Xəbərlər
19 aprel 2017
1150

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

 

Aprelin 19-da Balçılı kənd 2 nömrəli tam orta məktəbdə Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib.
 

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

 

Dəyirmi masanın keçirilməsində məqsəd ədəbiyyat fənninə marağın artırılması, şagirdlərdə bədii qiraət bacarıqlarının təkmilləşdirilməsə nail olmaqdır.
 
Dövlət Himninin səslənməsi ilə başlanan dəyirmi masada Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
 
Məktəbin direktoru Bəhram Musayev çıxışı zamanı bildirib ki, şagirdlərdə ədəbi-bədii düşüncələrin inkişaf etdirilməsi, onlarda sağlam düşüncə tərzinin formalaşması üçün belə tədbirlərin keçirilməsi çox vacibdir.
 

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

 

Tədbirin gedişində şagirdlərin ifasında Y.V.Çəmənzəminlinin əsərlərindən müxtəlif hissələr canlandırılıb.
 

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

 

Dəyirmi masada digər fənn müəllimləri də şairin həyat və yaradıcılığı, əsərlərində poetik düşüncə tərzi barədə məlumat verərək, öz fikirlərini bölüşüblər. Şairin "Studentlər”, "Qızlar bulağı”, "İki od arasında” və digər əsərlərinin qəhrəmanları barədə müzakirələr aparılıb.
 

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

 

Raminə Məmmədova(Göygöl təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)





DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...