AzTehsil.com


Kurikulum / İnnovasiyalar / Müəllim
18 sentyabr 2016
41 962


Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)



 

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

 

Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)                          (STANDARTLAR)
1. Riyaziyyat fənni üzrə ümumi təlim nəticələri
 İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagird:
•sıfır da daxil olmaqla milyon dairəsində natural ədədlər üzərində hesab əməllərini yerinə yetirir;
•kəmiyyətlərdən (uzunluq, sahə, həcm, zaman, kütlə, dəyər) həyati məsələrin həllində istifadə edir;
•sadə müstəvi fiqurlar və fəza cisimlərinin xüsusiyyətlərini müəyyən edir və onların əsasında ölçmə və hesablamalar aparır;
•məlumatları toplayıb sistemləşdirir, təhlil edir və nəticələri şərh edir.
 2. Məzmun xətləri üzrə təlim nəticələri
 İbtidai təhsil səviyyəsində məzmun xətləri  üzrə təlim  nəticələri
Ədədlər və əməllər
Şagird:
•milyon dairəsində əşyaları bir-bir və ya qruplarla saymağı, onluq say sistemində mərtəbə vahidlərinin qiymətini müəyyən etməyi, ədədləri oxumağı və yazmağı, müxtəlif ekvivalent formalarda təsvir etməyi, mərtəbə toplananlarının cəmi şəklində göstərməyi, ədədin hissəsini tapmağı bacarır;
•mənfi olmayan tam ədədlər üzərində hesab əməllərini aparmağı bacarır, bu əməllər arasındakı əlaqələri başa düşür və onlardan məsələlərin həllində istifadə edir;
•kəsrlər haqqında ilkin məlumatlar əldə edir;
•məsələ həllində və hesablamalarda gözəyari qiymətləndirmə aparır.
 Cəbr və funksiyalar
Şagird:
•ədədlər arasında əlaqələrin ifadəsində, təsvirində, sadələşdirilmasində, məsələlərin həl¬lin¬də müvafiq simvollar, əməllər və xassələrdən istifadə edir;
•sadə tənlikləri həll edir;
•müxtəlif kəmiyyətlər (qiymət, miqdar, dəyər, sürət, zaman, gedilən yol; əmək məhsuldarlığı, işin müddəti, işin həcmi) arasında funksional asılılıqları ifadə edir və bu biliklərdən məsələ həllində istifadə edir.
 Həndəsə
Şagird:
•əşyaların fəzada qarşılıqlı vəziyyətini müəyyən edir, sadə fiqurları (nöqtə, parça, düz xətt, bucaq, üçbucaq, düzbucaqlı, kvadrat, dairə, kub) tanıyır, təsvir edir, onların bəzi xüsusiyyətlərini bilir, bu biliklər əsasında müqayisələr aparır və onlardan məsələ həllində istifadə edir.
 Ölçmə
Şagird:
•seçilmiş şərti ölçü vahidinin verilmiş kəmiyyətdə neçə dəfə yerləşdiyini müəyyənləşdirməklə ölçmə əməliyyatının mənasını başa düşür, vahidlər arasında əlaqə yarada bilir.
•kəmiyyətlərin ölçülməsində və müqayisəsində uyğun ölçü vahidləri və alətlərindən düzgün istifadə edir və bu biliklər əsasında riyazi və praktik çalışmaları yerinə yetirir.
•perimetri və sahə anlayışlarını başa düşür, bu biliklərdən praktik işlərin və çalışmaların yerinə yetirilməsində istifadə edir.
 Statistika və ehtimal 
Şagird:
•məlumatları toplayır, sistemləşdirir və alınan nəticələri şərh edir;
•ehtimalla bağlı bəzi ifadələri (mümkündür, qeyri-mümkündür, baş verə bilər, baş verə bilməz) bilir və onlardan sadə proqnozların verilməsində istifadə edir.
  3. Siniflər üzrə təlim nəticələri və məzmun standartları
  I sinif
 I sinfin sonunda şagird:
•say və ədəd anlayışlarını, onlar arsındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir;
•toplama və çıxma əməllərinin mənasını başa düşdüyünü nümayiş etdirir;
•toplama və çıxmaya aid sadə hesablamaları yerinə yetirir, onlardan məsələ həllində istifadə edir və təxminetmə bacarığı nümayiş etdirir;
•ədədi və dəyişəni olan sadə fadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
•ədədi bərabərsizliklər və tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
•müəyyən əlamətlərdən asılı olaraq kəmiyyət və keyfiyyət dəyişiklikləri haqqında mühakimələr yürüdür;
•əşyaları əlamətlərinə və fəzadakı vəziyyətlərinə görə müqayisə edir;
• sadə həndəsi fiqurları tanıyır və verilmiş əlamətlərə görə onların təsnifatını aparır;
•eyni adlı kəmiyyətləri müqayisə edir;
•standart və standart olmayan ölçü vahidlərindən istifadə edir;
•əşyalar və hadisələr haqqında məlumatlar toplayır;
•toplanmış məlumatlara əsasən proqnozlar verir.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.  Ədədlər və əməllər
Şagird:
1.1. Say və ədəd anlayışlarını, onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.1.1. 20 dairəsində bir-bir düzünə və tərsinə sayır. 
1.1.2. 20 dairəsində iki-iki ritmik sayır.
1.1.3. 20 dairəsində ədədləri oxuyur və yazır.
1.1.4. Hər bir ədədə uyğun əşya qrupunu müəyyən edir.
1.1.5. Əşyalar çoxluğundan tələb olunan sayda əşyanı ayırır.
1.1.6. 20 dairəsində ədədlər arasındakı münasibətləri ">", "<", "=" işarələri ilə yazır.
1.1.7. Ədədləri model, sxem, diaqram, qrafilk və riyazi ifadələrlə təsvir edir.
1.1.8. Sayı 10-dan 20-yə qədər olan əşyalar qrupunu onluq və təklik tərkibinə  ayırır.
1.1.9. Sıra saylarından istifadə edir.
1.2. Toplama və çıxma əməllərinin mənasını başa düşdüyünü nümayiş etdirir.
1.2.1. Toplamanı iki qrupun əşyalarının birgə sayılması kimi modelləşdirir.
1.2.2. Çıxma əməlini qrupun əşyalarının bir hissəsinin götürülərək qalığın müəyyənləşdirilməsi kimi modelləşdirir.
1.2.3. «Əlavə etmək», «artırmaq», «cəm», «oldu» ifadələrini toplama ilə, «üstündən götürmək», «azaltmaq», «fərq», «qaldı» ifadələrini isə çıxma əməli ilə əlaqələndirərək əşyalar çoxluğu ilə nümayiş etdirir.
1.2.4. «Ədəd (dənə) çox», «ədəd (dənə) az» ifadələrini toplama və çıxma ilə düzgün əlaqələndirir.
1.2.5. Toplama və çıxma əməllərinin komponentlərinin və nəticələrinin adlarını bildiyini nümayiş etdirir.
1.2.6. Toplama və çıxma əməllərinin komponentləri və nəticələri arasındakı əlaqələrdən hesablamalarda  istifadə edir.
1.3. Toplama və çıxmaya aid sadə hesablamaları yerinə yetirir, onlardan məsələ həllində istifadə edir və təxminetmə bacarığını nümayiş etdirir.
1.3.1. İki qrupun əşyaları arasında sayca müqayisə aparır və müqayisənin nəticəsini "çoxdur", "azdır", "bərabərdir" sözlərinin köməyi ilə ifadə edir. 
1.3.2. Sıfrın necə alındığını əşyalar üzərində nümayiş etdirir.
1.3.3. 20 dairəsində toplama və çıxma əməllərini müxtəlif  üsullarla (yazılı, şifahi, sətirdə, sütunda, saymaqla)  yerinə yetirir.
1.3.4. Toplama və çıxmaya aid müxtəlif növ sadə məsələləri həll edir.
1.3.5. Həyati problemlərin həllində təxminetmə bacarığı nümayiş etdirir.
 
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Ədədi və dəyişəni olan sadə ifadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.1.1. Sadə ədədi ifadələri oxuyur və yazır.
2.1.2. Sadə ədədi ifadələrin qiymətini hesablayır.
2.1.3. Şifahi şəkildə söylənmiş riyazi fikri yazılı ifadə edir.
2.1.4. Dəyişəni olan ifadələr haqqında ilkin təsəvvürü olduğunu nümayiş etdirir.
2.2. Ədədi bərabərsizliklər və tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.2.1. Sadə ədədi bərabərsizliklərlə bağlı mühakimələr yürüdür.
2.2.2. Tənliklər haqqında ilkin təsəvvürü olduğunu nümayiş etdirir.
2.3. Müəyyən əlamətlərə (kəmiyyət və keyfiyyət) görə dəyişikliklər haqqında mühakimələr yürüdür.
2.3.1. Əlamətlərinə görə (forma, ölcü və rəng) dəyişmələri müəyyən edir.
2.3.2. Sabit və dəyişən kəmiyyətləri fərqləndirir.
          3.  Həndəsə
Şagird:
3.1. Əşyaları əlamətlərinə və fəzadakı vəziyyətlərinə görə müqayisə edir.
3.1.1. Əşyaları əlamətlərinə (ölçüsünə, formasına, rənginə) görə fərqləndirir.
3.1.2. Əşyanın fəzada vəziyyətini müəyyənləşdirir.
3.1.3.Əşyanın yerinin dəyişdirilməsinə aid praktik tapşırıqları yerinə yetirir.
3.2. Sadə həndəsi fiqurları tanıyır və verilmiş əlamətlərə görə onların təsnifatını aparır.
3.2.1. Sadə həndəsi fiqurlar formasında olan əşyaları tanıyır. 
3.2.2. Sadə həndəsi fiqurları əlamətlərinə (rənginə, formasına, ölçüsnə) görə təsnif edir. 
3.2.3. Məsələlərin həllində və sxematik təsvirində sadə həndəsi fiqurlardan istifadə edir.    
 
4.  Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətləri müqayisə edir.
4.1.1. Hadisələrin  vaxtını  müqayisə edir.
4.1.2. Əşyaların uzunluqlarını müqayisə edir.
4.1.3. Əşyaların kütləsini  müqayisə edir.
4.1.4. Qabların tutumlarını müqayisə edir.
4.2. Standart və şərti ölçü vahidlərindən istifadə edir.
4.2.1. Uzunluğun ölçülməsində şərti ölçü vahidlərindən istifadə edir. 
4.2.2. Verilmiş parçanın uzunluğunu ölçür.
4.2.3. Uzunluğu verilmiş parçanı çəkir.
4.2.4. Tam saatları müəyyən edir.
4.2.5. Pul vahidlərindən (manat, qəpik) hesablamalarda  istifadə edir.
4.2.6. Əşyanın kütləsini tərəzinin köməyi ilə kiloqramla ifadə edir.
4.2.7. Tutumun ölçülməsində standart və şərti ölçü vahidindən istifadə edir.
 5.  Statistika və ehtimal
Şagird:
5.1. Əşyalar və hadisələr haqqında məlumatlar toplayır.
5.1.1. Verilmiş obyektlərə (əşya, şəkil, diaqram) aid suallar tərtib edir
5.1.2.  Suallar əsasında topladığı məlumatları təqdim edir.
5.2. Məlumatlar əsasında proqnozlar verir.
5.2.1. Təkrarlanan (dövri) sadə proseslərdə qanunauyğunluğu müəyyən edir. 
5.2.2. Müəyyən əlamətə görə verilmiş əşyalar və ədədlər çoxluğunda nizamı pozan (çatışmayan) elementi islah (bərpa) edir.
 II sinif
 II sinfin sonunda şagird:
•ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri başa düşdüyünü nümayiş etdirir;
•hesab əməllərinin mənasını və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir;
•100 dairəsində ədədlər üzərində şifahi və yazılı toplama və çıxmaya, vurma və bölməyə aid sadə hesablamaları yerinə yetirir, təxminetmə bacarığını nümayiş etdirir;
•ədədi və dəyişəni olan sadə ifadələrin qiymətini hesablayır; 
•ifadələri müqayisə edir, tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
•asılı kəmiyyətlərin dəyişməsi haqqında mühakimələr yürüdür;
•istiqamət və məsafə haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
•sadə həndəsi fiqurları tanıyır və təsvir edir;
•eyni adlı kəmiyyətlərin müqayisəsini aparır;
•alətlər vasitəsilə kəmiyyətlərin ölçüsünü vahidlərlə ifadə edir;
•müxtəlif üsul və formalarla topladığı məlumatları təqdim edir; 
•toplanmış məlumatlara əsasən proqnozlar və şərhlər verir.
 Məzmun xətləri üzrə əsas və alt standartlar
1.  Ədədlər və əməllər
1.1. Ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri başa düşdüyünü nümayiş etdirir.
1.1.1. 100 dairəsində ədədləri oxuyur və yazır.
1.1.2. 100 dairəsində ədədləri onluq tərkibinə ayırır.
1.1.3. 100 dairəsində ədədləri müxtəlif formalarda təsvir edir.
1.1.4. 100 dairəsində ədədlərin müqayisəsinin nəticəsini ">", "<", "=" işarələrlə ifadə edir. 
1.1.5. 100 dairəsində düzünə və tərsinə iki-iki, üç-üç, dörd-dörd, beş-beş ritmik sayır.
1.1.6. Ədədin cüt və təkliyini müəyyənləşdirir
1.2. Hesab əməllərinin mənasını və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.2.1. Vurma və bölməni müxtəlif yollarla modelləşdirir.
1.2.2. "Dəfə çox", "dəfə az" ifadələrini uyğun olaraq vurma və bölmə əməlləri ilə düzgün əlaqələndirir. 
1.2.3.Vurmanın yerdəyişmə xassəsindən hesablamalarda istifadə edir.
1.2.4. Toplama və çıxma əməlləri arasındakı qarşılıqlı əlaqəni nümunələrlə izah edir.
1.2.5. Vurma və bölmə əməlləri arasındakı qarşılıqlı əlaqəni nümunələrlə izah edir.
1.2.6. Toplama və çıxma, vurma və bölmə əməlləri arasındakı qarşılıqlı əlaqələrdən hesablamalarda istifadə edir.
1.2.7. Vurma və bölmə əməllərinin komponentləri və nəticələri arasındakı əlaqələrdən hesablamalarda  istifadə edir.
1.2.8. Vurma əməlini ədədin bərabər toplananlarının cəmi kimi modelləşdirir. 
1.2.9. Bölmə əməlini ədədin  bərabər ədədlərin çıxılması kimi modelləşdirir. 
1.2.10. Toplamanın qruplaşdırma xassəsindən hesablamalarda istifadə edir.
1.3. 100 dairəsində ədədlər üzərində şifahi və yazılı  toplama və çıxmaya, vurma və bölməyə aid sadə hesablamaları yerinə yetirir, təxminetmə bacarığını nümayiş etdirir.
1.3.1.100 dairəsində toplama və çıxma əməllərini müxtəlif üsullarla şifahi yerinə yetirir.
1.3.2. 100 dairəsində ədədləri  yazılı toplayır və çıxır. 
1.3.3. 2, 3, 4 və 5-ə vurma və bölmə cədvəllərini hesablamalarda istifadə edir.
1.3.4. Məsələ həllində əməlin seçilməsini əsaslandırır.
1.3.5. Toplama və çıxmaya aid ikiəməlli, vurma və bölməyə aid isə sadə məsələləri həll edir.
1.3.6. Həyati problemlərin həllində təxminetmə bacarığını nümayiş etdirir.
 2. Cəbr və funksiyalar
Şagird:
2.1. Ədədi və dəyişəni olan ifadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.1.1. Mötərizəsiz mötərizəli və ədədi ifadələri oxuyur və yazır.
2.1.2. Mötərizəli və mötərizəsiz ədədi ifadələrin qiymətini hesablayır. 
2.1.3. Sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri sözlərlə oxuyur.
2.1.4. Məsələyə uyğun riyazi ifadə və riyazi ifadəyə uyğun məsələ qurur. 
2.1.5. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayır.
2.2. İfadələri müqayisə edir, tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.2.1. Ədədi ifadələrin müqayisəsini  ">", "<", "=" işarələrlə ifadə edir.
2.2.2. Hesab əməllərinə aid tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.3. Asılı kəmiyyətlər arasındakı əlaqəni müəyyən edir. 
2.3.1. Qiymət, miqdar, dəyər arasındakı asılılığa dair məsələ həll edir.
2.3.2. Asılı kəmiyyətlərdən birinin dəyişməsinin digərinə təsirini şərh edir.
 3.  Həndəsə
Şagird:
3.1. İstiqamət və məsafə haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
3.1.1.Həndəsi fiqurlar üzərində konstruktiv bacarıqları nümayiş etdirir.
3.1.2. Kub, düzbucaqlı prizma, cilindr, kürə, konus formalı əşyaları qruplaşdırır.
3.2. Sadə həndəsi fiqurları tanıyır.  
3.2.1. Bucaq haqqında təsəvvürü olduğunu nümayiş etdirir. 
3.2.2. Müxtəlif əlamətlərə görə həndəsi fiqurları təsnif edir.
 4.  Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsini aparır.
4.1.1. Əşyaları uzunluğuna, kütləsinə, hadisələri vaxta görə müqayisə edir.
4.1.2. Tutum anlayışını şərh edir.
4.1.3. Qabların tutumunun müqayisəsini aparır.
4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür.  
4.2.1. Şərti ölçü vasitələrindən istifadə etməklə ölçmələr aparır.  
4.2.2. Müvafiq alət və vahidləri seçməklə uzunluğu, kütləni və tutumu ölçür.  
4.2.3. Vaxtı saat və dəqiqə ilə təyin edir.
4.2.4. Pul vahidlərindən hesablamalar və mübadilə zamanı istifadə edir. 
4.2.5. Kəmiyyətlərin ölçülməsinə aid məsələləri həll edir. 
            5.  Statistika və ehtimal
Şagird:
5.1. Müxtəlif üsul və formalarla topladığı məlumatları təqdim edir. 
5.1.1. Suallar əsasında topladığı məlumatlara şərhlər verir.
5.2. Toplanmış məlumatlara əsasən proqnozlar və şərhlər verir.
5.2.1. Ədədlər, əşyalar və hadisələr ardıcıllğında qanunauyğunluğu müəyyən edir.
5.2.2. Hadisələrin baş verməsi ilə bağlı  "ola bilməz", "ola bilər”, "mütləq”, "yəqin ki” ifadələrindən istifadə etməklə fikir yürüdür. 
 III sinif
 III sinifin sonunda şagird:
•ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri, ədədin hissəsi anlayışını başa düşdüyünü nümayiş etdirir;
•hesab əməllərinin mənasını, xassələrini və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir;
•hesab əməllərini yerinə yetirərkən təxminetmə bacarığı nümayiş etdirir;
•riyazi ifadə anlayışlarını başa düşdüyünü nümayiş etdirir;
•ədədi ifadələri müqayisə edir və tənlik anlayışını başa düşdüyünü nümayiş etdirir;
•sadə funksional asılılıqları başa düşdüyünü nümayiş etdirir;
•istiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri sxematik təsvir əsasında həll edir;
•sadə həndəsi fiqurların xassələrini bildiyini nümayiş etdirir;
•eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini şərh edir; 
•ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür; 
•məlumatların təhlili üçün müxtəlif üsul və formalardan istifadə edir;
•proqnozlar verməklə ehtimal anlayışını başa düşdüyünü nümayiş etdirir.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.  Ədədlər və əməllər
Şagird:
1.1. Ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri, ədədin hissəsi anlayışını başa düşdüyünü nümayiş etdirir.
1.1.1. 1000 dairəsində ədədləri oxuyur və yazır.
1.1.2. 1000 dairəsində ədədlərin yazılışında hər bir mərtəbədəki rəqəmə görə mərtəbə vahidlərinin sayını və mərtəbə qiymətini müəyyən edir. 
1.1.3. 1000 dairəsində ədədlərin müqayisəsinin nəticəsini ">", "<", "=" işarələrlə ifadə edir. 
1.1.4. 1000 dairəsində ədədləri mərtəbə toplananların cəmi şəklində göstərir.
1.1.5. 1000 dairəsində ədədləri müxtəlif ekvivalent formalarda təsvir edir. 
1.1.6. 1000 dairəsində düzünə və tərsinə on-on, yüz-yüz ritmik sayır. 
1.1.7. Verilmiş rəqəmlərin köməyi ilə müxtəlif üçrəqəmli ədədlər düzəldir.
1.1.8. Tamın hissəsi anlayışını başa düşdüyünü nümayiş etdirir.
1.2. Hesab əməllərinin mənasını, xassələrini və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.2.1. Vurma və bölmənin müxtəlif mənalarını başa düşdüyünü nümayiş etdirir.
1.2.2.Vurmanın paylama xassəsindən hesablamalarda istifadə edir.
1.2.3.Vurmanın qruplaşdırma xassəsindən hesablamalarda istifadə edir.
1.2.4. Cəmin ədədə bölünməsi qaydasını şərh edir. 
1.2.5. Cəmin ədədə bölünməsi qaydasından hesablamalarda istifadə edir. 
1.2.6. Qalıqlı bölməni yerinə yetirir. 
1.2.7. Qalıqlı bölmənin mahiyyətini şərh edir. 
1.2.8. Hesab əməlləri arasında qarşılıqlı əlaqəni izah edir. 
1.2.9. Hesab əməlləri arasında qarşılıqlı əlaqədən çalışmaların həllində istifadə edir.
1.3. Hesab əməllərini yerinə yetirərkən təxminetmə bacarığını nümayiş etdirir.
1.3.1. 1000 dairəsində şifahi toplama və çıxmanı yerinə yetirir.
1.3.2. 1000 dairəsində yazılı toplama və çıxmanı yerinə yetirir. 
1.3.3. Hesablamalar zamanı təxminetmə bacarığını nümayiş etdirir
1.3.4. Hesablamaların nəticəsinin yoxlanılmasında əməllər arasındakı qarşılıqlı əlaqədən istifadə edir.
1.3.5. 1000 dairəsində ikirəqəmli və üçrəqəmli ədədləri birrəqəmli ədədə vurma və bölmə əməllərini yerinə yetirir,
1.3.6. Sadə və ən çoxu üçəməlli məsələləri həll edir. 
1.3.7. Ədədin hissəsini tapır.
 2. Cəbr və funksiyalar
Şagird:
2.1. Riyazi ifadə anlayışlarını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mötərizəsiz və mötərizəli ədədi ifadələrin hesablanmasında əməllər sırasından düzgün istifadə edir.
2.1.2. Dəyişəni olan ifadələri yazır, oxuyur. 
2.1.3. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayır.
2.1.4. Məsələyə uyğun ifadə və ifadəyə uyğun məsələ qurur.
2.1.4. Münasibətlərin doğruluğunu təmin edən simvolları müəyyənləşdirir. 
2.2. Ədədi ifadələri müqayisə edir və tənlik anlayışını başa düşdüyünü nümayiş etdirir.
2.2.1. Ədədi ifadələrin müqayisəsinin nəticəsini  ">", "<","=" işarələrinin köməyi ilə yazır. 
2.2.2. "Məchul", "tənlik", "tənliyin həlli" anlayışlarını başa düşdüyünü nümayiş etdirir. 
2.2.3. Sadə tənlikləri həll edir.
2.3. Sadə funksional asılılıqları başa düşdüyünü nümayiş etdirir. 
2.3.1. Dəyişəni olan ifadənin qiymətinin dəyişənin qiymətindən asılı olduğunu başa düşdüyünü nümayiş etdirir.
2.3.2. Kəmiyyətlər arasındakı sadə asılılıqları başa düşdüyünü nümayiş etdirir.
          3.  Həndəsə
Şagird:
3.1. İstiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri təsvirlər əsasında həll edir.
3.1.1. Həndəsi fiqurların sadə yerdəyişmələri haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
3.1.2. Əşyaların və həndəsi fiqurların müxtəlif tərəflərdən görünüşləri haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
3.2. Sadə həndəsi fiqurların xassələrini bildiyini nümayiş etdirir. 
3.2.1. Sadə müstəvi fiqurları tanıdığını nümayiş etdirir.
3.2.2. Sadə müstəvi  fiqurları  xətkeşin köməyi ilə  çəkir. 
3.2.3. Sadə fəza fiqurıarını bəzi xassələrini bildiyini nümayiş etdirir. 
 4.  Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini şərh edir. 
4.1.1. Kütlənin, uzunluğun, tutumun, vaxtın müqayisəsinin nəticəsini şərh edir.
4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür.  
4.2.1. Kəmiyyətlərin vahidləri arasındakı əlaqələrdən hesablamalarda  istifadə edir.
4.2.2. Ölçmənin dəqiqliyini artırmaq üçün daha kiçik vahidlərdən istifadə edir.
4.2.3. Çoxbucaqlının tərəflərinin uzunluqları cəmini hesablayır
4.2.4. Vaxtı və vaxt aralığını müəyyənləşdirir. 
                                
5.  Statistika və ehtimal
Şagird:
5.1. Məlumatların təhlili üçün müxtəlif üsul və formalardan istifadə edir.
5.1.1. Müşahidə, ölçmə və təcrübə yolu ilə məlumatları toplayır. 
5.1.2. Toplanmış məlumatları cədvəl və dioqramların köməyi ilə təqdim edir.
5.1.3.Toplanmış məlumatların təhlili əsasında nəticələr çıxarır.   
5.2. Proqnozlar verməklə ehtimal anlayışını başa düşdüyünü nümayiş etdirir.
5.2.1. Müşahidə və sınaqlar əsasında hadisələrin baş verməsi ilə bağlı ehtimal irəli sürür.  
 
 IV sinif
 IV sinfin sonunda şagird:
•ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasıdakı münasibətləri başa düşdüyünü nümayiş etdirir, sadə kəsrləri tanıyır və şərhlər verir;
•hesab əməllərinin mənasını, xassələrini və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir və onlardan istifadə edir;
•ədədlər üzərində hesab əməllərini yerinə yetirərkən və məsəslə həlli zamanı təxminetmə bacarıqları nümayiş etdirir;
•riyazi ifadələrdən istifadə edir və şərhlər verir;
•ədədi ifadələrin müqayisəsini aparır və sadə tənlikləri həll edir;
•sadə funksional asılılıqları riyazi ifadə edir və şərhlər verir;
•istiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri sxematik təsvir əsasında həll edir və şərhlər verir;
•sadə həndəsi fiqurların bəzi xassələrini bilir və onlardan çalışmaların həllində istifadə edir;
•eyni adlı kəmiyyətlərin müqayisəsini aparır və müqayisənin nəticəsini şərh edir;
•ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür və nəticəni qiymətləndirir;
•məlumatların təhlili üçün müvafiq metod seçir və tətbiq edir;
•toplanmış məlumatlara əsasən proqnozlar verir, sadə ehtimal anlayışını başa düşür və tətbiq edir.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.  Ədədlər və əməllər
Şagird:
1.1. Ədəd anlayışını, ədədin sturukturunu, ədədlər arasındakı münasibətləri başa düşdüyünü və sadə kəsrləri tanıdığını nümayiş etdirir.
1.1.1. 1000000 dairəsində ədədləri oxuyur və yazır.
1.1.2. Mərtəbə və sinif anlayışlarına əsasən ədədin yazılışında rəqəmin qiymətini müəyyənləşdirir. 
1.1.3. 1000000 dairəsində ədədlərin müqayisəsinin nəticəsini ">", "<", "=" işarələrinin köməyi ilə yazır.
1.1.4. 1000000 dairəsində ədədləri mərtəbə toplanlarının cəmi şəklində göstərir.
1.1.5. 1000000 dairəsində ədədləri müxtəlif ekvivalent formalarda təsvir edir. 
1.1.6. Sadə kəsrləri modelləşdirir.
1.1.7. Məxrəcləri eyni olan kəsrləri müqayisə edir.
1.1.8. Kəmiyyətin hissələrini kəsrlərin köməyi ilə təsvir edir.
1.2. Hesab əməllərinin xassələrini və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.2.1. Hesab əməllərinin xassələrindən hesablamalarda  istifadə edir.
1.2.2. Məsələlərin həllində hesab əməlləri arasındakı əlaqələrdən istifadə edir. 
1.2.3. Birrəqəmli, ikirəqəmli, üçrəqəmli ədədlərə yazılı vurma və bölmə alqoritmlərini bildiyini nümayiş etdirir.
1.2.4. Qalıqlı bölməni yerinə yetirir.  
1.3. Hesab əməllərini yerinə yetirərkən təxminetmə bacarıqları nümayiş etdirir.
1.3.1. Çoxrəqəmli ədədlər üzərində şifahi və yazılı hesablamalar aparır.
1.3.4. Hesablamaların nəticəsinin yoxlanılmasında əməllər arasındakı qarşılıqlı əlaqədən istifadə edir.
1.3.5. Ədədin hissəsini və hissəsinə görə ədədi tapır.
1.3.6. Sadə və ən çoxu dördəməlli mürəkkəb məsələləri həll edir.  
1.3.7. 1000000 dairəsində ədədləri tələb olunan mərtəbələrə qədər yuvarlaqlaşdırır.
1.3.8. Hesab əməllərinin nəticələrini təxmini müəyyən  edir. 
        2. Cəbr və funksiyalar
Şagird:
2.1. Hesablamalarda riyazi ifadələrdən istifadə edir.
2.1.1. Riyazi ifadələrin qiymətinin hesablanmasında əməllər sırasından istifadə edir.
2.1.2. Münasibətlərin doğruluğunu təmin edən simvolları müəyyənləşdirir.
2.1.3. Ədədlərdən, dəyişənlərdən və simvollardan istifadə edərək hesab əməllərinin köməyi ilə müxtəlif riyazi ifadələr tərtib edir.  
2.2. Ədədi ifadələrin müqayisəsini aparır və sadə tənlikləri həll edir.
2.2.1. Ədədi ifadələrin müqayisənin nəticəsini ">", "<", "=" işarələrin köməyi ilə yazır.
2.2.2. Sadə tənlikləri həll edir.
2.2.3. Məsələni riyazi modelləşdirərkən tənliklərdən istifadə edir.
2.2.4. Kəmiyyətlərin müqayisəsi zamanı bərabərsizliklərdən istifadə edir.
2.3. Sadə funksional asılılıqları riyazi ifadə edir.
2.3.1. Asılı dəyişənlərdən birinin dəyişməsinin digərinə necə təsir etdiyini şərh edir.
2.3.2. Sadə funksional asılılıqları həyati məsələlərlə əlaqələndirir.
2.3.3. Müxtəlif kəmiyyətlər (qiymət, miqdar, dəyər; sürət, zaman, gedilən yol, əmək məhsuldarlığı, işin müddəti, işin həcmi) arasındakı funksional asılılıqları  şərh edir. 
2.3.4. Kəmiyyətlər arasındakı asılılıqları hərflərin köməyi ilə düstur şəklində ifadə edir.
         3.  Həndəsə
Şagird:
3.1. İstiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri təsvirlər əsasında həll edir.
3.1.1. Əşya və fiqurların yerdəyişmələri haqqında təsəvvürlərini şərh edir.
3.1.2. Kub, düzbucaqlı prizma, silindr, kürə, konusun  açılış şəkillərini müəyyənləşdirir.
3.1.3. Əşya və fiqurların müxtəlif tərəflərdən görünüşlərini təsvir edir.  
3.2. Sadə həndəsi fiqurların xassələrini bildiyini nümayiş etdirir.  
3.2.1. Çoxbucaqlının perimetri və sahəsi anlayışlarını başa düşdüyünü nümayiş etdirir.
3.2.2. Sadə həndəsi fiqurların təsnifatını aparır.
3.2.3. Həndəsi fiqurlardan çalışmaların həllinin modelləşdirilməsində istifadə edir.
         4.  Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsinin  nəticəsini şərh edir.
4.1.1. Kütlənin, uzunluğun, tutumun, vaxtın, perimetrin, sahənin müqayisəsinin nəticəsini şərh edir. 
4.1.2. Eyni sahəyə malik olan müxtəlif ölçülü fiqurlar haqqında şərhlər verir.
4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür.  
4.2.1. Uzunluğu, kütləni, tutumu, perimetri, sahəni, bucağı  müvafiq vahidlər və alətlərin köməyi ilə müəyyənləşdirir. 
4.2.2. Eyni adlı kəmiyyətlərin vahidləri arasındakı əlaqədən hesablamalarda istifadə edir. 
4.2.3. Vaxtı saat, dəqiqə və saniyə dəqiqliyi ilə təyin edir.
4.2.4. Pul vahidlərindən məsələ həllində istifadə edir.
4.2.5. Uzunluq, kütlə, tutum, perimetr, sahə, bucaq ölçmələrinə dair məsələlər həll edir. 
4.2.6. Sürət anlayışını başa düşdüyünü nümayiş etdirir. 
        5.  Statistika və ehtimal
Şagird:
5.1. Məlumatların təhlili üçün müxtəlif üsul və formalardan istifadə edir. 
5.1.1. Müxtəlif üsullarla topladığı məlumatları şərh edir.
5.1.2. Məlumatlar əsasında, mühakimə yürüdür.
5.2. Proqnozlar verməklə ehtimal anlayışını başa düşdüyünü nümayiş etdirir.
5.2.1. Ehtimalın doğruluğuna inanmaq üçün təcrübələr aparır.
5.2.2. Hadisənin baş vermə ehtimalı haqqında mühakimələr yürüdür.
Esmira Kazımova 


 



Загрузка...
Həmçinin oxuyun:
I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

Dərsin məqsədi  şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Riyazi təfəkkür və məntiq körpəlikdən aşılanmalı və formalaşdırılmalıdır..

Riyazi təfəkkür və məntiq körpəlikdən aşılanmalı və formalaşdırılmalıdır..

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı  kitab  çap olundu

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı kitab çap olundu

Fasilitasiya qaydaları

Fasilitasiya qaydaları

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

İdarəetmənin təşkilati strukturu

İdarəetmənin təşkilati strukturu

]Fikrin təhrik edilməsi qaydaları:

]Fikrin təhrik edilməsi qaydaları:

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

İdarəetmədə qərarların qəbul edilməsi metodları

İdarəetmədə qərarların qəbul edilməsi metodları

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Çin, Hindistanda tərbiyə və təhsil

Çin, Hindistanda tərbiyə və təhsil

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təlimin mərhələləri.-Yeni tədris materialının qavranılması

Təlimin mərhələləri.-Yeni tədris materialının qavranılması

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

İdarəetmə funksiyaları

İdarəetmə funksiyaları

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Zamanın tələbi: “Həmkara dəstək”

Zamanın tələbi: “Həmkara dəstək”