Xəbərlər / Müəllim
07 noyabr 2019
5 505

Baş nazir diplom və attestatlarla bağlı qərar verdi - Diqqət

Baş nazir diplom və attestatlarla bağlı  qərar verdi - Diqqət

Nazirlər Kabineti fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların, dosent və professor elmi adları barədə attestatların formalarını təsdiq edib.

Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomlar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən həmin elmi dərəcələri təsdiq etmək məqsədilə verilir.

Fəlsəfə doktoru diplomu 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Fəlsəfə doktoru diplomu açıq mavi rənglidir. Diplomun ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur və Azərbaycan Respublikasının Dövlət Gerbinin altında "AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə "FƏLSƏFƏ DOKTORU DİPLOMU” sözləri yazılır.

Diplomun digər tərəfinin sol və sağ yuxarı hissələrində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, solda Azərbaycan Respublikasının Dövlət Gerbinin altında "FƏLSƏFƏ DOKTORU DİPLOMU ELMİ DƏRƏCƏ HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə diplomun seriyası və nömrəsi, sağ aşağı hissəsində "FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR” sözləri yazılır və ondan aşağıda isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Diplom qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissəsində "FƏLSƏFƏ DOKTORU DİPLOMU” sözləri həkk olunur, cildin içərisində isə heç bir qeydiyyat aparılmır. Fəlsəfə doktoru diplomunun cildi tünd göy rənglidir. Nömrələnmə Fəlsəfə Doktoru Diplomu üçün "FD” (fəlsəfə doktoru) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.

Elmlər Doktoru Diplomu 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Elmlər doktoru diplomu açıq çəhrayı rənglidir. Diplomun ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, solda Azərbaycan Respublikasının Dövlət Gerbinin altında "AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə "ELMLƏR DOKTORU DİPLOMU” sözləri yazılır. Diplomun digər tərəfinin sol və sağ yuxarı hissələrində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, Azərbaycan Respublikasının Dövlət Gerbinin altında "ELMLƏR DOKTORU DİPLOMU ELMİ DƏRƏCƏ HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə diplomun seriyası və nömrəsi, sağ aşağı hissəsində "ELMLƏR DOKTORU ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR” sözləri yazılır və ondan aşağıda isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Nömrələnmə elmlər doktoru diplomu üçün "ED” (elmlər doktoru) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir. Komissiya fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə verdiyi diplomların uçotunu aparır. Diplom Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.

Dosent Attestatı 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Dosent Attestatı açıq mavi rənglidir. Attestatın ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur və Azərbaycan Respublikasının Dövlət Gerbinin altında "AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə "DOSENT ATTESTATI” sözləri yazılır. Attestatın digər tərəfinin sol və sağ yuxarı hissələrində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, solda Azərbaycan Respublikasının Dövlət Gerbinin altında "DOSENT ATTESTATI ELMİ AD HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə attestatın seriyası və nömrəsi, sağ aşağı hissəsində "DOSENT ELMİ ADI VERİLMİŞDİR” sözləri yazılır və ondan aşağıda isə möhür yeri və attestatın verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Attestat qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissəsində "DOSENT ATTESTATI” sözləri həkk olunur, cildin içərisində isə heç bir qeydiyyat aparılmır. Dosent attestatının cildi tünd göy rənglidir. Nömrələnmə Dosent Attestatı üçün "DS” (dosent) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.

Professor Attestatı 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Professor attestatı açıq çəhrayı rənglidir. Attestatın ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, Azərbaycan Respublikasının Dövlət Gerbinin altında "AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə "PROFESSOR ATTESTATI” sözləri yazılır. Attestatın digər tərəfinin sol və sağ yuxarı hissələrində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, solda Azərbaycan Respublikasının Dövlət Gerbinin altında "PROFESSOR ATTESTATI ELMİ AD HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə attestatın seriyası və nömrəsi, sağ aşağı hissəsində "PROFESSOR ELMİ ADI VERİLMİŞDİR” sözləri yazılır və ondan aşağıda isə möhür yeri və attestatın verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Attestat qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissəsində "PROFESSOR ATTESTATI” sözləri həkk olunur, cildin içərisində isə heç bir qeydiyyat aparılmır. Professor attestatının cildi tünd qırmızı rənglidir. Nömrələnmə Professor Attestatı üçün "PR” (professor) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir. Komissiya dosent və professor elmi adı barədə verdiyi attestatların uçotunu aparır. Attestat Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir
azedu.az 
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası

Pedaqoji işçilər bundan sonra hər saatına görə bu qədər pul alacaqlar

Pedaqoji işçilər bundan sonra hər saatına görə bu qədər pul alacaqlar

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

Müəllimlərə saathesabı ödənilən məbləğlər artırılıb

Müəllimlərə saathesabı ödənilən məbləğlər artırılıb

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

Ölkəmizdə fəlsəfə doktoru proqramı üzrə 65 əcnəbi təhsil alır

Ölkəmizdə fəlsəfə doktoru proqramı üzrə 65 əcnəbi təhsil alır

Təhsil naziri AMEA-nın bir qrup əməkdaşını təltif

Təhsil naziri AMEA-nın bir qrup əməkdaşını təltif

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

DSK: Azərbaycanda elmi-tədqiqatla 22 min mütəxəssis məşğul olur

DSK: Azərbaycanda elmi-tədqiqatla 22 min mütəxəssis məşğul olur

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası