüsusiyyətləri, bu müəssisələrdə dərs və iş rejimi nəzərə alınmaqla təşkil edilmişdir.
Qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsi beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsini daim nəzarətdə saxlamaq və baş verən hər hansı bir çatışmazlığın operativ şəkildə aradan qaldırılması məqsədlərinə xidmət edir.İnternat məktəbində dəuşaq və yeniyetmələr arasında qidalanmanın düzgün təşkili və yemək çeşidlərinin müxtəlifliyi uşaqlara seçim imkanları yaratmışdır.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin nəzdində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan gözdən əlil və zəifgörən uşaqlar üçün musiqi məktəbi fəaliyyət göstərir. İnternat məktəbinin 187 nəfər şagirdi tar, kamança, qarmon, nağara, xanəndə, forte piano, skripka sinifləri fəaliyyət göstərir.
İnternat məktəbini bitirən məzunlar ali və orta ixtisas təhsili müəssisələrinə yüksək nəticələrlə qəbul olmuşlar. Belə ki, 2010-cu ildə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin 11 nəfər şagirdi ali, 8 nəfər şagirdi kollec və 3 nəfər şagirdi isə orta ixtisas təhsil müəssisələrinə, 2011-ci ildə 11-ci sinfi bitirən məzunlar arasından 7 nəfər şagird ali, 3 nəfər şagird kollecə, 2012-ci ildə 6 nəfər şagird ali, 4 nəfər şagird kollecə və 2013-cü ildə 9 nəfər şagird ali, 4 nəfər şagird isə kollecə qəbul olmuşdur.
Qolbol üzrə Azərbaycan milli komandasının 7 nəfər üzvü sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərinin şagirdləridir. Milli komanda 2 dəfə Avropa çempionatında, 3 dəfə beynəlxalq yarış və turnirlərdə iştirak etmişlər. Hazırda milli komanda 2016-cı ilə Braziliya Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün məşq edirlər.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbinin nəzdində mətbəə yaradılmışdır ki, burada Brayl əlifbasında dərslik və dərs vəsaitləri çap olunur. Mətbəədə çap olunan dərs vəsaitləri gözdən əlil uşaqların dərsliklərə olan ehtiyacını tam təmin edir. Eyni zamanda internat məktəbi Almaniyadan gətirilmiş xüsusi kompüter dəsti ilə təchiz edilmişdir.

Загрузка...
Həmçinin oxuyun:
Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

Psixoloq kimdir? Vəzifəsi nədir?

Psixoloq kimdir? Vəzifəsi nədir?

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var