AzTehsil.com


Direktor
12 iyul 2016
13 365


ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası



ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

 

Əmək funksiyası: "Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi”nə və təhsil müəssisəsinin Nizamnaməsinə əsasən məktəbin fəaliyyətini idarə edir; məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlayır, müəssisənin və pedaqoji işçilərin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır, daxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, həyata keçirilməsinin optimal həlli yollarını tapır, dövlət və ictimai orqanlarda müəssisənin marağını təmsil edir; pedaqoji kollektivin təlim-tərbiyə işinin səmərəliliyinə nail olmaq üçün fəaliyyət göstərir, təlim və tərbiyənin vəhdətini təmin edir, tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlər görür; pedaqoji şuraya rəhbərlik edir, bütün mərhələlərdə təlim-tərbiyə prosesini təşkil edir; tədris planı və proqramlarının yerinə yetirilməsini, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün zəruri tədbirləri həyata keçirir; şagirdlərin fənn olimpiadalarına və digər bilik yarışlarına, xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb edilməsi sahəsində məqsədyönlü iş aparır, şagirdlərin dərin və keyfiyyətli bilik almalarını, təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılmasını həyata keçirir; şagird özünüidarə orqanlarının fəaliyyətini istiqamətləndirir və onların işinə kömək göstərir; sinifdənxaric və məktəbdənkənar işlərin məzmunu və təşkili üzərində nəzarəti həyata keçirir, şagirdlərin peşəyönümü üzrə işlərini təşkil edir; icbari orta təhsilin həyata keçirilməsini təmin edir; qabaqcıl iş təcrübəsini tətbiq edir; təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir; kadrların düzgün seçilib-yerləşdirilməsi məsələlərini həyata keçirir; əmək qanunvericiliyinə və daxili intizam qaydalarına uyğun işçilərin vəzifə səlahiyyətlərini müəyyənləşdirir, pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması üzrə iş aparır; əməkdə xüsusilə fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini rəğbətləndirmə və təltif üçün təqdim edir; direktor müavinlərinin hesabatlarını dinləyir, onların işinin təkmilləşdirilməsinə dair təkliflər verir; kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasına, hesabatların vaxtında hazırlanmasına məsuliyyət daşıyır; pedaqoji heyətin peşə ustalıqlarının yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma və yenidənhazırlanma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir, pedaqoji kadrların təkmilləşdirilməsi məqsədilə yaradılmış dayaq məntəqələrində onların iştirakını təmin edir, attestasiyanın keçirilməsi üçün hazırlıq işlərini görür və onun obyektiv keçirilməsini təşkil edir; rəhbərliklə əmək kollektivi arasında bağlanmış kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsini, əmək qanunvericiliyinin əsaslarını, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir; daxili intizam qaydalına riayət olunmasına məsuliyyət daşıyır, işçilərə verilən tapşırıqları əmək qanunçuluğuna uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur, öz hüquqları dairəsində intizam tənbehi tətbiq edir; valideynlərlə (onları əvəz edən şəxslərlə), təlim-tərbiyə işlərinə kömək edən müəssisələrlə, xeyriyyə cəmiyyətləri, sponsorlarla və ictimaiyyətlə aparılan işlərin təşkili ilə bağlı məsələləri həll edir; dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir.
Bilməlidir: gənclərin təhsili və tərbiyə məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını, "Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, Uşaq Hüquqları Konvensiyasını, "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununu; təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və müasir metodlarını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, məktəbdaxili nəzarəti; müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici ölkələrdəki pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; informasiya-kommunikasiya sistemlərindən istifadəni; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
1. Ali pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsil;
2. Azı 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staj;
3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom ( sertifikat).
I. Ümumi tipli əsas və orta məktəb (internat məktəb) direktorları üçün əməyin ödəniş dərəcələri:
13-cü dərəcə - şagirdlərin sayı 100 nəfərədək olduqda;
14-cü dərəcə - şagirdlərin sayı 101-dən 300-dək olduqda;
15-ci dərəcə - şagirdlərin sayı 301-dən 800-dək olduqda;
16-cı dərəcə - şagirdlərin sayı 801-dən çox olduqda.
II. Əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi tipli internat məktəbi direktorlarının əməyinin ödəniş dərəcələri:
13-cü dərəcə - şagirdlərin sayı 100 nəfərədək olduqda;
14-cü dərəcə - şagirdlərin sayı 101-dən 150-dək olduqda;
15-ci dərəcə - şagirdlərin sayı 151-dən 200-dək olduqda;

16-cı dərəcə - şagirdlərin sayı 201-dən çox olduqda.
QEYD : 16 yanvar 2015 tarixli Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında Azrəbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Diaqnostik qiymətləndirilməsi aparılan məktəblərin direktorlarının əmək haqqı 18 -ci dərəcə ilə hesablanılır. (425 AZN )



Загрузка...
Həmçinin oxuyun:
Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Məktəb laborantının əmək funksiyası

Məktəb laborantının əmək funksiyası

Uşaq Birliyi Rəhbərinin əmək funksiyası

Uşaq Birliyi Rəhbərinin əmək funksiyası

Təhsil Metodistinin əmək  funksiyası

Təhsil Metodistinin əmək funksiyası

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165