AzTehsil.com

Xəbərlər / Pedoqojitəcrübə / İnnovasiyalar / İKT / Müəllim / Direktor / Cəmiyyət / Bölgə / Tədbirlər
27 noyabr 2025
1 075

UNEC-də beynəlxalq elmi-praktiki konfrans başlayıb



UNEC-də beynəlxalq elmi-praktiki konfrans başlayıb.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türkiyənin Ortadoğu Texniki Universiteti (OTDÜ), Rusiyanın Ufa Dövlət Neft Texnologiyaları Universiteti (USPTU) və Özbəkistan Elmlər Akademiyasının Fizika-Texniki İnstitutunun (PhTI) birgə əməkdaşlığı ilə keçirilən “Mühəndislik və Tətbiqi Elmlərin Aktual Problemləri” adlı I beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb


AzTehsil.com  xəbər verir ki, konfransın açılışında UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Rövnəq Rzayev çıxış edərək bildirib ki, Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdiyi bir dövrdə mühəndislik yönümlü tədqiqatların strateji əhəmiyyəti xüsusilə artır. O qeyd edib ki, konfransın məqsədi yüksək texnoloji sahələrdə aparılan fundamental tədqiqatların nəticələrini müzakirə etmək, onların real sektorda tətbiq imkanlarını qiymətləndirmək və dayanıqlı iqtisadi artıma xidmət edən yeni elmi platforma yaratmaqdır.


Professor R.Rzayev əlavə edib ki, tədbirə dünyanın 27 ölkəsindən, eləcə də Azərbaycanın 48 ali təhsil, elmi-tədqiqat və sənaye müəssisəsindən ümumilikdə 600-ə yaxın tezis təqdim olunub. Dəyərləndirmələr nəticəsində 350 tezis konfransda təqdim edilmək üçün qəbul edilib. Seçilmiş məqalələr ekspert qiymətləndirməsindən sonra Springer nəşriyyatının “Atlantis Press” bölməsində “Advances Engineering Research” seriyasında, həmçinin Scopusda indekslənən UNEC JEAS və Özbəkistan tərəfdaşlarının “Applied Solar Energy” jurnallarında dərc olunacaq.


Konfransın həmsədri, Rusiyanın Ufa Dövlət Neft Texnologiyaları Universitetinin professoru Ramil Baxtizin tədbirin qlobal mühəndislik problemlərinin müzakirəsi üçün əhəmiyyətli platforma olduğunu vurğulayaraq, konfrans iştirakçılarına uğurlar arzulayıb.


AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev çıxışında elmin müasir çağırışların həllində artan rolundan, texnologiyanın ali təhsilə təsirindən və UNEC-in bu sahədə mühüm töhfələrindən danışıb. O, konfransın nəticələrinin mühəndislik və tətbiqi elmlərin inkişafına yeni stimul verəcəyini bildirib.


Tədbirdə Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, Kimya elmləri doktoru professor Adil Qəribov, Veysəloğlu Şirkətlər Qrupunun baş direktor müavini İlqar Nuri UNEC-in mühəndislik və tətbiqi elmlər sahəsində yaratdığı çoxşaxəli elmi mühitin üstünlüklərini qeyd ediblər, bildirilib ki, bu tip elmi konfranslar elmin inkişafında, yeni biliklərin mübadiləsində və tədqiqatçıların bir araya gəlməsində xüsusi rol oynayır.


Konfrans mövzu üzrə panel müzakirələrlə davam edib.


BP şirkəti və Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə keçirilən beynəlxalq konfrans noyabrın 29-da öz işini başa vuracaq.




Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Elmimizin məbədi - MÜSAHİBƏ

Elmimizin məbədi - MÜSAHİBƏ

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

UNEC Cənubi Qafqazda birinci OLUB

UNEC Cənubi Qafqazda birinci OLUB

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Ufa Dövlət Neft Texniki Universitetində təhsil almış tələbələrlə görüş oldu

Ufa Dövlət Neft Texniki Universitetində təhsil almış tələbələrlə görüş oldu

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

BMU-nun bu tələbələri qırmızı diplom ALIB - Tam Siyahı

BMU-nun bu tələbələri qırmızı diplom ALIB - Tam Siyahı

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

İlqar Orucov: Elm Günü təkcə bayram deyil, hesabat tarixi və düşünmək fürsətidir

İlqar Orucov: Elm Günü təkcə bayram deyil, hesabat tarixi və düşünmək fürsətidir

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ali təhsildə elmin inkişafı naminə

Ali təhsildə elmin inkişafı naminə

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Peşə təhsili və ali təhsil sahələrində əməkdaşlıq...- ƏTRAFLI

Peşə təhsili və ali təhsil sahələrində əməkdaşlıq...- ƏTRAFLI

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağı keçirilib