Xəbərlər / Yazarlar
11 iyun 2022
1 028


Facebook qəhrəmanı kimdir ? Yalçın İslamzadədən Şəmil Sadıqa cavab


"Feysbuk qəhrəmanı" kimdir?                           

Mən bir status yazmışdım, dərsliklərin müzakirə olunduğu bir proqramda mənim bir fikrim də səsləndirilmişdi, iştirakçılardan olan Şəmil Sadiq çıxışında bir xeyli səhv fikirlər səsləndirmişdi, sonda da "feysbuk qəhrəmanları"na fikir verməyin lüzumsuz olduğunu demişdi. Sonra xatırladım ki, məndən yazacağı kitabını redaktə etməyi xahiş etmişdi, mən də razılaşmışdım, ancaq qısa müddət sonra işdən çıxdığım üçün redaktəyə vaxtımın olmadığını bildirmişdim. Sonra kitab məsələsi yadıma düşdü, çıxıbmış, aldım vərəqlədim və orda da bir çox səhv olduğunu gördüm, status yazdım. Statusun mesajı belədir ki, hərkəs bildiyi mövzudan danışsa yaxşı olar. Məs., 4 il əvvəl bir təlimçidən PISA imtahanında metro sxemindən istifadə haqqında sual soruşulduğunu eşidib, hər fürsətdə bu informasiyanı tələffüz edib sanki özünü beynəlxalq qiymətləndirmədən xəbərdar kimi göstərmək doğru deyil, buna ehtiyac da yoxdur. 


Cavab statusu yazıb, yalanlar, böhtanlar, təhriflərlə dolu. Belə yazmaq bir taktikadır, o qədər böyük ittiham və yalan yazılır ki, sən heyrət edirsən, özünü müdafiə etməyə başlayırsan və əsas mövzu yaddan çıxır. Mən vaxt edib ordakı yalanlara cavab verəcəm, oxucular müvəqqəti narahatlığıa görə üzrlü hesab eləsinlər. Ancaq məcburam "cavab yazısı"ndakı yalan və müddəaları birləşdirib cavab yazım. 


Sitat : "Publikaya işləyib papulist çıxışlar edən Yalçın bəy bu milləti və dövləti belə sevirsə, indiyə qədər hansısa dərslik müəllifinə və ya nazirliyə tutarlı bir rəy yazıb göndəribmi görəsən? Yox! Desən, deyəcək ki, pulsuz niyə yazım ki?" 

Burada yaradılmaq istənən təəssürat odur ki, mən ancaq maddi çıxar güdürəm. İndi mən qısaca Hədəf Liseyində işə başlama və işdən çıxma hekayəmi yazacam ki, kiminin motivinin  pul olduğu aydın olsun.

Əvvəla, mən ictimai maraqlar naminə xeyli iş görmüşəm, ola bilsin reklamı sizin kimi bacarmıram. Məs. ictimai müzakirədə olan dərsliklərə rəy də göndərmişəm, nəzərə də alınıb. Yəni sizin kimi, "elmi kitablar satılmır, niyə 300 manatdan artıq pul xərcləyim ki" deyən (bu haqda status da yazmışdınız) biri, məni pul motivi ilə hərəkət etməkdə günahlandırır-tərcümə işinə yuxarıdan aşağı baxmanızı da ayrıca yazacam.

Deyirsiz ki, işlədiyi şirkət haqqında bir dəfə də paylaşım etməyib. Bu necə bir yalandır? Mən işlədiyim müddətdə dəvət olunduğum tv proqramında belə "Hədəf Liseyinin elmi məsləhətçisi" kimi təqdim olunmağı istəmişəm.


"Yalçın bəy elə feysbukda daha yaxşı işləyir"-məcburam sizə xatırlatmalar edim.


1. Makeblock şirkətindən təhsil robotlarını kim aldı? Təkcə almaq deyil, müqavilənin hazırlanmasından tutmuş, sizə rəsmi və tək dilerlik də almaqla-səhv etmirəmsə hələ də satışını edirsiniz. Yeni qurulan bir şirkət üçün o şərtlərlə bayilik almaq bilən bilir ki asan deyil.


2. Matatalab kodlama dəsti-bu dəstləri alan və bayilik müqaviləsi bağlayan kim idi? Səhv etmirəmsə hələ də satışı ilə məşğul olursunuz.


3. 3D printerlər-təklif edən və məktəb üçün nəzərdə tutulan bir neçə printer içindən seçim etmək, sifarişini vermək-asan deyil. Səhv etmirəmsə hələ də satışını edirsiniz.

Əlbətdə mən seçimləri 2-yə endirəndən sonra müvafiq mütəxəssislə məsləhətləşib birini seçmişəm-mütəxəssis rəyinə qulaq asmaq lazımdır.


4. İngiliscə dərslikləri kim analiz edib seçim etdi, sizə ancaq mühasibatlıq, ödəniş tərəfi qaldı?


5. Hədəfdə STEM tədbirini kim təşkil etdi, xaricdən mütəxəssislərin dəvət olunmasına, mövzularının seçilməsindən, biletlərinin və otellərinin rezervasiyasına qədər?


6. Şagirdləri göndərəcəyim olimpiyadaları analiz edərkən onlarla ehtimal arasından birini kim seçdi? Bu gün müştərək dükan açdığınız Robotzadeni kim tapmışdı, Bakıya dəvət etmişdi? 


7. İnteraktiv muzeyi kim gətirdi liseyə? Ordakı demonstrasiyaların izahını kim yazmışdı?


Mənim etdiklərim o qədərdir ki, bunlar bir neçə misaldır, siz inkar etdikcə digərlərini də paylaşacam, məcburən.

İndi gələk "pul məsələsi"nə.

Mənə iki dəfə yazıb dəvət etdiniz, sözünüzü yerə salmayıb gəldim. Dediniz ki, STEM liseyi qurmaq istəyirəm, ancaq nəyi necə edəcəyimi bilmirəm, mənə kömək edin. Mən o zaman beynəlxalq bir məktəblə işi müzakirə edirdim (bunun şahidi dostluğumdadır), ancaq anında qərar verdim: beynəlxalq məktəbin imkanları çoxdur, xaricdən belə müəllim gətirə bilər, mən yerli-milli təşəbbüsə dəstək verim. Hansı maaşa razılaşdığımı xatırlamamış olmazsınız. Lazım gəlsə burda miqdarını da yazaram, hardasa hazırki orta əmək haqqı civarı. Ancaq şərt qoydum ki lisey lisenziya alanda maaşı artıracağıq, indi qurulur, çoxlu xərc çıxır. Mən güzəşt edirəm. Söz verdiniz? Verdiniz.

İndi şəraitsiz bir bina təsəvvür edin, bir tərəfdən də təmir, drel toz-torpaq, o otaqdan bu otağa keçə keçə, içməli suyu belə Araz marketdən alıb gətirirdim. Bu mənim səhvim oldu ki, öz işimə əvvəlcədən yüksək qiymət qoymadım, tələbkarlıq etmədim, siz də "nə sadəlövh adamdır" deyə düşündünüz.

Lisey qurulanda statusları yazmaqdan konsepti redaktə etməyə, işə qəbulda iştirak etməkdən valideyinlərlə tək-tək görüşməkdən, qrup halında iclas keçirib liseyi təqdim edən kim idi?


Məni şəxsən tanıyan neçə valideyin uşağını liseyə gətirdi və bu da həm də yeni bir liseyə lazım olan likvid vəsait demək idi?

Mən gecəyə qədər işləyib taksiynən gedirdim, bir dəfə maaşın azlığından danışdım? Taa ki, lisey lisenziya alandan sonra müvafiq şəkildə sizə razılaşmamı xatırlatdım. Siz nə dediniz? "Bəy, təhsil sektorunda maaşlar sentyabrda danışılır". Olsun dedim, siz burda "millət dövlət" sevgisi sözünü ortaya atıb mövzunu yayındırırsız. Bu söhbətdən sonra nə etdiniz? Sizinlə birlikdə, heç kimin inanmadığı bir vaxtda bütün çətinlikləri qarşılayan birinə, "Filial müdürlərim soruşur ki, elmi məsləhətçi nə edir ki guya?". Bu sualı bir neçə dəfə təkrarlayandan sonra anladım ki, bu sual sizin dolaylı mesajınızdır, filial müdürlərinizin deyil. Anladım ki, işləmək mümkün olmayacaq. Yenə də, işdən çıxdığım halda Hədəfdə STEM tədbirinin problemsiz keçməsi üçün hərşeyi etmədimmi?


Yaxşı, "20 illik müəllimin, təhsilə xidmət edən bir şəxsin" mənim işlərimə "sağ ol"u necə oldu? Bu qədərdən sonra hələ də statusda o qədər yalan danışırsız, aşağılamağa çalışrısız. Deyim niyə? Çünkü istəyirsiz cəmiyyət elə bilsin ki o liseyi hər cəhətdən siz ərsəyə gətirmisiz. "Onun burda görəcəyi iş yoxdur" ifadəsi də bu yanaşmanın təzahürüdür, vaxt olduqca müzakirə edəcəyik.


İndi kimdir feysbuk qəhrəmanı, vətəni-milləti sevən? Özəl müəssisə açıb insanlara minnət qoyanmı, yoxsa o şərtlərlə razılaşan, indiyə qədər bu mövzunu açıb ağartmayan mənmi? Özünüz də yaxşı bilirsiz ki, mənim orda gördüyüm işləri heç kim görə bilməzdi, ya da o şərtlərlə görməzdi. Bunu inkar etmək üçün tv proqramında belə "feysbuk qəhrəmanı" atmacası atmaqdan özünüzü saxlaya bilməmisiz. 

Ardı olacaq, vaxt olduqca. Burda maddi işlərdən danışdım, bilgi yönümlü işlərdən də ayrıca danışacam. Özünüzə hesabat verərsiz kimdir feysbuk qəhrəmanı.







Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Şəmil Sadiqdən Yalçın İslamzadəyə cavab

Şəmil Sadiqdən Yalçın İslamzadəyə cavab

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

Yaşı 40-ı adlayan insanlar niyə magistratura oxumağa məcburdular? – Təlimçidən silkələyici səbəblər

Yaşı 40-ı adlayan insanlar niyə magistratura oxumağa məcburdular? – Təlimçidən silkələyici səbəblər

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.