Filarmoniyada tələbələrin violin konserti keçiriləcək
...Filarmoniyada tələbələrin violin konserti keçiriləcək.
Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Hökümə Əliyevanın tələbələrinin konserti keçiriləcək.
AzTehsil.com xəbər verir ki, konsert iyunun 21-i saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq.
Solistlər:
Zərrin Əliyeva
Xədicə Qasımova
Mələk Mustafazadə
Kənan Məmmədzadə
Səbinə Həsənzadə
İfaçıları Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Bədii rəhbər və baş dirijor Fuad İbrahimovdur.
Proqram:
• A.Əliyev - Adagio
• T.A.Vitali - Çakona
• T.Bakıxanov - İmprovizasiya (Əsər Hökümə Əliyevaya həsr olunub)
• E.Chausson - Poema
• H.Wieniawski -Violin və orkestr üçün konsert N°1 fis-moll, op.14 ( l hissə)
• P.Sarasate - Ch.Gounod`un "Faust" operasının fraqmentləri əsasında Fantaziya
• N.Paganini - Violin və orkestr üçün konsert N°1 D-dur, Op.6 (ll və lll hissələr)
• P.Sarasate - İspan rəqsi "Navarra"
Biletləri şəhərimizin kassalarından və ya iTicket.az saytından əldə edə bilərsiz.