AzTehsil.com
RU


Xəbərlər
12 yanvar 2018
2 909


Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI



Həm dövlət, həm də özəl universitetlərdə  hər il mütəmadi olaraq elmi işlər müdafiə edilir. Bunun əsasında bir sıra universitet əməkdaşları elmi adlara sahib olurlar.


Maraqlıdır, 2017-ci ildə Azərbaycan ali təhsil ocaqlarında neçə elmi iş müdafiə olunub? Universitet əməkdaşları hansı adlar ala biliblər?


Aztəhsil.com xəbər verir ki, modern.az saytı bununla bağlı bir neçə ali təhsil müəssisinə müraciət edib.


Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev:


"2017-ci ildə Azərbaycan Texniki Universitetində (AzTU) 14 nəfərin işi fəlsəfə doktorluğu üzrə müdafiəyə təqdim edilib. 5 nəfərin işi isə elmlər doktorluğu üzrə təqdim olunub. Ümumilikdə 19 nəfər elmi ad alıb, yaxud da elmi ad almaq üçün təqdim olunub.

 

Qeyd etmək istərdim ki, müdafiəyə təqdim olunan elmi işlərin hər biri ölkənin sənayesinin, texniki elminin inkişafı üçün son dərəcə mühüm mövzulardır. Məsələn, elmlər doktoru adını alan Sevda Qasımovanın mövzusu "Əks etdirməyən mikrodalğa ölçüləri və onların dielektrik, maqnit parametrlərinin ölçülməsi üsullarının işlənməsi"dir. Bu mövzu müdafiə sənayemiz üçün zəruri mövzudur. Sevda Qasımova bu mövzunu müdafiə etməklə hərbi obyektlərin düşmən tərəfindən aşkar olunmasını mümkünsüzləşdirib. Belə ki, Dopler qanuna görə, siqnal göndərərək əks olunma ilə obyektin yerini müəyyən etmək mümkündür. Bu, ötürücüdən qəbulediciyə siqnal göndərilərkən qəbuledicinin siqnalı əks etdirməsi nəticəsində baş verir. Sevda Qasımovanın mövzusunda əks etdirmənin aradan qaldırılma yolları göstərilib. Bu işə əsasən, biz elə bir qəbuledici hazırlaya bilərik ki, o siqnalı tamamilə udsun, əks etdirməsin.


Bilirsiniz, hərbi sənayesi yüksək inkişaf etmiş ölkələr bu texnalogiyaya sahibdirlər. Onlar bu texnalogiyanı bəzən bizlərə satmırlar, yaxud da çox yüksək qiymətə satırlar. Bu baxımdan bu elmi işi sənayemiz, xüsusi ilə hərbi sənayemiz üçün böyük yenilik hesab etmək olar”.


Azərbaycan Dövlət Pedaqoji Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimov:


"2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarından  6 nəfər elmlər doktorluğu dissertasiyası, 20 nəfər  isə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib”.


Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva:


"Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi işlərin müdafiəsi üzrə iki Dissertasiya Şurası fəaliyyət göstərir: Memarlıq və texniki elmlər üzrə.


Memarlıq üzrə Dissertasiya Şurasında 2017-ci ildə 6 müəllim elmi iş müdafiə edib. 5-i fəlsəfə doktoru proqramı üzrə, 1 nəfər - Emir Hüseynov isə elmlər doktoru proqramı üzrə müdafiə edib. Texnika üzrə Dissertasiya Şurasında isə 2017-ci ildə 3 müəllim fəlsəfə doktoru proqramı üzrə müdafiə edib. Ümumilikdə 6 şəxs memarlıq, 3 şəxs texnika üzrə müdafiə edib. 2017- ci ildə Ali Attestasiya Komissiyasından yalnız 2 müəllim - İradə Şirinzadə professor, Aqil Mürsəlov dosent adını alıb”.


Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova:


"2017 ci ildə ATU-da fəaliyyət göstərən 5 Dissertasiya Şurasından ümumilikdə 28 iş müdafiə olunub.Bunlardan 4-ü elmlər doktoru, 24-ü fəlsəfə doktoru elmi adı almaq üçün müdafiə olunan elmi işlərdir”.


Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli:


"Azərbaycan Dillər Universiteti nəzdində Dissertasiya Şurasında 2017-ci ildə müdafiə edən doktorant və dissertantların sayı 21 nəfərdir. Bunlardan 17-si filologiya üzrə fəlsəfə doktoru,  2-si pedaqogika üzrə fəlsəfə doktoru, 3-ü isə filologiya üzrə elmlər doktoru  istiqamətində müdafiə işlərini aparıb”.


Bakı Avrasiya Universitetinin mətbuat şöbəsinin rəhbəri Şəfayət Əliyev:


"2017-ci ildə universitet əməkdaşları müxtəlif dissertasiya  istiqamətləri üzrə elmi iş müdafiə edib. Onlardan türk və xarici ölkə filologiyası kafedrasının 2 əməkdaşı elmlər doktoru, o cümlədən regionşünaslıq və iqtisadiyyat kafedrasının  1 müəllimi professor elmi adı, 3 əməkdaşımız dosent, 1 əməkdaşımız isə tarix üzrə fəlsəfə doktoru adını alıb”.




Загрузка...
Həmçinin oxuyun:
Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

Nazir: "Dissertasiyaları vaxtında müdafiə edənlərin azlığı narahatlıq doğuran məsələdir"

Nazir: "Dissertasiyaları vaxtında müdafiə edənlərin azlığı narahatlıq doğuran məsələdir"

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Təhsil Nazirliyinə ən real namizəd

Təhsil Nazirliyinə ən real namizəd

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

İlham Əliyev tanınmış alimi təltif etdi

İlham Əliyev tanınmış alimi təltif etdi

Bayram səhəri ŞAD XƏBƏR - Bu vəzifədə işləyənlərin maaşları artırıldı

Bayram səhəri ŞAD XƏBƏR - Bu vəzifədə işləyənlərin maaşları artırıldı

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı