AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Karyera / Bakalavr / Bölgə
06 iyul 2025
734

MDU-da tələbələrə əlavə təqaüdlər veriləcək



MDU-da tələbələrə əlavə təqaüdlər veriləcək

2025-ci il 5 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2024/2025-ci tədris ili üzrə yekun və geniş tərkibli iclası ilk dəfə olaraq Şəki şəhərində keçirilib.


AzTehsil.com xəbər verir ki, Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində MDU-nun rektoru Anar Eminovun sədrliyi ilə keçirilən iclasda universitetin Elmi Şurasının üzvləri, struktur bölmə rəhbərləri, eləcə də cari tədris ilini başa vuran və sosial fəaliyyətlərdə aktivliyi ilə fərqlənən tələbələr iştirak ediblər.


Öncə Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub, xatirəsi dərin hörmət və ehtiramla yad edilib.


İclas torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.


MDU-nun rektoru Anar Eminov gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.


Əsas gündəm məsələsi kimi rektor A.Eminov tərəfindən MDU-nun yeni strateji hədəfləri, idarəetmədə institusional dəyişikliklər və tələbələrin təqaüd imkanlarının təkmilləşdirilməsi ilə bağlı məlumat verilib. Bildirilib ki, ali təhsildə keyfiyyətin artırılması, tələbəyönümlü yanaşmanın gücləndirilməsi və sosial dəstək mexanizmlərinin genişləndirilməsi universitetin əsas prioritetlərindəndir.


Elmi Şura tərəfindən qəbul olunmuş qərara əsasən, struktur bölmələrin yenidən formalaşdırılması, strateji hədəflərin icrası, eləcə də təhsil göstəricilərinə və sosial meyarlara görə fərqlənən tələbə və magistrantlara əlavə təqaüdlərin verilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Belə ki, fakültələr üzrə ümumi orta müvəffəqiyyət göstərici yüksək olub təqaüdə düşə bilməyən, eləcə də sosial həssas qrupa aid tələbələrin müvafiq say üzrə siyahısının tərtib edilməsi və onlara birdəfəlik təqaüdlərin verilməsi barədə qərar qəbul edilib.


Daha sonra MDU-nun Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin müdiri Azad Mirzəbəyov tərəfindən 2024/2025-ci tədris ilinin yaz imtahan sessiyasının nəticələri ilə bağlı geniş hesabat təqdim olunub. Hesabatda imtahan sessiyasının təşkili, fakültə və ixtisaslar üzrə statistik məlumatlar barədə ətraflı məlumat verilib.


Ardınca Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov 2025/2026-cı tədris ilinə hazırlıqla bağlı təkliflərini iclas iştirakçılarına təqdim edib. Təkliflər sırasında universitetin elektron idarəetmə sisteminin təkmilləşdirilməsi, istehsalat və pedaqoji təcrübədə yeni yanaşmaların tətbiqi, tədris proqramları və dərs sillabuslarının keyfiyyətinin artırılması və digər məsələlər yer alıb.


Təhsil fakültəsinin dekanı Nizami Zeynalov isə III və IV kurs tələbələrinin MİQ və digər kütləvi imtahanlara hazırlıq imkanları barədə məlumat verib. O, çıxışında 2020–2025-ci illər üzrə məzunların MİQ və magistratura imtahanlarındakı nəticələri ilə bağlı statistik göstəriciləri təqdim edib. Bildirib ki, universitet daxilində xüsusi hazırlıq qrupları, seminarlar, mentorluq dəstəyi və test bazaları yaradılacaq. Bu hazırlıq qruplarının məqsədi məzunların əmək bazarına və müvafiq imtahanlara daha hazırlıqlı şəkildə çıxışını təmin etməkdir.


Daha sonra, MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatoru Minayə Hüseynova tərəfindən 2024/2025-ci tədris ili ərzində tələbə vətənpərvərliyi sahəsində görülən işlər barədə hesabat təqdim olunub. Hesabatda şəhid ailələri və veteran tələbələrlə işin təşkili, əlamətdar günlərlə bağlı həyata keçirilən tədbirlər barədə məlumatlar əks olunub.


Təqdim olunan hesabat və təkliflər Elmi Şura üzvləri tərəfindən müvafiq tapşırıq və tövsiyələrlə qəbul edilib.


İclas cari məsələlərin müzakirəsi ilə davam etdirilib.


Cari məsələlər sırasında iclasın ikinci gündəm məsələlərindən biri olan MDU-da diferensial əməkhaqqı sisteminin tətbiqi yer alıb. Rektor A.Eminov çıxışında bu sistemin professor-müəllim heyətinin fəaliyyət göstəricilərinə əsaslanaraq ədalətli və stimullaşdırıcı model əsasında formalaşdırıldığını qeyd edib. Bildirilib ki, yeni model əməkhaqlarının obyektiv meyarlarla diferensiallaşdırılması yolu ilə elmi-pedaqoji fəaliyyətin universitetin inkişaf hədəfləri ilə uzlaşdırılmasını və stimullaşdırılmasını nəzərdə tutur.


Digər bir məsələ MDU-da Ömürboyu Təhsil Məktəbinin yaradılması ilə bağlı olub. Təkliflə çıxış edən rektorun Tədris prosesinin təşkili və idarə olunması üzrə müşaviri Ceyhun Mahmudov əsas məqsədin universitetin cəmiyyətlə inteqrasiyasını gücləndirmək, fərdi inkişaf və peşə bacarıqlarının təkmilləşdirilməsi üçün geniş təlim imkanları yaratmaq olduğunu bildirib.


Ömürboyu Təhsil Məktəbində müxtəlif peşələr üzrə təkmilləşdirmə kursları, Mini MBA proqramları, fərdi inkişaf üzrə təlim və seminarlar və digər fəaliyyətlər nəzərdə tutulur.


Diferensial əməkhaqqı sisteminin tətbiqi və Ömürboyu Təhsil Məktəbinin yaradılması ilə bağlı təkliflər Elmi Şura tərəfindən qəbul edilib.


Sonda universitet həyatında nümayiş etdirdikləri yüksək sosial və ictimai fəallığa, tədbir və layihələrdə göstərdikləri təşəbbüskarlığa görə bir qrup məzun, eləcə də 30 iyun 2025-ci il tarixində keçirilmiş “Məzun Günü” tədbirinin təşkilində göstərdikləri məsuliyyət və səmərəli fəaliyyətə görə MDU-nun əməkdaşları təltif olunublar.


İclasın sonunda rektor A.Eminov 2024/2025-ci tədris ilinin başa çatması münasibətilə universitet kollektivini və tələbələri təbrik edib, onlara xoş istirahətlər arzulayıb.



Həmçinin oxuyun:
Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2024-cü il uğurları: 200-dən çox şagird və müəllim təltif olundu

Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2024-cü il uğurları: 200-dən çox şagird və müəllim təltif olundu

Şəkidə "STEAM" və Peşə təmayüllü siniflərın yaradıcılıq festivalı keçirilib - FOTO

Şəkidə "STEAM" və Peşə təmayüllü siniflərın yaradıcılıq festivalı keçirilib - FOTO

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir

Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

İclas  yüksək idarəetmə orqanıdır.Təşkili  və  idarə edilməsi.

İclas yüksək idarəetmə orqanıdır.Təşkili və idarə edilməsi.

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib