Xəbərlər, Qəhramanlarımız
11 iyun 2021

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

 

Paytaxtdakı 49 nömrəli "İntellekt” məktəb-liseydə "Zəfər yürüşü” adlı tədbir keçirilib.

Şəhid Rəfael Hüseynov və şəhid Şükürlü Nicatın xatirəsinə həsr olunmuş tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, millət vəkili Nigar Arpadarai, Səbail Rayon YAP təşkilatının sədri Şəmsəddin Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi Rövşən Əliyev, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayonu üzrə şöbəsinin sədri İpək İsmayılova, hüquq-mühafizə orqanlarının rəhbərləri,  Bakı Slavyan Universitetinin, Səbail Rayon Bələdiyyəsinin və YAP təşkilatının nümayəndələri, şəhidlərin ailə üzvləri, müəllimlər və şagirdlər iştirak ediblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsində təhsil müəssisələrinin böyük rolu olduğunu söyləyib.

M.Vəliyeva şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə təşəbbüslərin əhəmiyyəti barədə danışıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu söyləyib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Vətən Müharibəsində qazanılmış qələbəmizi və qəhrəman ordumuzun zəfər yolunu şagirdlərə hərtərəfli təqdim etmək üçün məktəbdə ekspozisiyaların təşkilinin yaradıcı mühitdən və təşəbbüskarlıqdan xəbər verdiyini söyləyib. Vətənin adını ucaldan, Azərbaycana yüksək fəxarət, şərəf gətirən şəhid ailələrinin xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürləri bildiriblər.

Daha sonra tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Qeyd edək ki, məktəb-liseyin foyesində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və qəhrəman qazilərin xatirəsinə həsr olunmuş bölmələr yaradılıb. Birinci bölmə I Qarabağ Müharibəsində və Vətən Müharibəsində şəhid olan məzunların, II və III bölmə Vətən Müharibəsində iştirak edən məzunların stendlərindən ibarətdir. IV bölmədə "Qarabağ Azərbaycandır!” şüarı və işğaldan azad edilmiş rayonlarımızın xəritələri, işğaldan azad olunma tarixləri, rayonların ərazisi, "Dəmir yumruq” və hər rayonun azad olunan zaman Ali Baş Komandanın dediyi sitatlar göstərilib. Foyedə həm də məktəbin adını daşıdığı Birinci Qarabağ Müharibəsi şəhidi Rəfail Hüseynovun və Vətən Müharibəsi şəhidi olan Nicat Şükürlünün büstləri qoyulub.

 


Загрузка...
loading...

Həmçinin oxuyun:
Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür

Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür

Məktəb öz məzun igidləri ilə qürur duyur

Məktəb öz məzun igidləri ilə qürur duyur

Şəhidlərin övladları ilə görüş keçirilib

Şəhidlərin övladları ilə görüş keçirilib

Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO

Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO

ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

ADNSU-da şəhid valideyni ilə görüş keçirilib

ADNSU-da şəhid valideyni ilə görüş keçirilib

Vətən uğrunda igidlik və mərdlik nümunəsi göstərən canından keçən   qəhrəman Nəsirov İlyas

Vətən uğrunda igidlik və mərdlik nümunəsi göstərən canından keçən qəhrəman Nəsirov İlyas

Ukraynada şəhid Xudayar Yusifzadənin abidəsi ucaldılacaq

Ukraynada şəhid Xudayar Yusifzadənin abidəsi ucaldılacaq

Böyük şücaət göstərmiş şəhid Cavadzadə Mahmud

Böyük şücaət göstərmiş şəhid Cavadzadə Mahmud

Emin İsmayılovun anası:

Emin İsmayılovun anası: "Mənim oğlum heç vaxt itkin ola bilməz, o ancaq şəhid ola bilər"

Baş çavuş Tural Bayramlı

Baş çavuş Tural Bayramlı

İntellektual müsabiqənin rayon mərhələsi başa çatıb

İntellektual müsabiqənin rayon mərhələsi başa çatıb

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

Qubadlı rayonunun  azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM

Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını

Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını

Məktəb direktoru Vətən müharibəsində şəhid olub

Məktəb direktoru Vətən müharibəsində şəhid olub

Sevda Abdullayeva: Dövlətimiz şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına yüksək qayğı göstərir

Sevda Abdullayeva: Dövlətimiz şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına yüksək qayğı göstərir

“BİR” könüllülərdən yeni kampaniya

“BİR” könüllülərdən yeni kampaniya

100 məktəbdə

100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsi yaradılıb

ADPU-da TGT üzvləri mükafatlandırılıb

ADPU-da TGT üzvləri mükafatlandırılıb