AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedaqoji nəşrlər / Pedoqojitəcrübə / Yazarlar / İnnovasiyalar / İKT / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Mədəniyyət / Cəmiyyət / Bölgə / Tədbirlər
05 noyabr 2025
913

ADPU-da professor Mahirə Hüseynovanın 65 illik yubileyi KEÇİRİLİB



ADPU-da professor Mahirə Hüseynovanın 65 illik yubileyi keçirilib.


AzTehsil.com xəbər verir ki, noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış dilçi alim, şair, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın (Nağıqızı) 65 illik yubileyinə həsr olunmuş “Mən bu ömrü elə belə yaşadım” adlı ədəbi-bədii tədbir keçirildi. 


Tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, elm adamları, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.


ADPU-nun rektoru professor Cəfər Cəfərov açılış nitqində qeyd etdi ki, Mahirə Hüseynova həyatını bütövlükdə Azərbaycan Dövlət Pedaqoji Universitetinə həsr etmiş ziyalılardandır. O, təhsil aldığı bu ali məktəbdə müəllim kimi fəaliyyətə başlamış, kafedra müdiri, dekan və beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışaraq universitetin elmi və idarəçilik sisteminin inkişafına böyük töhfələr vermişdir. Rektor vurğulayıb ki, professor Mahirə Hüseynova Azərbaycan dilçiliyinin görkəmli tədqiqatçılarındandır. Onun Azərbaycan dilinin fonetik, morfoloji və leksik səviyyələrinin elmi-nəzəri aspektdən araşdırılması, aşıq və el şairlərinin yaradıcılığına dilçilik baxımından yanaşması dilimizin poetik qatlarının elmi müstəvidə öyrənilməsinə mühüm töhfə olmuşdur. Professorun monoqrafiyaları, dərslik və metodik vəsaitləri bu gün də ali məktəblərdə mühüm elmi-metodik mənbə kimi istifadə olunur. Eyni zamanda, Mahirə xanımın ədəbi yaradıcılığı və ictimai fəaliyyəti də onun çoxşaxəli şəxsiyyətini tamamlayır. “Mahirə Nağıqızı” imzası ilə nəşr olunan poetik və publisistik əsərləri onun dərin düşüncəsini, milli-mənəvi dəyərlərə bağlılığını və humanist baxışlarını əks etdirir. Bu, onun həm alim, həm ziyalı, həm də mənəvi dəyərləri qoruyan bir şəxs kimi cəmiyyətimizdə qazandığı hörməti daha da möhkəmləndirmişdir. Cəfər Cəfərov çıxışında həmçinin Mahirə Hüseynovanın beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətinə xüsusi diqqət çəkib. O qeyd etdi ki, M.Hüseynovanın rəhbərliyi ilə ADPU-nun bir çox xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri genişlənmiş, universitetin beynəlxalq nüfuzu artmışdır. 


Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov və digər çıxışçılar professor Mahirə Hüseynovanın elmi-pedaqoji və ictimai fəaliyyətini yüksək dəyərləndirib, onun həm alim, həm pedaqoq, həm də ictimai xadim kimi Azərbaycan elm və təhsilində çoxşaxəli fəaliyyətindən bəhs ediblər. Bildirildi ki, Mahirə Hüseynova yalnız elmi nailiyyətləri ilə deyil, həm də təhsilin inkişafına, gənc kadrların yetişdirilməsinə və milli-mənəvi dəyərlərin qorunmasına verdiyi töhfələrlə seçilir. Çıxış edənlər vurğuladılar ki, prof. Mahirə Hüseynovanın fəaliyyəti yalnız elmi nailiyyətlərlə məhdudlaşmır, onun elmi və poetik yaradıcılığında milli düşüncənin, dilin saflığının və milli-mənəvi dəyərlərin qorunması məsələləri hər zaman ön planda olub.


Sonra ADPU-nun Filologiya fakültəsinin professoru Təyyar Cavadov yubliyarın zəngin yaradıcılıq yolu haqqında geniş elmi məruzə etdi. Məruzədə vurğulandı ki, M.Hüseynovanın rəhbərliyi ilə aparılan tədqiqatlar müasir filoloji fikrin formalaşmasına, ədəbiyyatın və dilin tədrisində yeni yanaşmaların tətbiqinə şərait yaradıb. Onun elmi məktəbi bu gün də gənc alimlər üçün örnək sayılır.


Tədbirin bədii hissəsində, əvvəlcə, “Azərbaycan Televiziyası”nın Mahirə Nağıqızı yaradıcılığına həsr olunan sənədli filmi nümayiş olunub, “Ana”, “Sənsiz”, “Qərbi Azərbaycan” kimi musiqi və ədəbi nümunələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Respublikaının tanınmış incəsənət nümayəndələri Nurəddin Mehdixanlı, Leyla Rəhimova, Tural Əhməd, Gülzar Fərəcova, Elnur Zeynalov, Güllü Muradova, Leyla Quliyeva, Samir Cəfərov, Gülnaz Məmmədova, Aşıq Samirə və digərlərinin ifasında Mahirə Nağıqızının müəllifi olduğu şeirlər və musiqi nömrələri səsləndirildi. 


Sonda yubilyar səhnəyə dəvət olunaraq tədbirin təşkilatçılarına, həmkarlarına və qonaqlara minnətdarlığını bildirdi.O, Pedaqoji Universitet ailəsinin bir parçası olmaqdan qürur duyduğunu və bu dəyərin onun həyatında xüsusi yer tutduğunu vurğuladı.


Qeyd edək ki, professor Mahirə Hüseynovanın 65 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Dövlət Universiteti, ADPU-nun Quba və Şamaxı filiallarında da yubiley tədbirləri keçirilib.



Həmçinin oxuyun:
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Ali məktəblərdə kafedra müdiri və dekan vəzifəsi ilə bağlı YENİ TƏLƏB

Ali məktəblərdə kafedra müdiri və dekan vəzifəsi ilə bağlı YENİ TƏLƏB

60 illik alim və müəllim ömrü

60 illik alim və müəllim ömrü

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Təhsil eksperti: “Bir nəfər bir neçə vəzifə tutur, digərləri işsizlik problemi ilə baş-başa qalır”

Təhsil eksperti: “Bir nəfər bir neçə vəzifə tutur, digərləri işsizlik problemi ilə baş-başa qalır”

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

Məktəbdə bədii qiraət müsabiqəsinin sonuncu-final mərhələsi keçirildi

Məktəbdə bədii qiraət müsabiqəsinin sonuncu-final mərhələsi keçirildi

“Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş” aşıq sənəti üzrə onlayn ustad dərslər

“Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş” aşıq sənəti üzrə onlayn ustad dərslər

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ali məktəblərdə bir şəxsin 2 vəzifəni icra etməsi qadağan edilir

Ali məktəblərdə bir şəxsin 2 vəzifəni icra etməsi qadağan edilir

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Qubada filologiya elmləri doktorunun 65 illik yubileyi keçirilib

Qubada filologiya elmləri doktorunun 65 illik yubileyi keçirilib