Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN

Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
Bölmə adı Xəbərlər
Yayımlandı 25 Fevral 2026, 21:04

 

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalına start verilir. 

 

Festivalın əsas məqsədi şagirdlər arasında xor mədəniyyətinin inkişaf etdirilməsi, milli musiqi dəyərlərinin təbliği və kollektiv ifa bacarıqlarının formalaşdırılmasıdır. 

 

Layihə Bakı şəhəri və regionlarda yerləşən dövlət ümumi təhsil müəssisələrini əhatə edir. 

 

Layihə çərçivəsində qeydiyyatdan keçən dövlət ümumi təhsil müəssisələrinin musiqi müəllimləri üçün şagirdlərlə xor dərslərinin təşkilinə dair öncədən məlumatlandırıcı sessiya və təlimlər keçiriləcək. Daha sonra isə təlimlərdə iştirak etmiş müəllimlər tərəfindən dövlət ümumtəhsil məktəblərində xor dərsləri və kollektiv ifa məşqləri təşkil olunacaq, həmçinin şagirdlərdən ibarət xor kollektivləri yaradılacaq. Xor kollektivi formalaşdıran müəllimlər daha sonra festivalda iştirak edə biləcəklər.

 

Xor kollektivləri aşağıdakı yaş qruplarını əhatə edəcək:


* 7–10 yaş
* 11–14 yaş
* 15–18 yaş

 

Festivalın iki mərhələli seçim turunu uğurla başa vuran 10 xor kollektivi layihənin yekununda keçiriləcək Qala konsertdə səhnə alacaq və mükafatlandırılacaqlar.

 

Qeyd edək ki, festival çərçivəsində xor dərslərinin keçirilməsi qaydalarını əhatə edən 5–7 dəqiqəlik videomateriallar hazırlanaraq təqdim olunacaq. Bu təlim və videomateriallar məktəblərdə xor fəaliyyətinin daha sistemli və keyfiyyətli təşkilinə dəstək xarakteri daşıyır. 

 

Festivalda iştirak etmək üçün aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:


//forms.gle/NTwawXtV89ZcaeM98

 

Qeydiyyat üçün son müraciət tarixi: 15 aprel, 2026-cı il

 

Qeydiyyat zamanı hər hansı sual yaranarsa:

 

Əlaqə nömrəsi: 050-461-57-55

 

Elektron poçt ünvanı: [email protected]