AzTehsil.com


test
16 may 2016
44 536


Məktəb idarəetməsinə aid 10 maraqlı TEST



Məktəb idarəetməsinə aid 10 maraqlı TEST    MƏKTƏBDƏ   İDARƏETMƏYƏ  AİD   TESTLƏR
1.Ümumtəhsil məktəblərində idarəetmə  aşağıdan yuxarı ioarxiyanı göstərin.
a) sihif rəhbəri ,direktor, direktor müavinləri,UBR
b)pedaqoji şura,direktor,həmkarlar,sinif rəhbərləri
c)sinif rəhbəri,direktor müavinləri,direktor ,pedaqoji şura
d) sinif rəhbəri,direktor müavinləri,direktor ,həmkarlar komitəsi,pedaqoji şura
e) sinif rəhbəri,direktor müavinləri, pedaqoji şura,direktor ,həmkarlar komitəsi
2.Təlim –tərbiyyə işləri üzrə direktor müavinin əmək fünksiyalarına daxil deyil
 a) təlim-tərbiyə və metodiki işləri təşkil edir
b) tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirir  
 c)  şagirdlərin meyl-maraqları əsasında seçmə fənlərin və seçmə təhsil sahələrinin müəyyənləşdirilməsini, siniflərin optimal komplektləşdirilməsini təmin edir
d) təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasına məsuliyyət daşıyır, şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsinin uçotunu aparır
e) əmək qanunvericiliyinin əsaslarını, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir
3.  Test nümunələri nəyin əsasında hazırlanır?
a) Əsas standartların
 b) Qiymətləndirmə standartlarının
c) Alt standartların
d) Əsas və alt standartların
e)Pedaqoji şuranın qərarına əsasən
4.Aşağıda verilənlərdən biri Təlim –tərbiyyə işləri üzrə direktor müavininə aiddir.
 a) Ən azı 3 il pedaqoji staj, təhsilin təşkili və idarə olunması üzrə diplom (sertifikat).
Direktorun vəzifə maaşından 10-15% aşağı vəzifə maaşı müəyyənləşdirilir
  b) 11-ci dərəcə  -   müvafiq ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş və ya ixtisası üzrə  1   ildən az olmayaraq iş stajına malik olan
c) Ali və ya orta ixtisas təhsilli; 3 ildən yuxarı əmək stajı olan; direktorun vəzifə maaşından 20 faiz aşağı vəzifə maaşı müəyyənləşdirilir.
d) 5-ci dərəcə - orta ixtisas təhsilli, iş stajına tələb qoyulmadan.
e) Ali pedaqoji təhsili, təlim-tərbiyə sahəsində 3 il iş stajı olan
Direktorun vəzifə maaşından 5 faiz aşağı vəzifə maaşı müəyyənləşdirilir.
5.Tərbiyyə işləri üzrə direktor müavini(Təşkilatçı) bilməlidir:
a) təhsil-tərbiyə ilə əlaqədar normativ sənədləri, pedaqogikanı, psixologiyanın əsaslarını, tərbiyənin tədrislə vəhdətini, insan hüquqları və azadlıqları qətnaməsini, uşaq hüquqları haqqında konvensiyanı, fəal təlim metodlarını, sosial-psixoloji ünsiyyət metodlarını.
b)  hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.
c) Təsərrüfat xidməti üzrə işin yerinə yetirilməsinin təşkilini
d) əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından müdafiə qayda və normalarını.
e) Laboratoriya işləri və digər dərs məşğələlərinin keçirilməsi üzrə rəhbər və normativ sənədləri: onlardan istifadə edilməsi metodlarını
6. Təhsil islahatı neçənci illəri əhatə edir?
a) 1999—2007 b) 2001—2011
d) 1999—2013
c) 1999—2009
7. Kurrikulum nədir?
a) Təlimin təşkilinə qoyulan tələblər və qiymətləndirmə nümunələri toplusu
b) Təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd.
c) Dərs nümunələri, qiymətləndirmə nümunələri və müəllimlər üçün digər metodik göstərişlər toplusu
d) Təlim metodu, forma və vasitələrin məcmusu
8. Milli Kurrikulum hazırlanarkən aşağıda göstərilən prinsiplərin hansı nəzərə alınmamışdır?
a) tələbyönümlük
b) nəticəyönümlük
c) subyektivlik
d) şəxsiyyətyönümlük
 9 . Ümumtəhsil məktəblərinin, litseylərin, gimnaziyaların, peşə məktəbləri və peşə litseylərinin rəhbər işçilərindən kim(lər) işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə tarifləşmə siyahısına salınmaqla həftədə 18 saata (ildə 720 saata) qədər dərs apara bilərlər?
a) 0,5 ştat vəzifə maaşı alanlar
b) müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda yalnız direktor müavinləri
v) zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında yalnız 0,5 ştatla işlə\yən direktor müavinləri
10. Müəllim iki sinifdə sinif rəhbərliyi apara bilərmi?
a) müəllim heç bir halda iki sinifdə sinif rəhbərliyi apara bilməz
b) məktəbdə müəllimlərin sayı kifayət qədər olmadıqda Təhsil Nazirliyinin icazəsi ilə iki sinifdə sinif rəhbərliyi aparıla bilər
v) müəllim yalnız 10-11-ci siniflərdə, hər sinifdə şagirdlərin sayı 10 nəfərdən artıq olmadıqda sinif rəhbərliyini apara bilər



Загрузка...
Həmçinin oxuyun: