AzTehsil.com


Qabaqcıl təcrübə
23 may 2016
17 859


Məktəbdə metodiki işə rəhbərlik və nəzarət



MƏKTƏBDƏ METODİK  İŞƏ RƏHBƏRLİK  VƏ NƏZARƏT
Məktəbdə təlim-tərbiyə  sahəsində  yüksək nəticələrə  nail  olmaq üçün  müəllimlərin metodik  hazırlığının, pedaqoji  ustalığının daim  artrılması vacibdir. Elm və texnikanın durmadan inkişaf etdiyi ,innovativ islahatların aparıldığı bir dövrdə müəllim öz bilikləri çərçivəsində qapanıb qala bilməz .İndi müəllim bələdçidir,novatordur,ona görə də o öz hazırlığını daim təkmilləşdirməlidir.Bunun üçün isə müəllim öz həmkarları ilə sıx əlaqə saxlamalı ,onlarla fikir mübadiləsi aparmalıdır.Bu işdə eyni və ya yaxın ixtisas müəllimlərinin fəaliyyətini əlaqələndi-rən orqan olan məktəb metodbirləşmələrinin rolu az deyildir.Metodbirləşmələrin işinin düzgün təşkili məktəbdə təlim-tərbiyə işinin yaxşılaşdırılmasına müsbət təsir göstərir.Metodbirləşmələrin fəaliyyəti aşağıdakı istiqamətlərdə aparılmalıdır:           
-Fənlər üzrə tədris proqramları materiallarının düzgün planlaşdırılması və onun həyata keçirilməsi
-Müəllimin fəaliyyətində özünü göstərə biləcək səhv və uğursuzluqların qarşısının alınması;                                 Tədris proqramlarında çətin mövzuların tədrisində müəllimə daha əlverişli üsullar  tövsiyyə edilməsi;                        
-Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması;
-Dərsin ümumilikdə səviyyəsinin yüksəldilməsi;
-Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması ;         -Dərsin ümumilikdə səviyyəsinin yüksəldilməsi .     
Sadalanan sahələrdən  heç biri məktəb rəhbərliyinin diqqət mərkəzindən kə-narda qalmamalıdır.Məktəbdə metodik işin təşkili bilavasitə  təlim-tərbiyə işləri üzrə direktor müavininin nəzarətinə aiddir.Məktəb rəhbərləri metodik işin müxtəlif növləri üzərində nəzarəti ümumməktəb nəzarət planına daxil etməlidir. Məktəbimizdə metodbirləşmələrin fəaliyyətini yoxlayarkən aşağıdakı sahələrə daha çox diqqət yetirirəm:       
      TƏŞKİLATİ  İŞLƏR .
-Metodiki işin planlaşdırılması və planda nəzərdə tutulanların yerinə yetirilmə vəziyyəti;                                                             Metodbirləşmə iclaslarının protokollaşdırılması;                                            
-Metodbirləşmə üzvlərinin məruzələrinin, açıq dərslərin icmallarının,tematikplanların,didaktik materialların tərtibi və saxlanılması.  
TƏDRİS-METODİK İŞLƏR.   
-Müəllimlərin İKT və kurikulum kurslarından keçməsinə nail olmaq;            
-Metodik jurnalların ,təhsillə bağlı qəzetlərin materiallarının metodbirləşmə üzvlə-rinə çatdırılması;                                                 -Açıq dərslərin ,qarşılıqlı dərs dinləmələrin  keçirilməsi,qabaqcıl təcrübənin öyrə-nilməsi; 
-Fənlər üzrə məktəb test bankının yaradılması;                                                
-Müəllimlərin "Ən yaxşı müəllim”müsabiqəsində iştirakını təmin etmək.  
DƏRSDƏN  KƏNAR  İŞLƏR.                                                     
 –Fənlər üzrə dərnəklərin işinintəşkili;      
 -Fənn gecələri ,disputlar,olimpiadalar,müsabiqələr keçirmək.                                     
Metodbirləşmələrin fəaliyyət sahələrindən biri də fakultativlərin işinə metodiki istiqamət verməkdən ibarətdir.Diferensial təlimin ən çox yayılmış forması məhz fakultativ məşğələlərdir Hər bir məktəb tədris planina heç bir dəyişiklik etmədən öz daxili imkanları hesabına təlimin məzmununa dəyişiklik edə bilər ki,bu da fa-kultativlərin hesabına həyata keçirilir.Əlavələr isə fakultativlərin aid olduğu fənn metodbirləşmələrində müzakirə edilməlidir.Metodbirləşmə iclaslarının gündəliyin-də fakultativlərin fəaliyyəti öz əksini tapmalıdır.Fakultativlərin fəaliyyətinə nəzarət zamanı müəllim tərəfindən məşğələnin forma və metodları (mühazirə,seminar, müstəqil iş,disput və sair) ,müəllimin təlim prosesində istifadə etdiyi vasitələr diq-qət mərkəzində saxlanılmalıdır.
Metodiki iş məktəbin onurğa sütunu hesab olunur.Bu sahənin axsaması isə bizə gələcəyimiz olan şagirdlərin elmsizliyi hesabına başa gələ bilər.Odur ki,meto-diki işi daim nəzarətdə saxlamaq hər bir məktəb rəhbərinin ən ümdə vəzifəsinə çevrilməlidir.

TƏRANƏ  ZƏKƏRİYYƏYEVA,                                                                        

Oğuz şəhər 2 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini.



Загрузка...