Dim- dən AÇIQLAMA: abituriyentlər cavab kartını yazıb-pozan qələmlə doldurublarsa..

Dim- dən AÇIQLAMA: abituriyentlər cavab kartını yazıb-pozan qələmlə doldurublarsa..
Bölmə adı Xəbərlər
Yayımlandı 24 Mart 2026, 10:53

9 və 15 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında bir sıra abituriyentlər cavab kartını yazıb-pozan qələmlə doldurublar.

Bu məsələ ətrafında müzakirələr aparılır və belə qələmdən istifadə edənlərin nəticələrinin etibarsız sayılıb-sayılmayacağı sual doğurur.

Aztəhsil.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, yazıb-pozan qələmlə cavab kartını dolduran abituriyentlərin cavabları aydın və düzgün qeyd olunubsa, onlar nəzərə alınacaq.

Qeyd edək ki, buraxılış imtahanının nəticələrinin imtahan başa çatdıqdan təxminən 7 həftə sonra elan edilməsi nəzərdə tutulur.

ƏN ÇOX OXUNANLAR
Gün
Həftə
Ay
REDAKTOR SEÇİMİ