AzTehsil.com

Xəbərlər / Yazarlar / İKT / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə / Şagird
04 noyabr 2025
1 171

AzMİU-da Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib



Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Zəfərin 5 illiyinə və “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Zəfərlə Möhürlənən Suverenlik” adlı tədbir keçirilib.


AzTehsil.com xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramla başlanıb. Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad

edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Tədbiri giriş sözü ilə AzMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov açaraq bildirib ki, 5 il əvvəl – 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi, milli qürur və birliyimizin simvoluna çevrilən böyük Zəfəri qazandı. “Bu Zəfər Azərbaycan dövlətçiliyinin dayaqlarını daha da möhkəmləndirdi, Konstitusiyamızda təsbit olunmuş suverenlik prinsipinin real siyasi və hərbi təminatını yaratdı,” – deyə o vurğulayıb.


Sonra qonaqlar çıxış ediblər.


Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu çıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olduğunu qeyd edib: “Zəfərimiz təkcə hərbi qələbə deyil, milli ideologiyanın və milli birliyin təntənəsidir. Bu müharibə xalq, ordu və dövlət rəhbərliyi arasında misilsiz bir həmrəyliyin göstəricisi oldu. Biz bu gün suverenliyimizi təkcə beynəlxalq hüquqda deyil, həm də real məkanlarda

təsdiq etmiş bir dövlətik.”


Millət vəkili, həmçinin gənclərə müraciətlə bildirib ki, suveren dövlətin qorunması üçün hər bir vətəndaş bilikli, məsuliyyətli və vətənpərvər olmalıdır.


Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadə çıxışında Azərbaycanın dövlət idarəçiliyində sabitlik, diplomatik çeviklik və hərbi modernləşmənin Zəfərin qazanılmasında mühüm rol oynadığını qeyd edib: “Azərbaycanın hərbi-siyasi strategiyası Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində milli gücə çevrildi. Bu gün Konstitusiyamızda təsbit olunan suverenlik prinsipi artıq işğaldan azad edilmiş torpaqlarımızda real həyat tapıb. Bu, gələcək nəsillər üçün ən böyük dövlətçilik dərsidir.”


Milli Müdafiə Universiteti Rektorunun Elm və Təhsil üzrə müavini, general- mayor Arif Həsənov isə ordunun peşəkar hazırlığından və elmi-analitik düşüncənin müasir hərbi təlimlərdə rolundan danışıb: “Azərbaycan Ordusu yalnız döyüş meydanında deyil, intellektual müstəvidə də qalib ordudur. Biz bu qələbəni elmi əsaslı hərbi idarəetmə, yüksək texnologiyaların tətbiqi və strateji düşüncə sayəsində qazandıq. Gənclərimiz bu qələbədən dərs götürməli, elmi və texnoloji biliklərlə silahlanmalıdır.”


Milli Müdafiə Universiteti rektorunun müavini, professor İbrahim Ethem Atnur qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinə diqqət çəkib:

“Azərbaycanın qazandığı Zəfər həm də Türk dünyasının Zəfəridir. Türkiyə və Azərbaycan bir millət, iki dövlət olaraq bu qələbənin mənəvi və siyasi yükünü birlikdə daşıyır. Qarabağda, Zəngəzurda həyata keçirilən quruculuq işləri Türk birliyinin gələcək inkişafına yeni nəfəs gətirir.”


Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev öz çıxışında şəhidlərin və qazilərin qəhrəmanlığını xüsusi vurğulayıb: “Zəfər təkcə döyüş meydanında qazanılmadı – o, illərlə xalqın qəlbində yetişən Vətən sevgisinin, əqidənin və sədaqətin nəticəsidir. Şəhidlərimizin qanı ilə yazılmış bu tarix bizim gələcəyimiz üçün məsuliyyət və şərəf örnəyidir.”


44 günlük Vətən müharibəsi iştirakçısı, hazırda AzMİU-da təhsilini davam etdirən Rəvan Vəzirov döyüş xatirələrindən danışaraq, tələbə kimi azad və güclü Azərbaycanda oxumağın qürurunu bölüşüb: “Biz döyüş meydanında Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” sözlərini öz qanımızla təsdiqlədik. Bu gün isə həmin azad torpaqlarda qurulan hər bir bina, salınan hər bir yol bizim Zəfərimizin davamıdır. Mənim üçün bu universitetdə oxumaq təkcə təhsil deyil, həm də gələcəyin mühəndisi kimi Vətənə xidmət deməkdir.”


Rəvan çıxışının sonunda Şəhid silahdaşlarının xatirəsini ehtiramla anaraq, gəncləri elm və peşəkar biliklərlə Vətənə xidmət etməyə çağırıb.


Tədbirdə çıxışlar gənclərin böyük marağı ilə qarşılanıb. Sonda iştirakçılar Dizayn fakültəsinin ikinci kurs tələbələrinin 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin xatirəsinə ithaf etdikləri sərgiyə baxış keçiriblər.




Həmçinin oxuyun:
Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Qurtuluşdan ZƏFƏRƏ, ZƏFƏRLƏ gələcəyə!

Qurtuluşdan ZƏFƏRƏ, ZƏFƏRLƏ gələcəyə!

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

Prezident Horovlu kəndində sakinlərlə GÖRÜŞÜB

Prezident Horovlu kəndində sakinlərlə GÖRÜŞÜB

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

“Zəfər yolu” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Zəfər yolu” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

Mərkəzi  Elmi Kİtabxanada tarixi qələbəmizi belə yaşadırıq

Mərkəzi Elmi Kİtabxanada tarixi qələbəmizi belə yaşadırıq

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

Sənin adınla bağlı xalqımın hər zəfəri - LDU-da tədbir

Sənin adınla bağlı xalqımın hər zəfəri - LDU-da tədbir