AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Bakalavr / Bölgə
05 sentyabr 2025
1 147

Bu universitetin Quba filialı Beynəlxalq konfransa ev sahibliyi edib

Pedaqoji Universitetin Quba filialı Beynəlxalq konfransın sessiyasına uğurla ev sahibliyi edib

AzTehsil.com xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında ADPU ilə Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin (TUMTMK) birgə təşkilatçılığı ilə 2-5 sentyabr tarixlərində təşkil olunan “Mexanikada yeni trendlər” (New Trends in Mechanics) I Beynəlxalq Elmi Konfransı və 24-cü Milli Mexanika Konqresinin paralel sessiyaları keçirilib.

Sessiyadan əvvəl Beynəlxalq Konfransın Təşkilat Komitəsinin üzvləri Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla birlikdə Ümummilli Lider Heydər Əliyevin Quba şəhərindəki abidəsi önünə tər çiçəklər düzüblər. Ulu Öndərin əziz xatirəsinə ehtiram göstərilib. 

Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı İlqar Mahmudov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qubanın çoxşaxəli inkişaf istiqamətləri və perspektivdə olan regional proseslər barədə geniş məlumat verib. Diqqətə çatdırılıb ki, Qubada digər sahələr kimi təhsil də sürətlə inkişaf edir. Əminliklə qeyd olunub ki, ADPU-nun Quba filialının ev sahibliyi etdiyi sessiyalar uğurla başa çatacaq. 

Təşkilat Komitəsinin üzvləri Azərbaycanın hər yerində olduğu kimi Qubada şahidi olduqları hərtərəfli inkişafdan məmnunluqla bəhs edərək, ətrafdakı təbii gözəlliyə heyran qaldıqlarını ifadə ediblər.

Pedaqoji Universitetin Quba filialında təşkil olunan tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib. 

Filialın Akt zalında keçirilən plenar iclasda çıxış edən Təşkilat Komitəsinin həmsədrləri - ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və TUMTMK-nın sədri professor Mehmet Omurtag, həmçinin, Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə, ADPU-nun Quba filialının direktoru, Təşkilat Komitəsinin yerli üzvü, professor Yusif Alıyev beynəlxalq konfransın əhəmiyyətinə toxunaraq, sessiyalarda təqdim olunacaq məruzələrin, aparılacaq müzakirələrin region alimləri üçün dünya tətbiqi mexanika elmində əldə olunan son nailiyyətlərlə tanışlıq üçün böyük imkanlar yaradacaq. Əminliklə ifadə olunub ki, beynəlxalq konfrans ümumilikdə elmi inteqrasiyanın güclənməsi işinə mühüm töhfələr verəcək. 

Diqqətə çatdırılıb ki, mexaniki hərəkətlər haqqında ümumi qanunların və cisimlərin qarşılıqlı təsirini dərindən öyrənilməsi bütün dövrlərdə aktuallığını qoyuyub. Bu mənada “Mexanikada yeni trendlər” mövzusu beynəlxalq elm ictimaiyyət üçün ən maraqlı sahələrdən olduğu üçün bu sahədəki yeni çağırışlar diqqətlə izləniləcək.

“Mexanikada yeni trendlər” I Beynəlxalq Elmi Konfrans və 24-cü Milli Mexanika Konqresinin paralel sessiyalarının yüksək təşkilatçılıq əsasında keçirilməsindən məmnunluğunu ifadə edən çıxışçılar əminliklə bildiriblər ki, elmi tədbir qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gələcəkdir. 

Daha sonra professorlar - Asəf Zamanov, Abdulla Avey, Nəzmiyə Yahnioğlu və Nihal Eratlının həmsədrliyi ilə keçirilən paralel sessiyalarda müxtəlif ölkələrdən olan alim və tədqiqatçılar maşın öyrənməsi və mexanika prosesləri, cisimlərin mexanikası, kompozit materiallar mexanikası, optik, şüa və dalğa hərəkətləri, müxtəlif mühitlərdə titrəyiş hərəkətləri kimi mövzularda apardıqları tədqiqatlarla bağlı məruzələrlə çıxış ediblər.

Məlumat verilib ki, paralel sessiyalarda müzakirələrin aparıldığı beynəlxalq konfransda strukturlar (konstruksiyalar) mexanikası, bərk cisim mexanikası, tətbiqi riyaziyyat, tətbiqi mexanika, maye mexanikası və kompozit materiallar mexanikası sahələrində 150-yə qədər elmi məruzə təqdim ediləcək.

Sessiyadan sonra konfrans iştirakçılar filialla tanışlıq çərçivəsində Heydər Əliyev Lektoriyası, Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində olublar. Yeni tədris ilinə hazırlıq, beynəlxalq səviyyəli tətbiqlər və s. barədə qonaqlara müfəssəl məlumat verilib.

Şəhid Nuran Mirzəyevin adını daşıyan auditoriya ziyarət olunub. Qəhrəman şəhidin auditoriyada yerləşən büstü önünə tər çiçəklər düzülüb. 

İştirakçılar birgə xatirə fotosu çəkdiriblər.

Sessiya müzakirələrindən sonra konfrans iştirakçılar üçün sosial proqramla davam edib.

Həmçinin oxuyun:
İnformatika Testləri - B variantı - Qeyri ixtisas müəllimləri üçün

İnformatika Testləri - B variantı - Qeyri ixtisas müəllimləri üçün

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

Sinif rəhbərləri ..Oxuyun !    Sinifin xarakteristikası..

Sinif rəhbərləri ..Oxuyun ! Sinifin xarakteristikası..

Rəhbərlik işində fərdi xüsusiyyətlərin nəzərə alınması ..

Rəhbərlik işində fərdi xüsusiyyətlərin nəzərə alınması ..

Mühasibatlıq savadlılığı nədir və əsaslarını necə mənimsəyə bilərik

Mühasibatlıq savadlılığı nədir və əsaslarını necə mənimsəyə bilərik

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Stasionar şəraitdə təhsilin təşkili  QAYDALARI

Stasionar şəraitdə təhsilin təşkili QAYDALARI

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

TƏŞKİLAT  SAATI  VƏ  ONUN TƏŞKİLİ  YOLLARI

TƏŞKİLAT SAATI VƏ ONUN TƏŞKİLİ YOLLARI

SİNİF TƏŞKİLAT SAATI  VƏ  ONUN TƏŞKİLİ YOLLARI

SİNİF TƏŞKİLAT SAATI VƏ ONUN TƏŞKİLİ YOLLARI

Şimal bölgəsində yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba filialı 30 illik fəaliyyəti dövründə uğurlu pedaqoji kadr hazırlığı həyata keçirmişdi.

Qədim Türklərdə – Hunlarda  və Göytürklərdə tərbiyə

Qədim Türklərdə – Hunlarda və Göytürklərdə tərbiyə

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib