AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedaqoji nəşrlər / Pedoqojitəcrübə / Ziyalılar / Digər Elan / Bölgə
17 sentyabr 2025
1 046

“Orta təhsildə yazı işləri unudulub”




"Məktəbi bitirən şagirdlərin yazı bacarıqları, hətta qrammatik qaydalardan istifadə bacarıqları yetərsizdir".


AzTehsil.com- n əldə etdiyi məlumata görə bu fikri filologiya üzrə fəlsəfə doktoru Könül Aydın özünün feysbuk hesabında yazıb.


"Abituriyentlərə esse yazmağı öyrətmək istiqamətində apardığım təlimlərdə müşahidə etdiklərim üzücüdür. Yüksək qiymətlərlə oxuyan şagirdlərlə işləyirəm, hətta onların esse haqqında anlayışlarının olmadığını müşahidə edirəm. Etiraf edirlər ki, məktəbdə sonuncu dəfə nə zaman imla, ifadə yazdıqlarını belə xatırlamırlar, nəinki esse. Ən yaxşı halda 5-6-cı siniflərdə esse adı ilə bir-iki dəfə nəsə yazdıqlarından danışır, amma onun necə bir yazı növü olduğu haqqında müəllimlərin məlumat vermədiklərini söyləyirlər. Bir sözlə, şagirdlər məktəbi bitirəndə mətn qurmaq bacarığına malik olmurlar. Bu bir dərd, ondan da betəri əzbərlədikləri dil qaydalarını yazıda tətbiq edə bilməmələridir".


O, qeyd edib ki, abituriyentlərə esse yazdırmağı öyrədərkən məcbur olub paralel olaraq dil qaydalarının tətbiqinə də kifayət qədər vaxt ayırır:


"Çünki 11-ci sinfə çatanlar bu bacarıqdan da məhrumdurlar. Təhsilə önəm verən şagirdlər belə bir çox dil qaydalarını tətbiq edə bilmirlər. Müşahidə etdiyim tipik səhvləri qeyd edirəm:

- da, də, ki, həm də bağlayıcılarını bitişik yazmaq, işləndiyi məqamlarda vergüldən düzgün istifadə etməmək;

- ayrı və tire ilə yazılan mürəkkəb sözləri səhv yazmaq;

- mürəkkəb cümlələr arasında vergüldən istifadə etməmək;

- amma, lakin, çünki bağlayıcılarından istifadə edərkən vergül qoymamaq və ya yanlış qoymaq;

- modal sözlərin istifadəsində vergül qoymamaq və ya yanlış qoymaq; 

- vasitəsiz nitq zamanı durğu işarələrindən yanlış istifadə və s..

Bir sözlə, yazının düzgünlüyü üçün tələb olunan qaydaların əksəriyyətini tətbiq edə bilmirlər. 

Dərslərində müşahidə etdiyim qüsurlardan biri də təhsil səviyyələrinə uyğun cümlə konstruksiyalarından istifadə edə bilməmək, yazılı nitqlərinin bəsitlliyidir. Bundan da əlavə, abituriyentlərin sadə ictimai mövzularda dünyagörüşlərinin də zəif olduğunu, müstəqil fikrə malik olmadıqlarını müşahidə edirəm. Sanki bu uşaqlar düşündürülməyiblər, adi məişət mövzusunda belə müzakirəyə cəlb olunmayıblar. Bunlar çox böyük problemlərdir, amma uşaqların zehni qabiliyyətinin problemi deyildir. 

Təlimlərimdə uşaqların istedadlı olduqlarını, verdiyim dərsləri tez qavradiqlarını müşahidə edirəm. Az zamanda onlar həm yaradıcı yazıları mənimsəyir, həm də dil qaydalarının tətbiqinə vərdiş edirlər. Demək ki, problem təhsildədir. Kimin qüsurudur? 

Şagirdlərin məktəbi bitirərkən yazılı nitqinin formalaşmamağı təhsil sisteminin qüsurudur. Buraxılış və ya qəbul imtahanı hədəfi təhsil şagirdləri gerçək savadlı şəxsiyyət kimi yetişməkdən məhrum qoyur. Təhsil imtahan naminə deyil, şəxsiyyətin formalaşması naminə verilməlidir. Nitq bacarığı şəxsiyyətin formalaşmasında mühüm amildir. Bundan məhrum olan insanlar həyatda hər zaman özlərini yetərsiz hiss edəcəklər.

Problemi necə həll etməli? Bu sual üzərində düşünüb tövsiyələrimi ayrıca paylaşaram".





Həmçinin oxuyun:
ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

DİM Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir

DİM Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir

DİM-dən fəlsəfə doktoru imtahanı verəcək iddiaçılara MÜRACİƏT

DİM-dən fəlsəfə doktoru imtahanı verəcək iddiaçılara MÜRACİƏT

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

DİM: Üç əcnəbi Azərbaycan dili üzrə imtahanda minimal bal toplayıb, iki nəfər imtahandan çıxarılıb

DİM: Üç əcnəbi Azərbaycan dili üzrə imtahanda minimal bal toplayıb, iki nəfər imtahandan çıxarılıb

Baş nazir diplom və attestatlarla bağlı  qərar verdi - Diqqət

Baş nazir diplom və attestatlarla bağlı qərar verdi - Diqqət

AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib

AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

Dərsin müasirliyinin psixopedaqoji sirləri

Dərsin müasirliyinin psixopedaqoji sirləri

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

Doktorantura və dissertanturaya qəbulun nəticələri açıqlandı

Doktorantura və dissertanturaya qəbulun nəticələri açıqlandı

DİM doktorantura və fəlsəfə doktoru səviyyəsinə müsabiqə elan edir

DİM doktorantura və fəlsəfə doktoru səviyyəsinə müsabiqə elan edir

Orta məktəb şagirdlərinə esse tələbi

Orta məktəb şagirdlərinə esse tələbi

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid balının yüksək olması narazılıq yaradıb

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid balının yüksək olması narazılıq yaradıb

Doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri açıqlanıb

Doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri açıqlanıb

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

BŞTİ-nin müdir müavini təltif olunub

BŞTİ-nin müdir müavini təltif olunub

Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri elan olunub

Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri elan olunub