Bu şagird Beynəlxalq İngilis Dili Yarışmasında böyük uğur qazanıb
8 yaşlı Elşad Ağayev “WAW Hippo” Beynəlxalq İngilis Dili Yarışmasında böyük uğur qazanıb
AzTehsil.com- n məlumatına görə, Elşad Rəşad oğlu Ağayev 2017-ci il iyulun 11-də Qusar rayonunun Yasab kəndində dünyaya gəlib. Elşadın yaşı az olsa da, bir çox sahələrdə uğur qazanıb.
O, bu il aprel ayında təşkil olunan “WAW Hippo Beynəlxalq İngilis Dili Yarışmasının” final mərhələsində ən yaxşı 20 iştirakçı arasında 6-cı yerə layiq görülüb.
Elşad bu uğuruna görə Bakı Avropa Məktəbində medal və sertifikatla təltif edilib.
İstedadlı şagird 26 oktyabr 2025-ci ildə Bakı Biznes Universitetində keçirilən Beynəlxalq USE Olimpiadasında da yüksək nəticə göstərərək, maksimum 150 baldan 127 bal toplayıb və gümüş medal qazanıb.
Hazırda 3-cü sinif şagirdi olan Elşad Ağayev bu nəticə ilə 2026-cı ilin 5-9 fevral tarixlərində ABŞ-ın Mayami şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, WAW (Wonderland Adventures Worldwide) I-XI sinifdə təhsil alan şagirdlərin mübarizə apardığı dünyanın ən prestijli ingilis dili yarışmalarından biridir. Yarışmanın əsas məqsədi şagirdlərin ingilis dilini incəliklərinə qədər öyrənməsini təmin etməkdir.![]()














