Aztəhsil.az xəbər verir ki, Türkiyənin Kütahya bölgəsindəki şagirdlər Osmanlıdan qalan "Ziməm dəftəri" adətini davam etdirərək məktəbdəki bütün şagirdlərin borclarını ödədilər.
Ziməm dəftəri nədir?
Osmanlıda Ramazan günlərində varlılar, heç tanımadıqları bölgələrdəki tacir dükanlarına gedər, onlardan Ziməm dəftərini yəni nisyə dəftərini çıxarmalarını istəyərdi.
Başdan, sondan və ortadan təsadüfi şəkildə səhifələrin yekununu hesablatdırıb, “Bunların borclarını silin… Allah qəbul etsin” deyər və çıxıb gedərdilər. Borcu ödənən borcunu ödəyənin kim olduğunu, borcu ödəyən isə kimi borcdan xilas etdiyini bilməzdi.