Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart 1994-cü il tarixli 187 nömrəli əmri ilə təsdiq edilmişdir.
Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT
1.Ümumi qaydalar.
Ümumtəhsil məktəbinə rəhbərliyin səviyyəsinin yüksəldilməsi məktəb sənədlərinin düzgün aparılmasından, ilkin məlumatın vaxtında işlənilməsindən, uçotun sadələşdirilməsindən, uçot məlumatlarının aydınlıq və müqayisə prinsiplərinə riayət edilməsindən asılıdır. Məktəb sənədləri ümumtəhsil məktəbində həyata keçirilən təlim- tərbiyə işinin vəziyyətinin və maliyyə-təsərrüfat əməliyyatlarının kəmiyyət və keyfiyyətcə xarakteristikasıdır.
Məktəbin üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi və onun fəaliyyətinin nəticələri təlim-tərbiyə işinin planlaşdırılması və təsərrüfat vəzifələrinin həyata keçirilməsi, tədris-pedaqoji uçotun aparılması, məktəb kargüzarlığının təşkili, ilkin mühasibat uçotunun təmin edilməsi, statistik hesabatların tərtibi ilə əlaqədar xüsusi sənədlərdə əks olunur.
Həmin Təlimat məktəb sənədlərinə vahid tələbləri, tədris-pedaqoji sənədlərin tərtibi və rəsmiləşdirilməsi, ilkin maliyyə və təsərrüfat uçotunun aparılması qaydasını müəyyən edir.
Ümumtəhsil məktəblərində statistik hesabatlar onlarda aparılan ilkin uçot əsasında tərtib olunur.
Məktəb sənədləri vaxtında, aydın, dəqiq yazılmalı, məlumatların düzgünlüyünə şübhə doğuran düzəliş və qaralama olmamalıdır. Sənədlərdə qeydlər mürəkkəblə və ya yazı makinasında aparılır. Sənədin mətnində və ya rəqəmlərində buraxılmış səhv aşağıdakı qaydada düzəldilir: səhv söz və ya rəqəmin üstündən xətt elə çəkilir ki, onu oxumaq mümkün olsun, onun yanından isə düzgünü yazılır. Bütün düzəlişlər izah olunmalı, sənədi rəsmiləşdirən şəxs tərfindən imzalanmalı və məktəbin möhürü ilə tısdiq edilməlidir. Sənədlərdə olan məlumatların düzgünlüyü və onların keyfiyyətli tərtibi üçün sənədə imza etmiş vəzifəli şəxs məsuliyyət daşıyır.
Saxlanma müddəti qurtarmış məktəb sənədləri aktlaşdırlır və məhv edilir.
2.Tədris-pedaqoji sənədlər.
Məktəbin tədris-pedaqoji sənədləri şagirdin şəxsi işindən, sinif jurnalından, maraq üzrə kurs məşğələlərinin jurnalından günüuzadılmış qrupun jurnalından, orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabından, əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabından, pedaqoji işçilərinin şəxsi heyətinin uçotu kitabından, məktəbin pedaqoji şurasının protokolu kitabından, məktəb üzrə əmr kitabından, buraxılan və əvəzedilən dərslərin uçotu kitabından ibarətdir.
Yuxarıda göstərilən bütün sənədlər, şagirdin şəxsi işi, sinif jurnalı, maraq üzrə kurs məşğələlərinin jurnalı, günüuzadılmış qrupun jurnalı, buraxılan və əvəzedilən dərslərin uçotu kitabı istisna olmaqla, məktəbin direktoru dəyişdirilən zaman mütləq aktla təhvil verilir. Akt sabiq və yeni təyin olunan direktor və təhvil-təslim zamanı iştirak edən, TŞ müdiri və ya inspektoru tərəfindən imzalanır.
Məktəbin işlərində inspektor aktları, məruzə qeydləri və ya arayışlar saxlanmalıdır.
Məktəblərdə, habelə yoxlayan şəxslərin qeyd və təklifləri kitabı aparılır.
Buraxılış və sinifdən-sinfə keçirmə imtahanları haqqında sənədlər (imtahan protokolları, illik, imtahan və yekun qiymətləri cədvəli, şagirdlərin yazılı imtahan işlərinin mətnləri) məktəbdə 5 il saxlanılır.
1.Şagirdin şəxsi işi
Bütün tipdən olan məktəblərdə hər bir şagirdin məktəbə daxil olduğu andan onu bitirənə qədər (gedənə qədər) aparılır.
Şagirdin şəxsi işinə aşağıdakılar yazılır:
-Şagird haqqında ümumi məlumat;
-Siniflər üzrə yekun müvəffəqiyyəti.
Şagirdin IX-XI siniflərdə oxuduğu dövrdə əsas təhsil haqqında şəhadətnaməsi şəxsi işdə saxlanılır və orta məktəbi bitirdikdə ona verilir.
Şagird məktəbdən gedərkən onun şəxsi işinə hər il aparılan tibbi müayinələrin nəticələrinə əsasən doldurulan tibbi arayış (səhhətinin vəziyyəti haqqında məlumat) qoyulur.
Şagirdlərin şəxsi işləri I-IV siniflərdə sinif müəllimləri, V-XI siniflərdə sinif rəhbərləri tərfindən aparılır.
Şagird məktəbdən gedərkən şəxsi işi yazılı ərizəyə əsasən valideynə və ya onu əvəz edən şəxsə verilir. Məktəbi bitirdikdən sonra şagirdin şəxsi işi 5 il məktəbin arxivində saxlanılır.
2.Sinif jurnalı.
Dövlət sənədidir və onun aparılması hər bir müəllim və sinif rəhbəri üçün məcburidir. Sinif jurnalının iki növü müəyyən edilir: I-IV siniflər və V-XI siniflər üçün. Məktəbin direktoru və onun təlim-tərbiyə işi üzrə müavini sinif jurnallarının saxlanmasını təmin edir və onun aparılmasının üzərində müntəzəm nəzarəti həyata keçirir.
Sinif jurnalı bir dərs ili üçün nəzərdə tutlur və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərfindən təsdiq edilmiş forma üzrə hər sinif üçün ayrıca aparılır.
Paralel siniflərin jurnalları literlərlə nömrələnir. Məsələn, 1A sinif, 1B sinfi və s.Direktorun təlim-təbiyə işi üzrə müavini (məktəbin direktoru) tədris planında hər bir fənn üçün ayrılmış saatların miqdarına uyğun olaraq, şagirdlərin il ərzində
müvəffəqiyyət və davamiyyətinin cari uçotu üçün jurnalda ayrılmış səhifələrin bölüşdürülməsi haqqında sinif rəhbərlərinə göstəriş verir (həftədə 1 saat üçün 2 səhifə, 2 saat üçün 4 səhifə, 3 saat üçün 5 səhifə, 4 saat üçün 7 səhifə, 5 saat üçün 8 səhifə, 6 saat üçün 9 səhifə).
Müəllim şagirdin biliyini yoxlayıb qiymətləndirərək, jurnalda qiymət yazır, habelə davamiyyəti mütləq qeyd edir. Jurnalın cari səhifəsində dərsdə öyrədilən mövzunu və ev tapşırığını yazır. Sol tərəfdə dərsin tarixini yazır, gəlməyənləri "q” hərfi ilə qeyd edir.
Ikiləşmiş dərslər aparıldıqda hər bir dərsin tarixi və mövzusu ayrılıqda qeyd olunur. Yazı işlərinin qiyməti həmin işin aparıldığı günün qrafasında qeyd olunur. Aparılmış praktik və laboratoriya işlərinin, ekskursiyaların, yoxlama yazı işlərinin, habelə təkrar dərsləri mövzuları və onlara sərf olunana saatların miqdarı dəqiq göstərilir. Sinif iki qrupa bölündükdə hər qrup üçün ayrıca səhifə ayrılır.
Hər bir tədris rübü (yarımil) üçün qiymət rübdə (yarımildə) həmin fənn üzrə sonuncu dərsin tarixindən sonra qoyulur. Bununla bir vaxtda rüblük (yarımillik) qiymtə sinif rəhbəri tərəfindən "şagirdlərin müvəffəqiyyəti haqqında yekun məlumat” səhifəsinə köçürülür.
Hər ay sinif rəhbəri tərəfindən "Şagirdlər tərəfindən buraxılmış dərs və günlərin miqdarı haqqında məlumat” bölməsində şagirdlərin buraxdıqları gün və dərslərin miqdarı yazılır. Hər bir şagird və sinif tərəfindən buraxılan gün və dərslərin miqdarı bütünlükdə rüb (yarımil) və dərs ili üçün yekunlaşdırlır.
Şagird uzun müddət xəstə olduqda onunla məşğələ evdə (sanatoriya, xəstəxanada) aparılır. Keçirilmiş məşğələlər barədə jurnalda xüsusi yapışdırlmış vərəqdə müəllimlər tərəfindən qeyd aparılır, yaxud məşğələlər haqqında arayışa əsasən qeyd olunur. "Şagirdlərin fiziki hazırlılğının göstəriciləri” və ƏMH kompleksi nişanı ilə mükafatlandırma haqqında məlumat səhifələri bədən tərbiyəsi müəllimi tərəfindən doldurulur.
"Sinif jurnalının aparılması haqqında qeydlər” səhifəsi təlim-tərbiyə işi üzrə direktor müavini və məktəbin direktoru tərfindən doldurulur. Sinif jurnalı şagirdlər məktəbi bitirdikdən 5 il müddətinə saxlanılır, sonra şagirdlərin müvəffəqiyyəti haqqında yekun məlumat” cədvəli çıxarılır və daimi saxlanılmaq üçün arxivə verlir.
3.Maraq üzrə kurs məşğələlərinin jurnalı.
Maraq üzrə kurs məşğələlərinin uçotunun əsas sənədidir, hər bir qrup üçün ayrılıqda və sinif jurnalının aparılmasına verilən tələblərə uyğun aparılır. Saxlanılma müddəti 5 ildir.
4.Günüuzadılmış qrupun jurnalı.
Günüuzadılmış qrupu olan bütün məktəblərdə aparılır. Günüuzadılmış qrupun jurnalı bir dərs ili üçündür. Gündəlik göstərilən mövzular, saatların miqdarı, şagirdlərlə işin qısa məzmunu, həmçinin qrupa gəlməyən, yaxud geçikən uşaqlar haqqında qeydlər aparmaq hər bir tərbiyəçi və dərnək rəhbəri üçün məcburidir.
Məktəbin direktoru və direktorun təlim-tərbiyə işləri üzrə müavini günüuzadılmış qrupun jurnalının aparılmasının düzgünlüyünə müntəzəm surətdə nəzarət edirlər. Məktəbdə bir neçə qrup olarsa, hər bir qrup üçün ayrıca jurnal aparılır.
Jurnalda yalnız məktəb direktorunun əmri ilə qrupa qəbul olunmuş şagirdlərin soyadları yazılır. əgər şagirdin günüuzadılmış qrupa davamiyyəti kəsilmişsə və onun çıxması məktəb direktorunun əmri ilə rəsmiləşdirilmişdirsə, onun çıxması jurnalda qeyd edilir. İl ərzində qrupa qəbul edilmiş uşaqların soyadları jurnala siyahının sonunda yazılır. Məktəbdə 3 il saxlanılır.
5.Orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı.
Hər bir orta məktəbdə aparılır. Kitabın birinci hissəsində alınmış və verilmiş orta təhsil haqqında adi və fərqlənmə attestatları blanklarının nömrələri göstərilməklə miqdarı qeyd olunur. Təmiz attestat blanklarının qalıqları, habelə xarab olmuş blanklar, onların nömrəli göstərilməklə rayon (şəhər) TŞ-yə təhvil verilir. Doldurulmuş və hər hansı bir səbəbə görə məzunlara verilməmiş orta təhsil haqqında attestat blankları yeni dərs ilinin əvvəlinə qədər məktəbdə saxlanılır və sonra rayon (şəhər) TŞ-yə qaytarılır.
Məktəb tərəfindən blankların təhvil verilməsi haqqında kitabda müvafiq qeyd edilir və rayon (şəhər) TŞ müdiri və ya məktəb tərəfindən qol çəkilir.
Ekstern yolu ilə imtahan vermiş və ya dublikat almış məzunların orta təhsil haqqında attestat blanklarının sağ küncündə "Ekstren” və ya "Dublikat” sözləri yazılır.
Orta təhsil haqqında attestatları vermək üçün əsas pedaqoji şuranın qərarıdır. Protokolun tarixi və nömrəsi kitaba yazılır. Attestat sahibi onu alması barədə kitaba qol çəkir. Fərqlənmə attestatı barədə müvafiq qrafada qeydiyyat aparılır.
Orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabına yazılan şəxslərin siyahısının sonunda məktəb direktoru, direktorun təlim-tərbiyə işi üzrə müavini və verilmiş attetatlara qol çəkimiş azı üç nəfər müəllim imza edirlər. Orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabında heç bir pozub-yazmaya və səliqəsizliyə yol verilimir. Zəruri düzəlişlər yuxarıda qeyd olunan şəxslərin imzası və məktəbin möhürü ilə təsdiq edilir.
Kitab səhifə-səhifə nömrələnir, qaytanlanır, rayon (şəhər) TŞ-nin müdiri tərəfindən imzalanır, şöbənin möhürü ilə möhürlənir. Saxlanma müddəti daimidir.
6.Əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabı.
Hər bir əsas və orta məktəbdə aparılır. Kitabın birinci hissəsində alınmış və verilmiş əsas təhsil haqqında adi və fərqlənmə şəhadətnamə blanklarının nömrələri göstərilməklə miqdarı qeyd olunur. Təmiz şəhadətnamə blanklarının qalıqları, habelə xarab olmuş blanklar, onların nömrəli göstərilməklə rayon (şəhər) TŞ-yə təhvil verilir.
Doldurulmuş və hər hansı bir səbəbə görə məzunlara verilməmiş orta təhsil haqqında şəhadətnamə blankları yeni dərs ilinin əvvəlinə qədər məktəbdə saxlanılır və sonra rayon (şəhər) TŞ-yə qaytarılır. Məktəb tərəfindən blankların təhvil verilməsi haqqında kitabda müvafiq qeyd edilir və rayon (şəhər) TŞ müdiri və ya məktəb tərəfindən qol çəkilir.
Ekstren yolu ilə imtahan vermiş və ya dublikat almış məzunların əsas təhsil haqqında şəhadətnamə blanklarının sağ küncündə "Ekstern” və ya "Dublikat” sözləri yazılır.
Əsas təhsil haqqında şəhadətnaməları vermək üçün əsas pedaqoji şuranın qərarıdır. Protokolun tarixi və nömrəsi kitaba yazılır. Attestat sahibi onu alması barədə kitaba qol çəkir. Fərqlənmə şəhadətnaməı barədə müvafiq qrafada qeydiyyat aparılır.
Əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabına yazılan şəxslərin siyahısının sonunda məktəb direktoru, direktorun təlim-tərbiyə işi üzrə müavini və verilmiş attetatlara qol çəkimiş azı üç nəfər müəllim imza edirlər.
Əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabında heç bir pozub-yazmaya və səliqəsizliyə yol verilimir. Zəruri düzəlişlər yuxarıda qeyd olunan şəxslərin imzası və məktəbin möhürü ilə təsdiq edilir.
Kitab səhifə-səhifə nömrələnir, qaytanlanır, rayon (şəhər) TŞ-nin müdiri tərəfindən imzalanır, şöbənin möhürü ilə möhürlənir. Saxlanma müddəti daimidir.
7.Pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı.
Bütün ümumtəhsil müəssisələrində pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı aparılır. Qeydiyyat ümumi sıra nömrəsi ilə, I nömrədən başlayaraq edilir. Yeni işə qəbul edilənlər siyahıya əlavə olunurlar. Kitabda yazı əsaslandırlmış sənəd əsasında aparılmalıdır.
Attestasiya komissiyasının qərarının tarixi və nömrəsi göstərilməklə müəllimlərin attestasiyasının nəticələri və orada edilən dəyişikliklər ən geci 1 ay müddətində pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabında qeyd olnur.
Şəxsi heyətin uçotu kitabı nömrələnməli, qaytanlanmalı, direktorun imzası, məktəbin möhürü ilə təsdiq edilməlidir. Xidmətedici heyət haqqında bu kitabda qeyd aparılmır. Saxlanılma müddəti daimidir.
8.Məktəbin pedaqoji şurasının protokolu kitabı.
Ümumtəhsil məktəblərində pedaqoji şura protokollarının kitabı aparılır. Kitabda pedaqoji şuraya verilmiş məsələlərin müzakirəsinin gedişi, şura üzvlərinin çıxışları, təklif və qeydləri yazılır. Məktəbin rüb, yarlmil və ya dərs ili üçün təlim-tərbiyə prosesinin ayrı-ayrı məsələləri üzrə işinin yekunları, bu barədə qəbul edilmiş qərarları protokolda rəsmiləşdirilir. Hər bir protokol pedaqoji şuranın sədri və katibi tərəfindən imzalanır.
Pedaqoji şuranın protokolu kitabı nömrələnir, qaytanlanır, direktorun imzası və məktəbin möhürü ilə təsdiq edilir. Daimi saxlanılır.
9.Məktəbin şurasının protokolu kitabı.
Kitabda məktəb şurasında qoyulan məsələlərin müzakirəsinin gedişi, şura üzvlərinin çıxışları, təklif və qeydləri yazılır. Müzakirə edilən məsələlər üzrə qəbul
edilmiş qərarlar protokolda rəsmiləşdirilir. Hər bir protokol məktəb şurasının sədri və katibi tərəfindən imzalanır.
Kitabı nömrələnir, qaytanlanır, məktəb şurasının sədrinin imzası və məktəbin möhürü ilə təsdiq edilir. Daimi saxlanılır.
10.Məktəb üzrə əmr kitabı.
Üç nəfərdən az işçisi olmayan məktəblərdə əmr kitabı aparılır. Həmin kitabda aşağıdakılar rəsmiləşdirlir: təlim-tərbiyə prosesinin məsələləri üzrə göstəriş və sərəncamlar, Azərbaycan Respublikasının Qanunçuluğuna və Təhsil Nazirliyinin sisteminin ümumtəhsil məktəbləri işçiləri üçün daxili əmək intizamı qaydalarına uyğun olaraq müəllimlərin və məktəbin digər işçilərinin işə qəbulu və azad olunması, onların məzuniyyətə çıxması, ezamiyyətə, ixtisasartırma kurslarına göndərilməsi, dərs ilinin əvvəlində şagirdlərin siniflər üzrə sayca tərkibi, şagirdlərin məktəbə qəbul edilməsi (yeni qəbul edilənləin adlı siyahısı) və getməsi, dərs saatlarının, sinif rəhbərliyinin müəllimlər arasında bölgüsü, fənn kabinetlərinin tapşırılması, həvəsləndirmə və tənbehlər.
Məktəb üzrə əmrdə pedaqoji şuranın şagirdlərin imtahana buraxılması, IX və XI(XII) sinifləri bitirmsəi və s. qərarları rəsmiləş-dirilir. Bu vaxt şagirdlərin siyahısı (siniflər üzrə yuxarı sinfə keçirilənlər və ya məktəbi bitirənlər və s.) pedaqoji şuranın protokoluna yazılır, əmrdə isə ümumi nəticələr göstərlir.
Əmr kitabı səhifə-səhifə nömrələnir, qaytanlanır, direktorun imzası, məktəbin möhürü ilə təsdiq edilir.
Məktəb üzrə vahid əmr kitabı aparılır. Daimi saxlanılır.
III.Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı.
Hər bir məktəbdə direktorun təlim-tərbiyə işi üzrə müavini tərəfindən aparılır. Oraya buraxılan və əvəz edilən dərslər haqqında məlumat yazılır. Qeydlər yalnız lazımi qaydada rəsmiləşdirilmiş sənədlər əsasında aparılır (məktəb üzrə əmrlər, xəstəlik vərəqəsi, sinif jurnalında qeydlər və s.). əvəzetmə yolu ilə dərs deyən müəllim bu barədə kitabda imza edir. Kitabdakı qeydlər iş vaxtından istifadə uçotu və əmək haqqı hesablama tabelindəki qeydlərə uyğun olmalıdır. Daimi saxlanılır.
IV.Maliyyə-təsərrüfat sənədləri.
Maliyyə-təsərrüfat sənədlərinə aiddir: Məktəbin texniki pasportu, əsas vəsaitlərin inventar siyahısı, materialların anbar uçotu kitabı, müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli, istismarda olan ucuz qiymtəli və tez işlənən əşyaların hərəkətinin operativ (miqdarca) uçotu cədvəli, məktəbin kitabxana fondunun inventar kitabı.
Göstərilən sənədlər əmlakın bütövlüyünə və mühafizəsinə, onlardan düzgün istifadə olunmasınaməsul şəxslər tərəfindən aparılır (təsərrüfat müdirləri, direktorun təsərrüfat işi üzrə müavini, kabinet müdirləri, bədən tərbiyəsi müəllimləri, hərbi rəhbərləri, məktəbyanı internat müdirləri, kitabxanaçıları və s.).
Bundan əlavə, məktəbdə rayon (şəhər) təhsil şöbəsi müdiri tərfindən təsdiq edilmiş mövcud ştat cədvəli, müəllimlərin tarifləşmə siyahısı olmalıdır.
1.Məktəbin texniki pasportu.
Məktəb binasının, müvafiq sxemlər əlavə edilməklə bütün tədris, təsərrüfat və digər binaların, kommunikasiyanın (su kəməri, kanalizasiya, istilik sistemi, işıqlandırma, qazlaşdırma, radiolaşdırma, telefonlaşdırma) xarakteristikası verilən əsas sənəddir.
Məktəbin pasportunun forması, habelə onun doldurulması qaydası Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Daimi saxlanılır.
2.Əsas vəsaitlərin inventar siyahısı.
Əsas vəsaitlərin (kitabxana əmlakından başqa) operativ uçotunu aparmaq üçün tətbiq olunur və maddi-məsul şəxslərdə saxlanılır. Inventar siyahılarında uçot əsas fondların təsnifatına uyğun olaraq bina və qurğular, tədris avadanlığı və inventar, yataq lavazimatı, paltar və ayaqqabı, təsərrüfat inventarı, nəqliyyat vasitələri və i.a. üzrə ayrılıqda aparılır, daimi saxlanılır.
3.Materaiların anbar uçotu kitabı.
Maddi məsul şəxslər tərəfindən ucuz qiymətli və tez işlənən əşya və materialları göstərmək üçün istifadə olunur. Daimi saxlanılır.
4.Məktəbin kitabxana fondunun inventar kitabı.
Hər bir məktəb kitabxanasında bütün mətbuat əsərləri, habelə oxuculara xidmət etmək üçün alınan digər şeylər inventar kitabında yekun və fərdi surətdə qeydə alınmalıdır. İnventar kitabının forması, həmçinin onun aparılması qaydası respublika Mədəniyyət Nazirliyinin xüsusi təlimatı ilə müəyyən edilmişdir. Hər rübdə inventar kitabında qeyd olunmuş kitabların miqdarı və dəyəri mühasibat məlumatı ilə tutuşdurulur. Kitabxana fondunun yenidən inventarlaşdırılması, habelə inventar kitabının yenidən yazılması qadağandır. Ayrı-ayrı hallarda rayon (şəhər) Təhsil Şöbəsinin xüsusi icazəsi ilə fondun yenidən inventarlaşdırlmasına və inventar kitabının yenidən yazılmasına yol verlir. Daimi saxlanılır.
5.Müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli.
Anbardan materiallrın verilməsinin rəsmiləşdirilməsi üçün tətbiq olunur. Cədvəldə qeydlərin elə qaydada aparılması tövsiyə edilir ki, hər növ materialın ay ərzində yekunu haqqında həmin cədvəldə aəlvə iş aparılmadan məlumat almaq mümkün olsun. Cədvəl məktəbin direktoru tərəfindən təsdiq olunur və sərf olunmuş materialların silinməsi üçün əsas hesab edilir.
Cədvəl mərkəzləşdirilmiş mühasibatlıq tərəfindən müəyyən olunmuş vaxtda oraya təqdim edilir. Daimi saxlanılır.
6.İstismarda olan ucuz qiymətli və tez işlənən əşyların hərəkətinin operativ (miqdarca) uçotu cədvəli.
Istifadədə olan ən ucuz inverntarların uçotu üçün maddi məsul şəxs tərəfindən tərtib olunur. Yararsız vəziyyətə düşən əşyalar tam silinmədikdə "Çıxdaş haqqında qeyd” qrafasında silinən əşyaların miqdarının göstərilməsi, sonra isə növbəti ağ sətirdə istifadədə qalan əşyaların yenidən qeyd edilməsi tövsiyə olunur.
Göstərilən ucuz qiymətli və tez işlənən əşyalar çıxdaş edildikcə onların qalığı yeni alınmış əşyalar nəzərə alınmaqla təzə cədvələ köçürülür. Daimi saxlanılır.