Qubada filologiya elmləri doktorunun 65 illik yubileyi keçirilib
Qubada filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın anadan olmasının 65 illik yubileyi və elmi-pedaqoji fəaliyyətinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
AzTehsil.com xəbər verir ki, 28 oktyabr 2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan icmasının fəxri üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın anadan olmasının 65 illik yubileyi və elmi-pedaqoji fəaliyyətinə həsr olunmuş “Qəlbi azərbaycanlı, Qərbi Azərbaycanlı" adlı ədəbi-bədii gecə keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Millət vəkilləri - Əlibala Məhərrəmzadə, Sadiq Qurbanov, Afət Həsənova, Məlahət İbrahimqızı, Fatma İldırım, Müşfiq Məmmədli və Vüqar Rəhimzadə, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, AMEA-nın Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev və Filialın kollektivi, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Elman Quliyev, AYB-nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, hüquqşünas, tanınmış ictimai xadim Səməd Vəkilov iştirak etmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycanın, o cümlədən Qubanın poeziya mühitindən, ədəbiyyatın cəmiyyətin inkişafında rolundan, şairə Mahirə Nağıqızının Azərbaycan ədəbiyyatına, elm və təhsilin inkişafına verdiyi dəyərli töhfələrdən, ziyalı mövqeyindən və gənclərin mənəvi dünyasının formalaşmasındakı xidmətlərindən danışmışlar.










