Qusarlı məktəblilər Amerika yolunda
Qusarlı məktəblilər Amerika yolunda...
Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdləri HIPPO Beynəlxalq İngilis dili Olimpiadasında seçiliblər.
AzTehsil.com- n məlumatına görə, Nigar Nuraliyeva, Sahil Şadiyev və Ayşa Mustafayeva qızıl medala sahib olublar. Ramazan Mamedov, Gülüstan Məcidova və Elvira Seyidova gümüş medalı qazanıblar.
Bu nəticə ilə gənclər 2026-cı ilin 5-9 fevral tarixlərində ABŞ-nin Mayami şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Hippo beynəlxalq olimpiadası ingilis dilini sevən və bu dildə bacarıqlarını inkişaf etdirmək istəyən 6-19 yaşlı şagirdlər üçün unikal bir fürsətdir. Müsabiqənin əsas məqsədi — gənclərə, yalnız dil biliklərini deyil, eyni zamanda özlərinə güvən, beynəlxalq dostluq və mədəniyyətlərarası ünsiyyət bacarıqları qazandırmaqdır.![]()









