AzTehsil.com


Müəllim
19 may 2016
11 756


Məktəbdə dərnək rəhbərinin əmək funksiyası



Məktəbdə dərnək rəhbərinin əmək funksiyası DƏRNƏK RƏHBƏRİNİN Əmək funksiyası: Dərnəyin tərkibini komplektləşdirir və onun dərs ili müddətində saxlanması üzrə tədbirlər görür. Aparılan işin pedaqoji cəhətdən əsaslandırılmış forma, vasitə və metodlarını müəyyən edir. Məşğələlərin planını, proqramını tərtib edir və onların yerinə yetirilməsini təmin edir. Şagirdlərin yaradıcılıq qabiliyyətlərini aşkara çıxarır, onların meyl və maraqları üzrə inkişafına kömək edir. İstedadlı şagirdlərin üzə çıxarılmasına köməklik göstərir, şagirdlərlə fərdi iş aparır, olimpiada, yarış, sərgi və s. tədbirlərdə dərnək üzvlərinin iştirakını təmin edir. Valideynlərə və məktəbin pedaqoji işçilərinə istedadlı şagirdlərin inkişafı üzrə məsləhətlər verir. Məşğələ zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitar gigiyena normalarına əməl olunmasını təmin edir.
Bilməlidir:
Şagird şəxsiyyətinin inkişafının əsas qanunauyğunluqlarını, onların yaş xüsusiyyətlərini və maraqlarını; pedaqogikanın, psixologiyanın, fiziologiya və gigiyenanın əsaslarını: təlim və tərbiyənin, asudə vaxtın və əyləncələrin təşkilinin müasir metodlarını, elm, texnika, mədəniyyət və incəsənətin nailiyyətlərini; müvafiq təmayül üzrə dərnək və digər məşğələlərin proqramlarını, sinifdənxaric və məktəbdənkənar işin təşkili üzrə normativ sənədləri, texniki vasitələrdən istifadə, əməyin təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
8-ci dərəcə (dərnək rəhbəri) - orta ixtisas təhsilli, iş stajına tələb qoyulmadan;
9-cu dərəcə (dərnək rəhbəri) - orta ixtisas təhsilli, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya orta ixtisas məktəbini fərqlənmə diplomu ilə bitirən;
10-cu dərəcə (dərnək rəhbəri) - a) ali təhsilli, iş stajına tələb qoyulmadan; b) orta ixtisas təhsilli, 5 ildən 10 ilədək pedaqoji stajı olan;
11 -ci dərəcə (dərnək rəhbəri) - a) ali təhsilli, 3 ildən 8 ilədək pedaqoji stajı olan və ya ali məktəbi fərqlənmə diplomu ilə bitirən; b) orta ixtisas təhsilli, 10 ildən 15 ilədək pedaqoji stajı olan; 
12-ci dərəcə (II kateqoriya dərnək rəhbəri) - a) ali təhsilli, 8 ildən 13 ilədək pedaqoji stajı olan; b) orta ixtisas təhsilli, 15 ildən çox pedaqoji stajı olan;
13-cü dərəcə (I kateqoriya dərnək rəhbəri - a) ali təhsilli, 13 ildən 18 ilədək pedaqoji stajı olan;
14-cü dərəcə (ali kateqoriyalı dərnək rəhbəri - a) ali təhsilli, 18 ildən çox pedaqoji stajı olan.




Загрузка...
Həmçinin oxuyun:
Uşaq Birliyi Rəhbərinin əmək funksiyası

Uşaq Birliyi Rəhbərinin əmək funksiyası

Məktəb laborantının əmək funksiyası

Məktəb laborantının əmək funksiyası

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

Təhsil Metodistinin əmək  funksiyası

Təhsil Metodistinin əmək funksiyası

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

T Ö V S İ Y Ə L Ə R - Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair

T Ö V S İ Y Ə L Ə R - Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Sinif jurnalının yazılması və sinif jurnalına  nəzarət qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

Ali təhsilli çağırışçıların hərbi xidməti üçün yeni TƏKLİF -

Ali təhsilli çağırışçıların hərbi xidməti üçün yeni TƏKLİF -

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Metodbirləşmələr

Metodbirləşmələr