AzTehsil.com

Xəbərlər
24 dekabr 2019
2 141

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə!

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə!

"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Naziriyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Xarici dil üzrə qüvvədə olan B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Dissertantlıq yolu ilə "fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər də xarici dildən bu qaydada qəbul imtahanı verirlər.

Qərarın icra olunmasını təmin etmək məqsədi ilə doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının doktorantura üzrə məsul əməkdaşlarının və xarici dillər üzrə mütəxəssislərinin iştirakı ilə DİM-də görüş keçirilmiş, imtahana hazırlıq işlərini həyata keçirmək üçün DİM-in əməkdaşlarından və ingilis, alman və fransız dilləri üzrə mütəxəssislərdən ibarət işçi qrupları yaradılmış, doktoranturaya xarici dillər üzrə qəbul proqramları hazırlanmış və qəbul imtahanının modeli müəyyənləşdirilmişdir.

Qəbul imtahanında xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədinə (CEFR) və beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, namizədlərin xarici dillər üzrə oxu, dinləyib–anlama, yazı və danışıq bacarıqlarının, dildən kommunikativ məqsədlə istifadəetmə vərdişlərinin, lüğət ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsinin yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulur. Danışıq bacarıqlarının yoxlanılması xüsusi hazırlıq işlərinin görülməsini, qiymətləndirməni həyata keçirəcək kadrların hazırlanmasını və təlimlərin keçirilməsini tələb etdiyinə və bu işlərə xeyli vaxt və resurs tələb olunduğuna görə bu sahədə bacarıqların cari qəbul kampaniyası zamanı deyil, növbəti qəbuldan etibarən yoxlanılması planlaşdırılır.

Doktoranturaya və dissertanturaya hazırlaşanlara xarici dillər üzrə qəbul proqramlarını təqdim edirik. Proqramları verilmiş linklərdən (Azərbaycan, rus) yükləyib tanış ola bilərsiniz.

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının 2020-ci ilin yanvar ayında elektron və ya kağız daşıyıcılar vasitəsilə keçirilməsi planlaşdırılır.

İmtahanın məzmunu barəsində DİM-in internet saytında əlavə məlumat veriləcək. İmtahandan əvvəl doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının modeli əsasında onlayn sınaq imtahanının keçirilməsi də nəzərdə tutulur.

Загрузка...
Həmçinin oxuyun:
Naxçıvan Universiteti bir neçə ixtisaslar üzrə doktorantura və dissertanturaya qəbul elan edib

Naxçıvan Universiteti bir neçə ixtisaslar üzrə doktorantura və dissertanturaya qəbul elan edib

AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib

AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib

UNEC-də doktorantura və dissertanturaya qəbul başlanıb

UNEC-də doktorantura və dissertanturaya qəbul başlanıb

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

Azərbaycan Milli Elmlər Akademiyasının doktoranturasına qəbul şərtləri dəyişib

Azərbaycan Milli Elmlər Akademiyasının doktoranturasına qəbul şərtləri dəyişib

Buraxılış imtahanlarında xarici dil fənni ilə bağlı ən qaranlıq məqam

Buraxılış imtahanlarında xarici dil fənni ilə bağlı ən qaranlıq məqam

Əvvəlki illərin məzunları "buraxılış"da hansı dildən imtahan verəcəklər? - Qaydalar

Əvvəlki illərin məzunları "buraxılış"da hansı dildən imtahan verəcəklər? - Qaydalar

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

Bu halda ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir

Bu halda ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Yeni qəbul imtahanlarında xarici dil seçimi ilə bağlı vacib izahlar – Bütün abituriyentlər diqqətli olmalıdırlar

Yeni qəbul imtahanlarında xarici dil seçimi ilə bağlı vacib izahlar – Bütün abituriyentlər diqqətli olmalıdırlar

Suallara, qaranlıq məqamlara sadə cavablar

Suallara, qaranlıq məqamlara sadə cavablar

İki və ya daha çox xarici dil tədris olunan məktəblərin şagirdləri buraxılış imtahanını hansı fəndən verəcəklər?

İki və ya daha çox xarici dil tədris olunan məktəblərin şagirdləri buraxılış imtahanını hansı fəndən verəcəklər?

Kamran Əsədov: Müsabiqədən kənar qəbul olmaq istəyən kollec məzunları bəzi ixtisasları seçə bilməyəcək

Kamran Əsədov: Müsabiqədən kənar qəbul olmaq istəyən kollec məzunları bəzi ixtisasları seçə bilməyəcək

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

DİM builki keçid ballarını elan etdi

DİM builki keçid ballarını elan etdi

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

Sınaq imtahanı keçiriləcək.

Sınaq imtahanı keçiriləcək.

İmtahanlarla bağlı  inqilabi qərarların verildiyi rekord nəticələr ili  - Təkrarlanması çətin  göstəricilər,  rəqəmlər

İmtahanlarla bağlı inqilabi qərarların verildiyi rekord nəticələr ili - Təkrarlanması çətin göstəricilər, rəqəmlər