Xəbərlər / Ekspert
14 dekabr 2022
1 268


“Sertifikasiya”, “sertifikatlaşma”, “sertifikatlaşdırma”, “sertifikatlaşdırılma”- Bunlardan hansı biri…?


Yazılı və elektron mediada yayılan məlumatlara əsasən dekabrın 15-də Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçiriləcək. 

Dinləmədə sahə mütəxəssisləri, ekspertlər, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Digər mənbəədə “Milli Məclisdə müəllimlərin sertifikasiyası ilə bağlı dinləmə keçiriləcək.” Yəni, “Sertifikasiya”, “sertifikatlaşma”, “sertifikatlaşdırma”, “sertifikatlaşdırılma”- Bunlardan hansı biri…? Bu vaxta qədər “attestasiyası”, “diaqnostikası”, “akkreditasiyası”, “nostrifikasiyası” demişiksə, elə “sertifikasiyası” deməklə davam etməyimiz daha düzgün olmazdımı...?


Bu fikirləri tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov “Facebook” sosial şəbəkəsindəki şəxsi profilində paylaşıb və sual edir ki, niyə digər qaydalarda əcnəbi terminlər orjinalda olduğu kimi saxlanılır, sertifikasiya “milliləşdirilərək sertifikatlaşdırılır...?” Elə isə, “İkili ixtisası olan müəllimlərin sertifikasiyasının hansı formada aparılacağına aydınlıq gətirilib”, “Müəllimlərin sertifikasiyası qaydası müzakirə olunur” və s. bu kimi ifadələrin işlədilməsi nə deməkdir?


Bir də ki, “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə”, «Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları»,  "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları" olduğu halda, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” – “sertifikatlaşdırma qaydası” niyə olmalıdır ki..?


Yeri gəlmişkən, kütləvi mənbələrə əsasən  attestasiya (lat. attestatio – şəhadət, şəhadətnamə, təsdiq) Başqa sözlə, bir şəxsin bilik dərəcəsini, qabiliyyətini və bacarığını təyin və təsdiqetmə anlamına gəlir. Sertifikasiya isə  (lat. certum – doğru + lat. Facere – etmək) sertifikasiyanı həyata keçirən orqan tərəfindən obyektlərin texniki reqlamentlərin tələblərinə, standartların müqavilə şərtlərinə uyğunluğunun təsdiqidir. Sertifikasiya adı altında həmçinin sertifikat alınması proseduru da başa düşülür. Bu mənada, attestasiya konkret fərdlərə, sertifikasiya isə deyək ki, müəllim hazırlığı ilə məşğul olan hazırlıq kurslarına şamil edilə bilər. 


Nəsə, biz nisbətən mürəkkəb attestasiyanı deyil, daha rahat ukraynanın sertifikasiya modelini seçdik. Sözüm onda deyil. Deməyim odur ki, dekabrın 15-də Milli Məclisdə sahə mütəxəssisləri, ekspertlər, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə  “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçiriləcək ictimai dinləmədə yəqin ki, “sertifikatlaşdırılma” məsələsinə də müəyyən aydılıq gətirilər.


NADİR İSRAFİLOV


Təhsil məsələləri üzrə mütəxəssis


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu

Sertifikasiya Qaydaları

Sertifikasiya Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Sertifikatlaşma zamanı DQ –da buraxılan nöqsanlar təkrarlanmamalıdır.

Sertifikatlaşma zamanı DQ –da buraxılan nöqsanlar təkrarlanmamalıdır.

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Sertifikatlaşma -başqa yol varmı ?

Sertifikatlaşma -başqa yol varmı ?

MİQ - dən kənar işə qəbul olunan, DQ-yə buraxılmayan, müəllimləriin taleyinə  aydınlıq gətirilməlidir.

MİQ - dən kənar işə qəbul olunan, DQ-yə buraxılmayan, müəllimləriin taleyinə aydınlıq gətirilməlidir.

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Attestasiya yoxsa  sertifikasiya ?

Attestasiya yoxsa sertifikasiya ?

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI