"ARB Kəpəz" televizya kanalı tərəfindən 17 noyabr 2016-cı il tarixində Samux rayon ümumi təhsil məktəbləri arasında "Zirvə” intellektual bilik yarışmasının rayon mərhələsində 19 balla qalib gəlmiş İnstitut qəsəbə tam orta məktəbin şagirdləri, yarışmanın regional mərhələsinə vəsiqə qazanıblar.
Yanvar ayının 11-də Samux rayonunu təmsil edən İnstitut qəsəbə tam orta məktəbin 4 nəfərdən ibarət komandası Kəpəz televizya kanalında keçirilən "Zirvə” intellektual bilik yarışmasının regional mərhələsində Goranboy rayon təmsilçiləri ilə qaşılaşıb.
Üç mərhələdən ibarət yarışmanın nəticəsində komandalara (Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Coğrafiya, Tarix, Kimya, Fizika və Biologiya fənnlərindən) təqdim edilmiş suallardan 12-nə Goranboy təmsilçiləri düzgün cavab verdiyi halda, Samux təmsilçiləri 13 suala düzgün cavab verməklə qalib gəlib və yarışın 1/8 mərhələsinə vəsiqə qazanıblar.
aztehsil.com
Nurəddin Babayev(Samux təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul işçi)