AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
13 avqust 2025
1 269

Dərs vəsaitlərinin bahalığı...- ƏTRAFLI



Qəbul imtahanlarına hazırlaşan abituriyentlərin ən çox şikayət etdiyi mövzulardan biri də əlavə dərsliklərin, test və ya qayda kitablarının baha olmasıdır. Bu hall ilə rastlaşan şagirdlər dərs vəsaitlərini elektron şəkildə əldə etməyə məcbur olurlar. Sözsüz ki, dərslərin elektron cihazlardan öyrənilməsi onların diqqətlərini əsas istiqamətdən yayındıra bilər.


Hazırlıqlar üçün nəzərdə tutulan dərs vəsaitlərinin qiyməti niyə bahadır?


AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elnur Hacıyev qeyd edib ki, dövlətin təhsil proqramına uyğun dərslikləri rəqəmsal platformalarda sərfəli qiymətə təqdim etməsi, sosial bərabərliyi artırmağa kömək edə bilər:“Abituriyentlər üçün nəzərdə tutulan dərs vəsaitlərinin qiymətinin yüksək olmasının müəyyən səbəbləri var. Bu, istehsal və yayım xərcləri ilə əlaqəlidir. Alternativ yollardan istifadə etməklə abituryentlər üçün dərs vəsaitlərini ucuz və ya pulsuz əldə etmə imkanları yaratmaq mümkündür”.


Həmsöhbətimiz qeyd edib ki, dərs vəsaitlərinin “PDF” formatlarını endirimli və ya pulsuz təqdim etmək abituriyentlər üçün əlverişli olar:


“Bəzi ölkələrdə dövlət tərəfindən təhsil üçün nəzərdə tutulan bütün dərs vəsaitləri onlayn olaraq, yəni “PDF” və ya digər formatlarda, pulsuz paylanılır. Bununla yanaşı dərs vəsaitlərinin “PDF” formatlarında istifadəsinin müəyyən mənfi təsirləri də mövcuddur. Telefon və ya digər elektron cihazlarda dərs materiallarını oxumaq bəzən diqqət dağılmasına səbəb ola bilir. Bu da abituriyentin konsentrasiyasını itirməsinə və effektiv öyrənməsinə mane ola bilər.


Bundan başqa açıq mənbələr (open-source) dərs vəsaitləri hazırlayaraq abituriyentlərə təqdim edilə bilər. Bu dərs vəsaitləri yüksək keyfiyyətli və ödənişsiz olmaqla yanaşı hamı üçün əlçatan olar. Elektron kitabların çaplı versiyalarla müqayisədə daha ucuz olması nəzərə alınaraq, rəqəmsal dərs vəsaitlərinə daha çox yönəlmək daha məqsədəuyğundur.


Onlayn dərslər və dərs vəsaitləri: məsələn, videodərslər, interaktiv tədris platformaları və test sistemləri təqdim edən mənbələrin yaradılması abituriyentlərə daha əlçatan olar. Bu da dərs vəsaitlərinin qiymətini azaldıb, eyni zamanda dərs keyfiyyətini artıra bilər”.


Ekspert bildrib ki, abituriyentlər üçün ikinci əl satışlarının təşkili də qiymətləri aşağı sala bilər. Tələbələr vaxtilə istifadə etdikləri dərs kitablarını abituriyentlərə təklif edərək, onlara daha münasib qiymətə kitab alma imkanı verər:


“Rəqəmsal dərsliklər, videolar, oyunlar, simulyasiyalar və testlərin mövcudluğu abituriyentlərə daha maraqlı tədris imkanları yarada bilər. Bu tətbiqlər dərs proqramlarını, testləri və öyrənmə materialları yaradaraq istifadəçilərə birbaşa dərs keçməyə imkan verər. Bu cür interaktiv materialları telefon və ya tablet vasitəsilə oxumaq asandır və əlçatandır”.



Həmçinin oxuyun:
Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Distant təhsil: tərəddüdlər və çağırışlar

Distant təhsil: tərəddüdlər və çağırışlar

Uğurlu Biznes qurmaq üçün yeni ideyalar

Uğurlu Biznes qurmaq üçün yeni ideyalar

Şagird xərcləri ilə bağlı heyrətləndirici təkliflər – “Nəqliyyat, isti yemək və meyvə pulsuz olmalıdır”

Şagird xərcləri ilə bağlı heyrətləndirici təkliflər – “Nəqliyyat, isti yemək və meyvə pulsuz olmalıdır”

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi