ADNSU tələbəsi universitet tərəfindən Birləşmiş Krallığa göndərilib

ADNSU tələbəsi universitet tərəfindən Birləşmiş Krallığa göndərilib
Bölmə adı Layihələr
Yayımlandı 14 Mart 2026, 11:38

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) doktorantı Gülcənnət Məmmədova universitet tərəfindən Birləşmiş Krallığa göndərilib.

Aztəhsil.az xəbər verir ki, gənc doktorant artıq İngiltərənin əsas universitetlərindən biri olan University of Readingdə tədqiqat işlərinə başlayıb.

G.Məmmədova Reading Universitetində tədqiqata uğurla başladığını və son illərdə öz üzərində çalışmasının faydasını gördüyünü bildirib. O, bu imkana görə ADNSU-nun rektoru Rüfat Əzizova, elmi rəhbəri Vitaliy Xutoryanskiyə təşəkkürünü çatdırıb.

Qeyd edək ki, ADNSU gənc doktorantlarını dəstəkləyir və onların elmi tədqiqat sahəsində uğur qazanmasında birbaşa iştirak edir.