AzTehsil.com

Xəbərlər / H/N sənədlər
10 iyun 2016
10 030

Təhsil Naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.

Təhsil Naziri Mikayıl Cabbarov "Son zəng” tədbiri haqqında əmr imzalayıb.Təhsil Naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən  verilən məlumata görə, əmrdə bildirilir ki, "Son zəng” tədbiri 14 iyun 2016-cı il tarixdə yalnız müəssisənin ərazisində təşkil olunmalıdır.

Əmrə əsasən, "Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və  ictimaiyyətin nümayəndələrinin iştirakı təmin ediləcək.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Mikayıl Cabbarovun imzaladığı görə, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri "Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işləri aparıb, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görüləcək.
 
"Son zəng” tədbiri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Respublikanın ümumtəhsil məktəblərində ənənəvi "Son zəng” tədbirinin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1. "Son zəng” tədbiri 14 iyun 2016-cı il tarixdə yalnız müəssisənin ərazisində təşkil olunsun.

2. "Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və  ictimaiyyətin nümayəndələrinin iştirakı təmin edilsin.

3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri "Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işləri aparıb, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görsünlər.

4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin çoxaldılaraq yerlərə çatdırılmasını və Nazirliyin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

9 iyun 2016-cı il

399

Загрузка...
Həmçinin oxuyun:
07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

“Yaz həyəti” layihəsinə yekun vuruldu

“Yaz həyəti” layihəsinə yekun vuruldu

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun