AzTehsil.com


Xəbərlər / H/N sənədlər
04 mart 2020
5 035


Stasionar şəraitdə təhsilin təşkili QAYDALARI



Stasionar şəraitdə təhsilin təşkili  QAYDALARI

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2002-ci il 29 may tarixli, 88 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

                   Stasionar şəraitdə təhsilin təşkili QAYDALARI


1. Stasionar şəraitdə təhsilin təşkili Qaydaları "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq stasionar müalicədə olan sağlamlıq imkanları məhdud şəxslərin ümum-təhsil tədris proqramlarına uyğun təhsili ilə əlaqədar məsələləri tənzimləyir.

2. Sağlamlıq imkanları məhdud şəxslər stasionar tibb müəssisələrində uzunmüddətli (21 gündən artıq) stasionar müalicədə olarkən, Təhsil Nazirliyi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil almalarını təşkil edir.

3. Stasionar tibb müəssisəsində təlim-tərbiyənin təşkili və ona rəhbərlik stasionar tibb müəssisəsinin yaxınlığında yerləşən ümumtəhsil məktəbi tərəfindən həyata keçirilir.

4. Stasionar tibb müəssisəsində pedaqoji fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılırlar. Bu zaman onların əməyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli qərarına 1 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələri tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nə uyğun olaraq ümumi təhsil müəssisəsinə ayrılmış vəsait hesabına ödənilir.[1]

5. Ümumi metodik rəhbərlik və stasionar tibb müəssisəsində sağlamlıq imkanları məhdud şəxslərlə keçirilən dərslərə nəzarət yerli təhsil orqanları tərəfindən həyata keçirilir.

6. Sağlamlıq imkanları məhdud şəxslərin təlimi ümumtəhsil məktəbinin sadələşdirilmiş proqramı əsasında təsdiq edilmiş xüsusi tədris planı üzrə aparılır.

7. Sağlamlıq imkanları məhdud şəxslərlə təlim işi qrup və ya fərdi formada aparılır. Qrupla məşğələ eyni sinifdən olan 4-15 nəfər sağlamlıq imkanları məhdud şəxs olduqda aparılır.

Müalicə aparılan şöbədə 4-dən 15-ə qədər I-IV sinif şagirdləri olarsa, sinif-komplekt təşkil edilir.

V-XI sinif şagirdləri üçün qrupla məşğələ iki sinfin birləşdirilməsi yolu ilə aparılır (V- VI, VI-VII, VII-VIII, VIII-IX, IX-X, X-XI).

8. Stasionar müalicədə olan sağlamlıq imkanları məhdud şəxslərlə məşğələlərin başlanılması vaxtını və təlimin təşkili formasını xəstənin səhhətindən asılı olaraq baş həkim müalicə həkiminin təklifi əsasında müəyyən edir. Bu barədə xəstəlik tarixində qeyd aparılır.

9. Müəllimlər təlim-tərbiyə işini sağlamlıq imkanları məhdud şəxslərin vəziyyətini nəzərə alaraq baş həkimlə razılaşdırılmış cədvəl üzrə qurur. Hər bir sağlamlıq imkanları məhdud şəxsin gündəlik dərs yükü I-IV siniflərdə 2, V-IX siniflərdə 3, X-XI siniflərdə 3,5 saatı aşmamalıdır.

10. Stasionar tibb müəssisəsinin baş həkimi tədris işinin təşkili üçün lazımi şərait yaradır və məşğələlərin vaxtını təyin edir.

Stasionar tibb müəssisələrində müalicə alan sağlamlıq imkanları məhdud şəxslərlə aparılan həftəlik məşğələlərə ayrılan saatların miqdarı aşağıdakı kimidir:
 

Siniflər

Fərdi məşğələlər (saat)

Qrup məşğələləri (saat)

I-III

3

12

IV

4

12

V

4

18

VI-VII

5

18

VIII

5

18

IX

6

18

X-XI

6

21

 
11. Stasionar tibb müəssisələrində sağlamlıq imkanları məhdud şəxslər onların gündəliyinə və təhsil aldıqları məktəbin arayışına əsasən müvafiq sinif proqramlarına uyğun dərslərə cəlb edilirlər.

12. Sağlamlıq imkanları məhdud şəxslərlə aparılan məşğələlərin qeydiyyatı üçün sinif jurnalı ayrılır. Bu jurnalda dərsi aparan müəllim stasionar tibb müəssisəsinə daxil olmuş sağlamlıq imkanları məhdud şəxslər haqqında məlumatları qeyd edir: soyadı, adı, atasının adı, doğulduğu il, məktəbin nömrəsi, sinfi, stasionar tibb müəssisəsinə daxil olduğu tarix, məşğələlərin başlanması və qurtarması, aparılan saatların miqdarı.

Sağlamlıq imkanları məhdud şəxslərin biliyinin qiymətləndirilməsi və keçilmiş mövzular sinif jurnalında qeyd edilir.

Stasionar tibb müəssisəsindən evə yazılandan sonra sağlamlıq imkanları məhdud şəxslərin haqqında yuxarıda göstərilən məlumatlar bu müəssisənin təlim-tərbiyə işini bilavasitə təşkil edən ümumtəhsil məktəbinə göndərilir.

13. Sağlamlıq imkanları məhdud şəxslər stasionar tibb müəssisəsində dərs ləvazimatları ilə tam dövlət təminatındadırlar.

14. Stasionar tibb müəssisəsindən evə yazılarkən sağlamlıq imkanları məhdud şəxslərə hər bir fənn üzrə cari və rüblük qiymətlər olan arayış verilir. Bu arayış stasionar tibb müəssisəsində təlim-tərbiyə işini təşkil edən ümumtəhsil məktəbinin direktorunun və baş həkimin imzaları və möhürləri ilə təsdiq edilir.

15. Stasionar tibb müəssisəsində təhsil alan sağlamlıq imkanları məhdud şəxslərdən ibarət kontingentin qeydiyyatı onların stasionar tibb müəssisəsinə qədərki təhsil aldıqları məktəblərin statistik hesabatında aparılır.

16. Sağlamlıq imkanları məhdud şəxslərin sonrakı təhsili, sinifdən-sinfə keçirilməsi, buraxılış imtahanlarından azad olunması psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında həyata keçirilir.

 



Загрузка...
Həmçinin oxuyun:
Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı Dövlət Proqramı təsdiqləndi

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı Dövlət Proqramı təsdiqləndi

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Sağlamlıq imkanları məhdud  şəxslərlə bağlı işçi qrupu yaradıldı

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı işçi qrupu yaradıldı

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün qanunvericiliyə yeni təkliflər hazırlanıb

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün qanunvericiliyə yeni təkliflər hazırlanıb

Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mərkəzləri yaradılır

Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mərkəzləri yaradılır

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Nazir: "2020-ci ilədək orta məktəblərdə 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb ediləcək"

Nazir: "2020-ci ilədək orta məktəblərdə 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb ediləcək"

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Prezidentdən Sərəncam

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Prezidentdən Sərəncam

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Leyla Əliyeva:-"sağlamlıq imkanları məhdud olan məktbəlilər həmişə diqqət və qayğıda saxlanılmalıdır"

Leyla Əliyeva:-"sağlamlıq imkanları məhdud olan məktbəlilər həmişə diqqət və qayğıda saxlanılmalıdır"

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Sağlamlıq imkanları məhdud şagirdlər üçün gündəlik dərs miqdarı nə qədər olmalıdır? - Evdə təhsil

Sağlamlıq imkanları məhdud şagirdlər üçün gündəlik dərs miqdarı nə qədər olmalıdır? - Evdə təhsil

Baş nazirdən təhsillə bağlı yeni - SƏRƏNCAM

Baş nazirdən təhsillə bağlı yeni - SƏRƏNCAM

Sağlamlıq imkanları məhdud gənclər üçün peşə kursları üzrə növbəti imtahan

Sağlamlıq imkanları məhdud gənclər üçün peşə kursları üzrə növbəti imtahan

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycanda ümumi təhsilin distant forması ləğv edilib

Azərbaycanda ümumi təhsilin distant forması ləğv edilib

Qənirə Paşayeva əlillərin ödənişli ali təhsildən azad edilməsini istədi

Qənirə Paşayeva əlillərin ödənişli ali təhsildən azad edilməsini istədi

Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq

Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq

Məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmətin göstərilməsi qaydası təsdiq edilib

Məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmətin göstərilməsi qaydası təsdiq edilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub