AzTehsil.com


Xəbərlər
19 oktyabr 2016
5 542


ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib



ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

 


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov oktyabr ayının 19-da universitetin 2 nömrəli tədris binasında Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib. Görüşdə qarşıda duran vəzifələr, idarəetmə və tədris prosesi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, kredit sistemi, təhsil haqları və digər məsələlər müzakirə edilib. Görüşdə ADPU-nun İnzibati idarəetmə və tələbələrlə iş üzrə prorektoru, professor Fikrət Rzayev, Təhsilin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin müdiri, dosent Sənan Əliyev də iştirak ediblər. Qeyd edək ki, universitetin digər fakültələrində də belə görüşlərin keçirilməsi nəzərdə tutulur.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov əvvəlcə tələbələri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə təbrik edib, onlara ən xoş, ən səmimi arzularını çatdırıb. Bildirib ki, Azərbaycan iyirmi beş il ərzində böyük və zəngin inkişaf yolu keçib. Bu müddət ərzində həm də yeni nəsil formalaşıb. Müstəqillik böyük və müqəddəs anlayışdır. Son illər Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edib. Son 10 ildə iqtisadiyyatımız 3 dəfə artıb. Azərbaycan dünya birliyində layiqincə təmsil olunur. Paytaxtımız Bakı şəhəri dünyanın ən gözəl şəhərləri ilə müqayisə edilir. Eyni zamanda bölgələrimiz inkişaf edib, müasirləşib. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, "Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir”.
Rektor qeyd edib ki, XXI əsr rəqabət əsridir. Dəyişikliklər, islahatlar dövrün, zamanın tələbidir. Ölkəmizdə və dünyada gedən ictimai-siyasi proseslər bizdən bunu tələb edir. Eyni zamanda ölkə rəhbərliyi bunu vacib bir vəzifə kimi bizim qarşımızda qoyub.İdarəetmənin optimallaşdırılması, strukturun rasionallaşdırılması çox vacibdir. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Biz bu yeni inkişaf mərhələsinə uyğun pedaqoji kadrlar hazırlamalıyıq. Hazırda ADPU-da təxminən 20 minə yaxın tələbə təhsil alır. Pedaqoji təhsil sahəsində islahatların aparılması olduqca vacibdir. Pedaqoji fəaliyyət sahəsi strateji fəaliyyət sahəsidir. Müəllim mənəviyyat örnəyi olmalıdır. Müəllim cəmiyyətdə şəxsi nümunəsi ilə seçilməlidir. Bu gün ölkəmizdə 4500 orta məktəb fəaliyyət göstərir. Ölkəmizdə dərin biliyə, savada, geniş dünyagörüşə malik nümunəvi müəllimlər kifayət qədərdir. Müasir yanaşmada təhsil sahəsi də xidmət sahəsidir. Bizim əsas istəyimiz, başlıca məqsədimiz sizin yaxşı müəllim kimi yetişməyinizdir. İstəyirik ki, siz yüksək bilik səviyyəsinə malik, ləyaqətli, vətənpərvər müəllim kimi formalaşasınız. Çağdaş dünyamızda biliklərin nümayiş etdirilməsindən daha çox tətbiqinə üstünlük verilir. ADPU-da təhsilin keyfiyyət göstəriciləri yüksəlməlidir. ADPU-nun ölkədəki ictimai nüfuzu, imici gücləndirilməlidir. Biz xarici əlaqələrimizi genişləndirməli, beynəlxalq proqram və layihələrdə fəal iştirak etməli, innovativ təşəbbüslərlə çıxış etməliyik. ADPU-nun fəaliyyətini müasir tələblərə uyğun qurmalı, universitetimizi ölkəmizin, eləcə də regionun qabaqcıl universitetinə çevirməliyik. Hazırda ADPU-nun inkişaf strategiyası hazırlanır. ADPU üçün 50 hektarlıq ərazidə kampusun yaradılması nəzərdə tutulur. 
Rektor Cəfər Cəfərov çıxışının sonunda tələbələrə yaxşı oxumağı, ictimai həyatda fəal olmağı, həyata keçirilən islahatlarda universitetin rəhbərliyinə dəstək verməyi tövsiyə edib. 
ADPU-nun İnzibati idarəetmə və tələbələrlə iş üzrə prorektoru, professor Fikrət Rzayev, Təhsilin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin müdiri, dosent Sənan Əliyev görüşdə çıxış edərək universitetdə həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris planları, tədris prosesi, bilik və bacarıqların qiymətləndirilməsi barədə öz fikir və mülahizələrini bölüşüblər.
Görüşün sonunda tələbə-gənclərin müxtəlif sualları cavablandırılıb.
ADPU-nun İctimayyətlə Əlaqələr Şöbəsi

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

 





Загрузка...
Həmçinin oxuyun:
ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

ADPU-da daxili qiymətləndirmə sənədinin hazırlanması üçün yaradılan işçi qrupun ilk təlimi keçirilmişdir

ADPU-da daxili qiymətləndirmə sənədinin hazırlanması üçün yaradılan işçi qrupun ilk təlimi keçirilmişdir

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Onlar hamımız üçün layiqli nümunədir

Onlar hamımız üçün layiqli nümunədir

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Göygöl Rayon Təhsil Şöbəsində 18 oktyabr-Dövlət Müstəqillik Günü münasibətilə iclas keçirilib

Göygöl Rayon Təhsil Şöbəsində 18 oktyabr-Dövlət Müstəqillik Günü münasibətilə iclas keçirilib

Azərbaycanın 6 universiteti dünyanın  ən yaxşı 200 universitet sırasına daxil edilib.

Azərbaycanın 6 universiteti dünyanın ən yaxşı 200 universitet sırasına daxil edilib.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Kəngərli rayon Xok kənd tam orta məktəbində tədbir keçirilib

Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Kəngərli rayon Xok kənd tam orta məktəbində tədbir keçirilib

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

DİQQƏT !!! Region məktəbləri üçün "Direktorların hazırlığı kursları -2016" layihəsi başlayır.

DİQQƏT !!! Region məktəbləri üçün "Direktorların hazırlığı kursları -2016" layihəsi başlayır.

Təhsilin məzmunu

Təhsilin məzmunu

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı