Billurə Hacızadə 50 illiyi münasibətilə Mətbuat Şurasında təltif olunub

Billurə Hacızadə 50 illiyi münasibətilə Mətbuat Şurasında təltif olunub
Bölmə adı Xəbərlər
Yayımlandı 17 Mart 2026, 10:00

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Billurə Hacızadə 50 illik yubileyi münasibətilə Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif olunub.

Aztəhsil.az xəbər verir ki, təltifetmə mərasimində Billurə Hacızadənin uzun illər media sahəsində səmərəli fəaliyyəti, dövlət qurumu ilə media arasında əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələr və mətbuat katibi kimi peşəkar fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd olunub ki, Billurə Hacızadə uzun illərdir media ilə qurum arasında operativ və səmərəli kommunikasiya mühitinin formalaşmasına mühüm töhfə verir, jurnalistlərlə konstruktiv əməkdaşlığın qurulmasında və ictimaiyyətin düzgün məlumatlandırılmasında fəal rol oynayır.

REDAKTOR SEÇİMİ