Təhsil işçiləri üçün təlimlərə start VERİLİB
Təhsil işçiləri üçün təlimlərə start verilib .
AzTehsil.com xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə direktor müavinləri, təşkilatçılar və təsərrüfat işləri üzrə direktor müavinləri (təsərrüfat müdiri) üçün təlimlərə start verilib.
27 oktyabr tarixindən etibarən Gəncə şəhər 29 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən təlimlərdə iştirakçılara idarəetmə, təşkilati və təsərrüfat sahələrinə dair praktiki biliklər təqdim olunur.
Təlimlər interaktiv formatda təşkil olunur – iştirakçılar arasında aktiv müzakirələr, fikir və təcrübə mübadiləsi aparılır.
Təlimlərin əsas məqsədi:
- Təhsil müəssisələrində idarəetmə və təşkilati fəaliyyətin effektiv təşkili
- Müasir yanaşmaların tətbiqi
- Peşəkar bacarıqların inkişafı
Qeyd edək ki, proqrama uyğun olaraq ümumilikdə 270 nəfər təhsil işçisinin təlimlərə cəlb edilməsi nəzərdə tutulur. 































