AzTehsil.com

Xəbərlər / Yazarlar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Abituriyent / Manşet / Bölgə
18 iyul 2025
847

Kolleclərin bağlanması əvəzinə...- ƏTRAFLI



"Azərbaycanda kolleclər bir çox hallarda universitetlərə daxil ola bilməyən abituriyentlər üçün alternativ yol kimi qəbul olunur ki, bu da danılmaz faktdır. Sözsüz ki, bu da onların nüfuzunu və cəlbediciliyini azaldır". AzTehsil.com xəbər verir ki , bu sözləri azEdu.az-a açıqlamasında f.ü.f.d., dosent Şəmil Sadiq qeyd edib: "Bunun haqlı və haqsız səbəbləri var: Cəmiyyətin ali təhsilə üstünlük verməsi diplomu və statusu ali təhsil müəyyən edir. Buna bir növ diplom sindiromu adını da verə bilərik. Kollec məzunlarının işlə təminatında zəif nəticələr müşahidə olunur. Bu da ondan irəli gəlir ki, kolleclər əmək bazarının tələblərinə cavab verə bilmir. Bir çox kolleclər köhnəlmiş proqramlarla və zəif maddi-texniki baza ilə fəaliyyət göstərir. Etiraf edək ki, təhsil siyasətimizdə peşə məktəbləri və kolleclər universitet və məktəblərə nisbətdə xeyli diqqətdən kənarda qalıb. Elə buna görə də koleclərin ictimai imici zəifdir və  “ikinci dərəcəli” təhsil kimi təqdim edilir.Bütün bunlar da onu göstərir ki, bu şəraitdə kolleclər öz missiyasını tam şəkildə yerinə yetirə bilmir və faktiki olaraq bir növ keçid mərhələsi və ya “ehtiyat variantı” kimi qəbul olunur.Biz gələcəkdə kolleclərin bir neçə mümkün taleyini müzakirə edə və ya təklif edə bilərik.


Hazırkı nüfuz problemi və əmək bazarı ilə uyğunlaşmaması onların bir qisminin mərhələli şəkildə bağlanmasına səbəb ola bilər ki, bunun yaxın zamanda mümkün olmasını qəbul etmirəm. Çünki bu kəskin sosial və regional təsirlər yarada bilər. Nəzərə alaq ki, rayonlarımızda kolleclər həm də məşğulluq və sosial rol oynayır. Düşünün ki,rayonlarımızda, bölgələrimizdə universitetlər çox azdır, bəzilərində isə kolleclər var. Ən azından rayonun elm, təhsil mühitinə az da olsa təsir edir, xeyli insan burada çalışır. Ona görə də bağlanılması ciddi xəta olar.


Finlandiya, Almaniya, Türkiyə kimi ölkələrdə kolleclər professional və texniki təhsillə inteqrasiya olunaraq “dual təhsil” modelinə keçiblər. Biz də bu modellər əsasında öz modelimizi formalaşdıra bilərik. Bunun üçün də ilk növbədə kolleclər peşə liseylərinə çevrilə və işəgötürənlərlə sıx əməkdaşlıq çərçivəsində işləyə bilər. Yəni bölgəmizin iqtisadi istiqamətinə görə kadr hazırlığı edə bilərik.


Məsələn təsərrüfat ağırlıqlı bölgəmizdə təsərrüfat, istehsalat ağırlıqlı bölgəmizdə istehsalat və ya sənaye istiqamələrində inkişaf etdirə bilərik. Bunun üçün də ilk növbədə rayonlarımızda ixtisaslşam getməli, sənaye bölgələri yaradılmalıdır. Çünki hazırda bütün yük Bakının üzərinə düşüb, rayonlarımız bir növ iqtisadi inkişafdan geri qalır. Kolleclər ali təhsilə deyil, əmək bazarına çıxış məqsədli təhsil verən ixtisaslaşmış müəssisələrə çevrilməlidir.


Əgər bu təhsilin işlək, praktik, qısa müddətli və əmək bazarı yönümlü olduğu ictimaiyyətə düzgün çatdırılsa, imic yüksələ bilər ki, bu da kolleclərimizin inkişafına və yaşamasına səbəb olar.Almaniya Dual təhsil sistemi kolleclə işəgötürən birgə təhsil verir. 


ABŞ Community College həm akademik, həm də peşə hazırlığı, eyni zamanda yerli icmalara uyğun çevik proqramlar universitetlə inteqrasiya imkanları verir.Düşünürəm ki, kolleclərin bağlanması əvəzinə onların inteqrasiyası daha məqsədəuyğundur.İş bazarı ilə sıx əlaqəli, tətbiqi yönümlü ixtisaslar üzrə ixtisaslaşmış kolleclər yaradılmalıdır.Tələbələr üçün təqaüd, təcrübə və məşğulluq zəmanəti olan tədris modelləri tətbiq edilməlidir. Elm və Təhsil Nazirliyi bu sahəyə daha geniş strateji baxışla yanaşıb, ictimaiyyətlə düzgün kommunikasiya aparmalıdır".


 



Həmçinin oxuyun:
Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!