Məktəb direktoru vəfat edib
İmişli şəhər N.Şirinov adına 5 saylı məktəb-liseyin direktoru vəfat edib.
AzTehsil.com xəbər verir ki, bu barədə məktəb-liseyin feysbuk səhifəsində məlumat verilib.
"İmişli şəhər N. Şirinov adına məktəb-liseyin rəhbərliyi və kollektivi məktəb-liseyin direktoru, Əməkdar müəllim Zülfüqarova Validə Ziliş qızının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir", - deyə paylaşımda bildirilib.
Allah rəhmət eləsin!